Hüseynin (ə) Zeynəbə Əli Əkbər üçün
zəban halı
Doğrandı balam tapdı işim xatəmə, Zeynəb,
Də`vət eylə əhli-hərəmi matəmə, Zeynəb!
Sə`d oğlu Hüseyni necə gör qoydu müəttəl,
Baş açmağa, yas tutmağa ol sən özün gəl,
Aç qanlı əbanı ikimiz ağlayaq əvvəl,
Növrəstə cavan öldü, qocalmış ata qaldı,
Yumdu gözünü gözlərimin nurunu aldı,
Çaldı əl-ayaq can yetişib qanlı dodağa,
Mən ki, başı üstdən daha dura bilmirdim ayağa,
Öldü balam, Əbbas əmisi aldı qucağa,
Həsrətlə gözüm qalıbi bicana baxırdı,
Torpağa əbadan tökülən qana baxırdı.
Qurban kəsilər yoxdu sözüm kuhi-Minada,
Bu qədər cərahət görünüb hansı fədada,
Az yarəsi olsaydı gətirməzdim əbada,
Çoxdur yarası, heç birinin çarəsi yoxdu,
Başında olan yarəsi tək yarəsi yoxdu.
Bu qəmli xəbər xeymədə hər kimsəyə çatdı,
Pişvaza çıxıb əşgini xuni-delə qatdı,
Hər kəs yetişib qanlı əbaya Əlin atdı,
Ey vay Əli Əkbər səsi əflaka dayandı,
Tez huşa gəlib qəşş eləyən qızlar oyandı.
128
Güllər o pərişan çəmənə solmağa gəldi,
Ol- qanlı ürəklər yenə qan olmağa gəldi,
Su fikrini atdı hamı baş yolmağa gəldi,
Göz məşgini xunabilə doldurdu susuzlar,
Az qaldı müsibətdən özün öldürə qızlar.
Bə`zisi o qan ilə dolan gözlərin öpdü,
Bə`zisi dedi can, yaralı peykəri öpdü,
Bir xırdaca qız durdu onun əllərin öpdü,
Göz yaşlıların fe`linə, rəftarına baxdı,
Qanın götürüb əmməsi tək zülfünə yaxdı.
Əyləşmişdi övrət-uşaq qəlbi şikəstə,
Əbbasilə durmuşdu cavanlar ayaq üstə,
Oxşardı o növrəstə gülü hər iki dəstə,
Bir dəstə ayaq üstə deyirdi Əli eyvay,
Fövrən oturanlar da deyirdi ona lay-lay.
Çox şiddətlə ağladı Əbbasi-vəfadar,
Guya dilə gəldi eylədi bu sözü izhar,
Almağa sənin qanını şəmşirim, əlim var,
Bu eşqdəyəm dərdinə dərmanım olaydı,
Qardaşlarımla Əli,qurbanın olaydım.
Qasim də dilə gəldi axan göz yaşı üzdə,
Ayrılmağın imkanı yoxdur dedi bizdə,
Biz bahəm olaydıq gərək indi ikimizdə,
Sənsiz mənim aləmdə Əli, həmdəmim olmaz,
Amma sənilə yan-yana yatsam, qəmim olmaz.
|