Zeynəbin zəban halı
Ey dəhridə biçarələrin çarəsi qardaş,
Vardır nə qədər peykərinin yarəsi, qardaş.
Aç gözlərini etmə məni zarü-pərişan,
Cismindəki çox yarana Zeynəb ola qurban,
Əydi necə gör qamətimi gərdişi-dövran,
Saldı başıma yeddi cavan qarəsi, qardaş,
Getməz ürəyindən bacının yarəsi, qardaş.
Əfv eylə üzün qibləyə döndərmədi Zeynəb,
Gördü yaralı peykərini ölmədi Zeynəb,
Dünyada məgər hansı qəmi görmədi Zeynəb,
Zəhra qızıyam, gör nə günə qoydu zəmanə,
Badi-sitəm əsdi, çəmənim döndü xəzanə.
178
Həzrət Zəhranın (ə) zəban halı
Ey əziz cani-madər, ey şəhi-xuban Hüseynim,
Bu kəsilmiş əllərinə Fatimə qurban, Hüseynim.
Movla Hüseyn can⁴!
Va müsibət, va səbura, canıma düşdü şərarə,
Bu sənin cismindi başsız nur didə parə-parə,
Bir bədəndə kim görübdü ey Xuda, bir belə yarə,
Ahü vaveyla bu dərdə, qəlbim oldu qan,
Hüseynim.
Movla Hüseyn can⁴!
Ey oğul hansı qəmində ağlayım mən yanə-yanə,
Eyləyim nalə cəfayi Şümrü dunə ya Sinanə,
Ağlayım Xuli əlindən ya cəfayi sarbanə,
Gör necə dildən çəkim ya şivənü əfğan
Hüseynim.
Movla Hüseyn can⁴!
Eylərəm qanilə rəngin mən bu zülfi-tabdarı,
Ruzi-məhşər dərk edəndə məhzəri-pərvərdigarı,
Eylərəm şikvə Xudaya bu cəfayi-bi şümarı,
Hökm edər ədlilə onda Xaliqi-sübhan, Hüseynim.
Movla Hüseyn can⁴!
Bu Peyəmbərdir, bu Heydər, bu Həsən,bu mən
ciyərxun,
Bu sənin cismi-şərifin belə al-qanilə gülgün,
179
Dur danış öz sərgüzəştin ey oğul, ba hali-
məhzun,
Söylə hər zülmü-cəfa kim eyləyib üdvan,
Hüseynim.
Movla Hüseyn can⁴!
Zeynəbin (ə) zəban halı
Balaların axar qanı,
Hüseynim vay,
Hüseynim vay!
Edər gülnar meydanı,
Hüseynim vay,
Hüseynim vay!
Bacın qurban başın hanı?
Hüseynim vay,
Hüseynim vay!
Gülüstanda açıb güllər,
Hüseynim
vay,Hüseynim vay!
Gəlib avazə bülbüllər,
Hüseynim vay,
Hüseynim vay!
Edər növhə yanan dillər,
Hüseynim vay,
Hüseynim vay!
Sinən üstə yarun çoxdur,
Hüseynim vay,
Hüseynim vay!
Tamami nizə və oxdur,
Hüseynim vay,
Hüseynim vay!
Öpəm busə yeri yoxdur, Hüseynim vay,
Hüseynim vay!
Susuz əldə ölən qardaş,
Hüseynim vay,
Hüseynim vay
Yaralı can verən qardaş,
Hüseynim vay,
Hüseynim vay
180
Hanı ol pirəhən qardaş?
Hüseynim vay,
Hüseynim vay
Gərək qan ağlasın Zeynəb, Hüseynim vay,
Hüseynim vay
Cahani dağlasın Zeynəb,
Hüseynim vay,
Hüseynim vay!
Sənə yas saxlasıın Zeynəb, Hüseynim vay,
Hüseynim vay!
Bacın ölsün bu nə haldı,
Hüseynim vay,
Hüseynim vay!
Arada peykərin qaldı,
Hüseynim vay,
Hüseynim vay!
Məni çöldən çölə saldı,
Hüseynim vay,
Hüseynim vay!
Qalıbdır peykərin yerdə,
Hüseynim vay,
Hüseynim vay!
Çəkib qan yarüvə pərdə,
Hüseynim vay,
Hüseynim vay!
Libasın qalmış əllərdə,
Hüseynim vay,
Hüseynim vay!
Dostları ilə paylaş: |