181
Səkinənin zəban halı (Nöhə)
Baba
gəlmişəm sənə ağlayam,
Öz əlimlə yarəni bağlayam,
Bu Minada yasını saxlayam,
Mənilə danış, gözü yaşlıyam.
Ciyərim yanıb baba, gəlmişəm,
Başıma qara baba , salmışam,
Səni bu məkanidə tapmışam,
Mənilə danış, gözü yaşlıyam.
Baba quşvarəmi aldılar,
Məni at qabağına saldılar,
Həm soydular, həm vurdular,
Mənilə danış, gözü yaşlıyam.
Sinən
üstə al Səkinəni,
Eylə sərəfraz bu yetiməni,
Niyə atmısan bu əzizəni,
Mənilə danış, gözü yaşlıyam.
Qızım,
halüə özüm ağlaram,
Bu yaralı qəlbimi dağlaram,
Səni gəl bu sinədə saxlaram,
Ayağın yarasını bağlaram.
Hamı əmmələr soyulub, baba,
Bacılar bu gün yorulub, baba,
Mənə qamçılər vurulub, baba,
182
Mənilə danış, gözü yaşlıyam.
Zeynəbin (ə) zəban halı
Əllərdə Hüseyn,pər-pər olan
gül sənə bənzər,
Hansı bacının qardaşı ölsə, mənə bənzər.
Hüseyn can, sənə qurban²!
Düşmənlər içində ucadan ağlamaq olmaz,
Fəryada gəlib
qəmli ürək dağlamaq olmaz,
Qardaş, bu qədər yarənı heç bağlamaq olmaz,
Oxlar gül açıbdır, bədənin
gülşənə bənzər,
Hansı bacının qardaşı ölsə, mənə bənzər.
Gülzarima bu çöldə müxalif yeli əsdi,
Axır dözə bilməm, bu qədər qəm mənə bəsdi,
Qardaş, de görüm əllərini kim necə kəsdi?
Heç kafiri-mütləq belə bir düşmənə bənzər?
Hansı bacının qardaşı ölsə, mənə bənzər.
Dostları ilə paylaş: