121
Yola düşsə hər müsafir belə rəsmidir bəradər,
Səfər üstə ağlamazlar ki, məbad
ola mükəddər,
Bacılar dua edərlər, dalısıyca su səpərlər,
Su yoxumdu etməyim mən
necə ahü-nalə,
qardaş!
Əli Əkbərin zəban halı
Fərqi-Əkbərdən ki, dəydi rəzmidə xəncər yarası,
Tazələndi şahi-dinin qəlbidə Heydər yarası.
Üz tutub səmti-xiyamə səslənib Əkbər həman
dəm,
Çatdı məqsudə zəbihin ey Xəlilullah ə`zəm,
Gəl əlac et gün qabağında sızıldar oxlu sinəm,
İsti qum üstündə gün dəydikcə ğur eylər yarası.
Ərşi-zin üstə zamani ki, baba, toprağa endim,
Cəddim istiqbalə gəlmişdi ayağına döşəndim,
Sən də gəl ey şah, necə gör doğranıbdı bənd-
bəndim,
Peykərimin göstərir bir aləm digər yarası,
Oğlunun aldı səsin ta
xeymədə şahi-şəhidan,
Qəflətən təğyir tapdı haləti oldu pərişan,
Şah əsəfli halət ilə səslədi ləbbeyk Əli can,
Sinəmə ey kaş gəlsin sinəin var hər yarası.
Şəh, süvari-mərkəb oldu gəldi meydani-qitalə,
Səslədi oğlun
nə qədər gəlmədi səs, etdi nalə,
Nagəhan şəmsi-vəla saldı nəzər bir məh cəmalə,
122
Baxdı gördü məh üzündə kövkəbə bənzər yarası.
Əkbəri görcək Hüseyn qan içrə, gör nə halə
düşdü,
Can dedi guya balayla toy otağında görüşdü,
Zülmə bir bax Əkbərə şah ağladı, düşmən
gülüşdü,
Qəlbini qan etdi tə`ni düşmən kafir yarası.
Rəxt şahanə quru yer üstə torpağa büründü,
Dizdə taqət olmadı getsin üzü üstə süründü,
Yetdi ta cavan oğul balininə qəlbi döyündü,
Başa vurdu görcəyin var başda bir xəncər yarası.
Qanlı torpağı silib bir halətilə üz-gözündən,
Olmasaydı gər imamət, səbri getmişdi özündən,
Ondakı əhvalı vazehdir Hüseynin
öz sözündən,
Həşrəcək getməz, buyurdu, sinədən Əkbər
yarası.
Əhli-məna min il ağlar zikr olan vəqtə bu
möhnət,
Eylə halda səslənərdi ibni-Sədi pəst fitrət,
Ya Hüseyn bu gündən ötrü mən dedim gəl eylə
beyət,
Dəyməsin ta qəlbinə fərzəndi gül peykər yarası.
Ey Hüseyni ki, olubsan del yarasından
mükəddər,
Münzəvi də şikvə edər bu müsibətdən
mükəddər,
Vardı bəzi şum ağızlarda eylə məşmum dillər,
123
Qəlbimi azürdə eylər nizədən bədtər yarası.
Dostları ilə paylaş: