MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Qasimin (ə) anasına zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə52/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   48   49   50   51   52   53   54   55   ...   96
MƏRSİYƏLƏR (1)

Qasimin (ə) anasına zəban halı 
Rəzmigahda qopubdu çox hay, nənə, 
Dərdimi birbəbir deyim say, nənə, 
Yıxıldım torpaq üstünə yaralı, 
Birdən dedim gəl hardasan, ay nənə. 
Sitəm əli kəsib mənim çarəmi, 
Sal başına bundan belə qarəmi, 
Can üstəyəm gözüm səni axtarır, 
Xoşdu nənə sən bağlasan yarəmi, 
Səslə gəlsin əmin Hüseyn hərayə, 
Alıb məni leşkəri-kin arayə, 
Həml eləsin peykərimi xeyməyə, 
Əkbər kimi yıxılmışam Minayə. 


151 
Hürrün zəban halı 
Hürr-şərməndəyəm ey şah pənah axtarıram, 
Gəlmişəm dərgəhüvə izzətü-cah axtarıram. 
Mən həmin zalım idim zülmidə tüğyan elədim, 
Fatimə qızlarını qəlbi pərişan elədim, 
O cəsarət ki, Hüseynə məni-nadan elədim, 
Gəlmişəm xətti-aman, əfvi-günah axtarıram. 
Yetirib şaha deyin bəndəyi-şərməndə gəlibə, 
Ya Hüseyn, Hürri-sərəfkəndə pənahəndə gəlib, 
Qapına bir üzü qarə əli boş bəndə gəlib, 
Halıma guşeyi-çeşminlə negah axtarıram. 
Görmədim ali-Yəzidin səri-rahində şərəf, 
Nə əmrində ədəb var, nə sipahində şərəf, 
Nə libasında fəzilət,nə kulahində şərəf, 
Mən bu dərbari-şərafətdə kolah axtarıram. 
Mən əzəl fikr elədim iş belə gəlməz qabağa, 
Kimdi şəmşir çəkə dəvət olunmuş qonağa, 
Məni əfv eylə bağışla, yolunu kəsdim ağa, 
İndi babi-kərəm və rəhməti-rah axtarıram. 
Atanın həqqinə verrəm qəsəm ey şah səni, 
Qapına qan eləyib gəlmişəm əfv eylə məni, 
Siz şərəf mə`dənisiz, rədd eləməzsiz gələni, 
Tövbəyi-rusiyah və namə siyah axtarıram. 


152 
Dərdimin çarəsini səndə fəqət görrəm ağa, 
Daməni vəslini əldən necə mən verrəm, ağa, 
Mən əgər Hürrəm, elə bu qapıda hürrəm ağa, 
Üstüxani-kərəmin gah be gah axtarıram. 
Gəlmişəm cürmü-xəta dəftərin əşkilə siləm, 
Öpəm Əkbərin əlin, Əsğərə qurban kəsiləm, 
Sən su verdin mənə yollarda,mən əlan xəciləm, 
Rusefid ölmyəimi xahi-naxah axtarıram. 
Məndən üz döndərib əsrarımı ifşa eləmə, 
Küfrümü səfheyi-tarixidə imza eləmə, 
Qapıdan qovma Hüseyncan, məni rüsvay eləmə, 
Göz yaşım qana dönüb, sinədə ah axtarıram. 
Gecə başından olan xəlqi-pərakəndə sənin, 
Hər biri şə`ninə olmazdı bərazəndə sənin, 
Bu qulamım sənin oğlum da sənin,mən də sənin, 
Bu sınıq ləşkər mə`duduma şah axtarıram. 
Şühədaya eliyibsən nə kəramət bilirəm, 
Öz məqamın hamı eylib gecə rö`yət bilirəm, 
Şühəda huri görüb, mən səni cənnət bilirəm, 
Qeybə iman gətirib əmnü-rifah axtarıram. 
Ar ola cənnəti sənsiz biri gər yadə sala, 
Gedirəm qoyma bu nisgil vəli qəlbimdə qala, 
Göndər Əbbası bacından mənə hilliyət ala, 
Özümün gəlmir üzüm lütfü səfa axtarıram. 


153 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin