MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə51/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   47   48   49   50   51   52   53   54   ...   96
MƏRSİYƏLƏR (1)

İmamın zəban halı 
Qan ağlayan ox halına şeş mahə sərbazım bala, 
Ey şahzadə Əsğərim, novrəstə canbazım bala. ² 
Sənsiz tükəndi taqətim səbrü-qərarım, ey oğul, 
Ey bülbüli-baği-irəm ahu maralım, ey oğul, 
Dil açmamış oldun Əli nizə yaralım, ey oğul, 
Lay-lay deyəndə söylərəm şeş mahə canbazım 
bala.² 
Çox nisgil oldu madərə boş beşiyə lay-lay çala, 
Bu qövmi-kinəcu səni gör nə salıb yaman hala, 
Qorxum budur düşmən bizi bundan da bəd hala 
sala, 
Rəhm et anan bi yavərə şeş-mahə sərbazım, bala. 
Ağlar qalıb Zeynəb bibin cahü-cəlalı neylirəm, 
Rə`şə salıbsan halıma artıq məlalı neylirəm, 
Bilməm nədən oldun oğul başı bəlali neylirəm, 
Gələm belə dərdü-dilə şeş mahə sərbazım bala. 
Gülzari-madərdən Əli, bilməm nədən döndün 
bala, 
Oxladı hülqün Hərmələ qundağidən çöndün, 
bala, 
Sən məş`əli-purnuridin, nə oldu sən söndün bala, 
Bağrımı etdin ləxtə qan şeş mahə sərbazım bala. 


149 
Rübabın zəban halı 
Nazlı dilbərim lay-lay,mahi-müntəzirim lay-lay, 
Oxlanan su üstündə dilsiz Əsğərim lay-lay². 
Üç gecə gündüz ətşan qaldın, ey günü qarə, 
Dırnağın yeri qalmış, etdi sinəmi yarə, 
Əfv eylə məni oğlum, tapmadım sənə çarə, 
Şahidim bu əhvalına həyyi-davərim,lay-lay². 
Mən sənə oğul, lay-lay nə ümidilən çaldım, 
Gülmədi üzüm əfsus, qara günlərə qaldım, 
Ölmədim səni ətşan xeymədən yola saldım, 
Sən gedən yola həsrət baxdı gözlərim, lay-lay². 
Haqq yolunda can verdin caninə nənən qurban, 
Əkbər ilə həm payə şə`ninə nənən qurban, 
Su kimi axan qanə, caninə nənən qurban, 
Gül kimin solan rəngi, qonçətərim lay-lay². 
Yaxşı vəqtidə oldun şahi-din həvadarı, 
Sərbəsər boyanmışdı qanə yarü-ənsarı, 
Oldun axır səfdə xırdaca ələmdarı, 
Tək qalanda meydanda şahi məhşərim lay-lay². 
Qəlbinə fələk bizri-dərdi-mühnəti əkdi, 
Baxdı bir Fərat üstə bildi yarı yox, təkdi 
Tiri teşnə hülqündən yumdu gözlərin çəkdi, 
Ağladıbdı dünyanı qəmli rəhbərim lay-lay². 


150 
Qanını atan əvvəl ovcuna alıb baxdı, 
Yandı qəlbi göz yaşı çeşmələr kimi axdı, 
Qanını böhranda ağ məhasinə yaxdı, 
Ağladı dedi dilsiz haqqa məzhərim lay-lay². 
Həzrət Qasımın (ə) anası Sürəyyənin zəban halı 
Qan bəstərində yatmısan naz bala, 
Naz eyləsən etgilən az, bala, 
Ölsün nənən bu günləri görməsin, 
Dur öz əlinlə qəbrimi qaz ,bala. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin