MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə61/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   57   58   59   60   61   62   63   64   ...   96
MƏRSİYƏLƏR (1)

İmamın zəban halı 
Sal yola anan Bətulə qardaşın qonaqdı, Zeynəb, 
Səbr elə qəmi-fəraqə, eşq bu sayaqdı Zeynəb². 
Başının bacı, bəlası yetməyib hələ tamamə, 
Sən özün də bir Hüseyn, sən ver bu nehzətə 
idamə, 
Hazır ol ki, qəm qatarın Kufədən çəkəllər Şamə, 
Şam yolları bilirsən Kufədən uzaqdı Zeynəb². 
Bu Səkinəni bilirsən çox sevirdim əvvəlindən, 
Ağladıb məni yol üstə doymadım şirin dilindən
Xəstə bülbülü çəməndə ayrı saldılar elindən, 
Bir zaman sənə Səkinə Şamidə yavərdi, Zeynəb.
Adət eyləyib mən ilə hər gecə bu qız yatardı, 
Qolların salardı möhkəm boynuma, yuxu tutardı, 
Sübh mən üzün öpərdim nazilə gözün açardı, 
Öyrəşib mənə üç ildi neyləsin, uşaqdı,Zeynəb. 
Öldü qardaşın bu çöldə qəlbimə fəraqı oxdu, 
Əl tutan gedib əlimdən başımın bəlası çoxdu, 
Əkbərim cavan ölübdür qalmağın da həzzi 
yoxdur, 


174 
Bir se şöbə ox bu çöldə gözlürəm haçandı, 
Zeynəb. 
Mö`cüzi-imamətilə Zeynəbə təkan veribdi, 
Qəlbinə əlin ki, qoydu nimə cana can veribdi, 
Zeynəbin açıldı nitqi eşqidən bəyan veribdi
Olma nagiran Hüseynim, nehzətə dayaqdı 
Zeynəb. 
Qətligahın çuxur yeri 
Cəbrəil əmin gəldi o gün Kərbü-bəlaya,
Gördü yıxılıbdır yaralı qanlı Minaya, 
Şəhpərlərini ruhul-əmin açdı həvaya, 
Saldı yaralı peykərinin üstünə saya, 
Şahi-şühəda gördü günün nuru alındi, 
Hiss eylədi ki, üstünə bir sayə salındı. 
Qanilə dolan gözlərin açdı, dedi kimsən, 
Ərz eylədi qurbanın olum nökərinəm mən
Dünyada Hüseynim, necə qəmlər yemişəm mən, 
Gəhvarədə bir il sənə lay-lay demişəm mən. 
Əmr eylədi çək şəhpərini fori kənara, 
Eyliyir yaralı aşiqə mə`şuq nəzara. 
Sən çəkil durma, aşiq və məşuq arasında, 
Aşiq odur ki, laxtalana qan yarasında. 
Aşiq odur ki, atəşi-mə`şuquna yansın, 
Aşiq odur ki, eşqidə mərdanə dayansın. 
Aşiq odur ki, başdan ayağa yaralansın, 
Bir sinədə dörd min yara al-qana boyansın. 
Bəh-bəh nə gözəl bəzmidir xəlvətgəhi-dildar, 
Heç bilmirəm yara nədir, çünki baxır yar. 


175 
Bəh-bəh nə gözəl səs verir oxlar havada
Heç nəğmeyi-Davud olanmaz bu sədada. 
Bir zərrə əziyyət eləmir yaralı sinəm, 
Heç bilmirəm harda qalıb nazlı Səkinəm. 
Çək şahpərini sinədə qan çeşməsi axsın, 
Yarım yaralı aşiqin əhvalina baxsın. 
Mə`şuq rizasına yıxıldım bu Minayə, 
Çək şahpərini, salma mənim üstmə sayə. 
Fikr eyləmə bir şəxsdir qana boyanıbdır, 
Sayəmdə mənim ərşi-Xuda daldalanıbdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin