Əbbasın oğlu Əbdullahın zəban halı
(sinəzən)
Ana məgər nə istədim, babam utandı gəlmədi,
Nədən yubandı bu gecə, çırağ da yandı gəlmədi.
Əgər uzaq gedirdi bəs nədəndi könlüm almadı,
Nəvaziş ilə boynuma uzun qolunu salmadı,
Məgər xarab olub bu ev ki, sərpərəsti qalmadı,
Xəbər varındı qıl bəyan mənə nihandı gəlmədi.
Səhər gedən gərəkdi gün qürub edən zaman gələ,
Namaza şirkət eyliyən eşitcəyin azan gələ,
Görüşmədim soruşmadım haçan gedir, haçan
gələ,
Odur dalıyca göz yaşım belə rəvandı,gəlmədi.
Məni ayırma bu gecə yanında saxla, qorxuram,
Çırağı xamuş eyləmə, qapını bağla, qorxuram
Yerimi öz yanında sal, məni qucaqla, qorxuram,
Gözündən atma bari sən babam yubandı
gəlmədi.
Bu söhbətimdən olmaya gərək şikəstə xatirin,
Ki, oxşamır qəm əhlinə mənim yanımda zahirin,
Hara gedib ki, axşama qayıtmayıb müsafirin,
Ürək sıxıldı səbrimin evi talandı gəlmədi.
Nə qədri yatdı diksinib durub qiyamət eylədi,
Qəziyyəni balasına ana hekayət eylədi,
119
Yavaş-yavaş o nazənin fəraqa adət eylədi,
Yetişdi günlər aylara ilə dolandı gəlmədi.
Qərəz fəraqə xu tapıb ikisi bahəm ağladı,
Müqəyyəd oldu tay tuşun görəndə kəm kəm
ağladı,
Gələndə şəhri-Yəsribə o qanlı pərçəm ağladı,
Hezar heyf ki, sahibi qana boyandı gəlmədi.
Yetişdi rüşdə bir qədər elə ki bildi mətləbi,
İmami-Zeynül-abidin verərdi dərsi-məktəbi,
Cavanlar ilə küçədə edərdi bəhsi məzhəbi,
Məqami elm və fəzilətin görən dayandı, gəlmədi.
Deyərdi Fatimə anam opən gəlin gülabiyəm,
Nejadi-Haşimidənəm, təbari bu turabiyəm,
Mən inqilabi oğluyam, özüm də inqilabiyəm,
Şəhadət arzusunda varam haçandı, gəlmədi.
Həmişə arzudayam imam fürsət eyləyə,
Mədinə əhli sidq ilə o şaha beyət eyləyə,
Əleyhi küfrü-zülmə ta qiyamü-nehzət eyləyə,
Əyan ola cahanda kim bu haqqı dandı, gəlmədi.
Gərək Bəni-Üməyyəyə bu ruzigarı təng edə,
Tamami səngdillərin nişanəyi-xədəng edə,
O qanlı pərçəmi verə məni vəziri cəng edə,
Bu arzuda qəlbimin tənuri yandı, gəlmədi.
|