157
Bilmisən sən bəs olubdu Kufə övzai xərab,
Üz tutub övrət o saət Müslümə etdi xitab,
Nə gedirsən, nə verirsən sən mənə axır cavab,
Şurişi qovğa salıbdı Kufəyə qövmi-dəni,
Get dayanma görsə vallahi tutar düşmən səni.
Qıldı fərmayiş yerim yoxdur qəribəm mən ana,
Tapmadım bir yer dolandım Kufə şəhrin hər
yana,
Kufə şəhrində qəribəm qəmlərim gəlməz sana,
Söylədi övrət bu fikri gəlgilən başından at,
Gər qərib olsan, əqəllən get gilən məsciddə yat.
Qıldı fərmayiş ana, bir cür`ə su ver yanmışam,
Çun düşmən qalib olubdur yanmışam
odlanmışam,
Bir iki saat qonaq et küçədə mən qalmışam,
Ta gecə olsun qaranlıq xanəni tərk eylərəm,
Düşmənim yatsın,çıxıb aya görüm mən
neylərəm.
Əhsən əhsən Kufədə səd mərhaba bir övrətə,
Getdi təqdim eylədi su öz əliylə həzrətə,
Lə`n ola bu Kufə içrə mərdumi bi himmətə,
Səslədi Müslüm ana, sirab edibsən
sən məni,
Hər iki dünyada Allah rusefid etsin səni.
Söylədi Müslüm sənin həqdür məramın,ey ana,
Müslümə oldu pənah şirin kəlamın, ey ana,
Söylə sən axır mənə kimdir imamın, ey ana,
Bu kəlamı övrətə Müslüm ağam qıldı əyan,
158
Gəldi nitqə övrət,dilin açıb əlhəqq-bəyan.
Ərz edibdir ey ərəb, Əhməd mənim
Peyğəmbərim,
Həm imam əvvəlin mövla Əlidir sərvərim,
Mən
kənizi Fatimə, oğlu Hüseyndir rəhbərim,
Çün onun eşqində vallah qəlbimi qan eylərəm,
Canımı hər ləhzədə Zəhraya qurban eylərəm.
Kufədə bir neçə gündür qovzanıb dərdü-bəla,
Müslümə beyət ediblər firqeyi şumi dəğa,
Bilmirəm indi ağam, harda qalıb ol müqtəda,
Övrətin dildən çıxan vəqtə yanıqlı sözləri,
Qəlbidən bir ah çəkdi doldu Müslüm gözləri.
Dil tutar-tutmaz cavabın verdi ol alicənab,
Sözlərin aramişlə övrətə qıldı xitab,
Lütf edibsən,sən qonağın
nabələd etmə hesab,
Kufə şəhrində ana qəmlər çəkən Müslüm mənəm,
Olma narahat anacan, sən
deyən Müslüm
mənəm.
Baxdı övrət ahilə şürü-nəvadan ağladı,
Kufə əhli etdiyi zülmü-cəfadan ağladı,
Müslümə baxdı vəli bu macəradan ağladı,
Gəl evə, bəh-bəh, gəlibsən ey əcəb mehman
mənə,
Ağlama,bəsdir,kənizi-Fatimə qurban sənə.
Yaz Muhəmməd, ağan Müslüm sənə olsun
pənah,
Şe`rinin hər nöqtəsində olsa zərrə iştibah,
159
Naibi-sultani-din-eylər özü
hətmən nigah,
Zadeyi-Zəhra Hüseynə naibi-yavərdi bu,
Radi-mərdani-həqiqət, aləmə sərvərdi bu.
Dostları ilə paylaş: