MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə53/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   49   50   51   52   53   54   55   56   ...   96
MƏRSİYƏLƏR (1)

Hürrün şəhadəti 
Minayə düşmüşəm Hüseyn, bədən yaralı, 
Səni gözətləyir susuz ölən yaralı. 
Əziyyət eyləmir mənim yaram bədəndə, 
Əzizi-Fatimə, gözüm var indi səndə, 
Dübarə istirəm səni görüm öləndə, 
Biləm bu halı vardı bir bilən yaralı. 
Gözümdən eşq malıyla məlalı atdım, 
Sənin kimi özüm də əhli-əyalı-atdım, 
Bu fəxr bəsdi ki, mənə məramə çatdım, 
Bu və`dəgahi-eşqidir, bu mən yaralı. 
Elə şadam ki, qəlbidə şəmim dağ olsun, 
Ölüm tapdı nökərin, başın sağ olsun, 
Məni bağışladın Hüseyn, üzün ağ olsun, 
Nə qəm çəkər, nə eylər mühən yaralı. 
Səni gözlətmirəm Hüseyn, üzümdə qanm, 
Yara dəyibdi çox mənə, gedib təvanım, 
Yetiş harayima ağa, çıxınca canım, 
Yoluna vardı gözlərin dikən yaralı. 
Gözəl adın olub mənim əcəb şüarım, 
Sənin qapında ölmüşəm var iftixarım, 
Səninlə Kərbəladədir yəqin məzarım, 
Yox eybi olmasa mənə kəfən yaralı. 
Bu yaralı başım o məh cəmala qurban, 
Həqiqət üstə etdiyin xəyala qurban, 


154 
Minayi-həqqadə etdiyin vüsala qurban, 
Mənə vurubdu nizə hər gələn yaralı. 
Aşura gecəsinin növhəsi 
Az qalır gülşəni-Zəhra ola pər-pər bu gecə, 
Dolanır xeymələri Zeynəbi-müztər bu gecə. 
Bu gecə gülşəni-Zəhrada çıxıb ərşə nəva, 
Bülbülani şəhi-din şirə gəlib va əcəba, 
Mürtəza itrətinə fələk xətər yazdı qəza, 
Zarü-giryandılar övdladı Peyəmbər bu gecə. 
Bu gecə gördü Hüseyn də Şühəda səflərini, 
Bu gecə bacısı nəvaziş eyləyir Əkbərini, 
Alıb ağuşə Rübab dilsiz Əli Əsğərini, 
Ana püstanına dırnaq vurur Əsğər bu gecə. 
Hər baxışda baxışın qəlbimə bir oxdu bala,
Baxsın sən üzümə,dildə sözün çoxdu bala, 
Əmirsən hey çəkilir çünki, südüm yoxdu bala, 
Bələşib döşlərimin qanına əllər bu gecə. 
Gah gözündən üzünə göz yaşını bağlayasan, 
Anani yaxşı kabab eyliyisən, ağlayasan, 
Balaca əllərlə sinəmi dırnaqlayasan, 
Neylərəm çarə yoxumdur məni-müztər bu gecə. 
Sən bala olma ətəş sən,su düşübdür yadına, 
Nə südə vardı gümanım, nə də bir ` suya, 
Necə mən indi deyim dərdimi Əbbas əminə, 


155 
Sənə bir cürə ala su o dilavər bu gecə. 
Altı ayda məni sən yormamışdın bu sayaq, 
Məni ağlatma əzizim gözümün əşkinə bax, 
Gəl gedək mənlə ələmdar əminin məşkinə bax, 
Sənə xatir özü məhzundu o sərvər bu gecə. 
Anan ölsün üzünə su yolunu bağladılar, 
Ürəyin qəmli Rübabın qəmilə dağladılar, 
Südəmər bir qurbanı yaxşı qonaq saxladılar, 
Su kənarında qoyub kufəli ləşkər bu gecə. 
Gəh vurursan əlini ləblərə halın dolanır, 
Baxır halına qəlbi ananın parçalanır, 
Döşlərim qanı ilə dil-dodağın da boyanır, 
Ürəyin şö`lə çəkir xoş getdi ləblər bu gecə. 
Utanır səndən anan gahi qoyur üz eşiyə, 
Alıram gahi qucağa salıram boş beşiyə, 
Gecə vaxtı kimə dərdin anan izhar eliyə, 
Təşnədir əmmələrin cümləsi xahər bu gecə. 
Əsğər, ey babül-həvaic, özü həqq dinə fəda, 
Kərbəlada boğazın parçaladı tiri-bicəha, 
Balaca əllərlə dərdimə sən eylə dəva, 
Bu Mühəmmədi dəva dərdinə istər bu gecə. 


156 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin