99
Ey kaş bir az məşgidə sovqatım olaydı,
Səqqalığıma mədrəki isbatım olaydı,
Bir yerdə Səkinəylə mülaqatım olaydı,
Solmuş gülə bari öz əlimlən su səpəydim,
Su camı öpən ləbləri bir də mən öpyədim.
Gördün
iki əngüştlə əhrimən əlindən,
Aldım necə öz nizəsini düşmən əlindən,
Qardaşım Həsən mərkəbin aldım mən əlindən,
Öldürmə dedi əfv elə bu süflə məramı,
Nizə yerinə boynuma vur möhri qulamı.
Gör indi necə acizəm əldən
məni nalan,
Hər aciz atır nizə edir qəlbimi şan-şan,
Qadir deyiləm heç gələni qaytaram əlan,
Bak eyləmərəm yüz belə bidadgər olsa,
Əlbəttə gözüm görsə əlimdə sipər olsa.
Meydana gələn vəqtdə mən, ey şahi-mükərrəm,
Etmişdi Rübabın halı əhvalımı dərhəm,
Hər qiymətə olsa
dedim əlan su gətirrəm,
Əfsus suyun qiyəməti bəllənmədi qardaş,
Bir söz dedi düşmən aşağı enmədi, qardaş.
Getdim nəzərə Əsğəri zehnimdə mükərrər,
Gördüm ağarıb rəngi, süzür hey qara gözlər,
Əz bəski, əmib ləblər olub qonçeyi-əhmər,
Ənzarə çıxa
göz dəyəcək gözlərə gördüm,
Bu sağ gözümü Əsğərə göz muncuğu verdim.