MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Hüseynin Əli-Əkbərə zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə44/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   40   41   42   43   44   45   46   47   ...   96
MƏRSİYƏLƏR (1)

Hüseynin Əli-Əkbərə zəban halı 
Qan yaxılıb əllərinə şəhidim, şəhidim, 
Noldu şirin dillərinə şəhidim şəhidim, 
Ömrünü xəncər yetirib təmamə,təmamə, 
Parçalanəb başda yaşıl əmamə,əmamə, 
Dur səni Əkbər, aparım xiyamə,xiyamə, 
Ağlaya nisgillərinə şəhidim,şəhidim. 
Xaliqi-aləm özüdür güvahım,güvahım, 
Rəhmət idi düşmənə hər nigahım,nigahım, 
Haqq demişəm fateh olar sipahım, sipahım, 
And ola kaküllərinə şəhidim,şəhidim. 
Səf çəkən ətrafıma ox vurandı,vurandı, 
Əşgim əli surətimə rəvandı,rəvandı, 
Qanına meydanda üzüm boyandı,boyandı, 
Yatma gedək ellərinə şəhidim,şəhidim. 
Vay bala cismində varın cərahət, cərahət, 
Düşməni-xunxar eləyib ədavət, ədavət, 
Saldı səni Hüseyn yola səlamət, səlamət, 
Şanə vurub tellərinə, şəhidim, şəhidim. 
Qan verir ey hökmi-Xuda fədası, fədası, 
Peykərinin torpağa hər yarası, yarası, 
Gəldi anam Fatimənin sədası, sədası, 
Ağlamışam güllərinə, şəhidim, şəhidim. 
Verdi sənə tirü Sinan əziyyət, əziyyət, 
Oldu nəsibin gözəlim şəhadət, şəhadət, 


130 
Ey gülü-əhmər yetişib müsibət, müsibət, 
Qəmzədə bülbüllərnə, şəhidim, şəhidim. 
Cəddimə bənzərdi gözəl camalın, camalın, 
Mərdümi heyran elədi kamalın, kamalın, 
Yandırır indi hamını məlalın, məlalın, 
Uf ola qatillərinə, şəhidim, şəhidim. 
Cameyi-ənduhü-qəmə büründüm, büründüm, 
Yeddi qədəm peykərinə süründüm, süründüm, 
Başın üstündə gəlib göründüm, göründüm, 
Yandı ürək qəmlərinə şəhidim, şəhidim. 
Yarəni gördüm ki, üzüm saraldı, saraldı, 
Qəlbidə ənduhü-qəmim çoxaldı, çoxaldı, 
Gözlərimin nuru oğul azaldı, azaldı, 
Ağladı müşküllərinə, şəhidim, şəhidim. 
Bayatı 
Nə qədər Əkbərim sağıydı, Zeynəb, 
Bağım səfalı bir bağ idi, Zeynəb, 
Yıxammazdı ox məni qumlar üstə, 
Məni yıxan onun dağıydı, Zeynəb.


131 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin