MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Zeynəbin (ə) zəban halı (növhə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə62/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   58   59   60   61   62   63   64   65   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin (ə) zəban halı (növhə)
Ey su kənarında ləb teşnə verən can, Hüseyn, 
Zeynəbi-nalan susuz ləblərə qurban, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
İsti qum üstə düşüb qana batan peykərin, 
Var yeri qan ağlaya xahəri-qəmpərvərin, 
Hansı şil olmuş əli kəsdi sənin əllərin, 
Etdi bu çöldə səni qanına qəltan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
Cuş eləyir Zeynəbin cismidə xuni-rəgi, 
Oldu yəqin dərbədər Şama tərəf getməyi, 
Soydular əynindəki Zəhra toxuyan köynəyi, 
Rəhm eləməz Zeynəbə ləşkəri-üdvan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
Baxmadılar yalqızam, pozdular pərgarımı, 


176 
Yıxdılar atdan yerə dilbərü-vəfadarımı, 
Doğradılar zülmilə qolsuz ələmdarımı, 
Çarəm əlimdən gedib, bağrım olub qan Hüseyn! ² 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
Var nə səlamət başın, ta ki, öpəm ləblərin, 
Yoxdu bədəndə əlin ya ki, öpəm əllərin, 
Qoy əyilim bir öpüm qanı axan həncərin, 
Bəlkə təsəlli tapa sinyi-suzan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
Gözlərim olsun fəda yarüna-yoldaşünə, 
Olmaya çatmır əlin oğluna, qardaşına, 
Lərzə düşüb canıma qoy dolanım başına, 
Gün qabağında qalan peykərü-üryan, Hüseyn!² 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
Gördü oğulsuz səni, düşmənin oldu cəri, 
Qoydu susuz hülqünə Şümri-dəni xəncəri, 
Qarət olar qızların başda qara mə`cəri, 
Nazlı Səkinən olar didəsi giryan, Hüseyn²! 
Hüseyn, Hüseyn,ya Hüseyn³! 
Hüseynin qətli (rövzə) 
Kəsəndə Şümri dün başın Hüseynin, 
Anası Fatimə əllər duada. 
Deyərdi bar ilahi, şahid ol sən,
Tərəhhüm olmadı bu əşqiyada. 
Susuz öldürdülər məzlum Hüseyni, 
Yanır qəlbim mənim bu macərada. 


177 
Vuralar nizəyə bu qanlı başı, 
Oxur Qur`an balam nuki-cidada. 
Qərəz, gəldi xanım Zeynəb o saət, 
Çalxalardı Hüseyn qanlı Minada. 
Dedi qardaş, bacın Zeynəb öləydi, 
Səninlə dəfn olaydı Kərbəlada. 
Bu səhradə Hüseyn can, bir kəsim yox, 
Əli Əkbər yatıb qanlı əbada. 
Mən ayrılmazdım, amma çarə yoxdu, 
Səkinəm ağlayır xeymə sərada. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin