Vəfalı yaralını (sinəzən)
Dolanır kənari-Fəratidə, tapa bir yaralı-yaralını,
Görə qardaşın tökə göz yaşın, oyada vəfalı
yaralını,
Bacısından istədi mərkəbi, səsini alanda
vəzirinin,
Qədəmin rikaba qoyanda şəh, ələmin görərdi
əmirinin,
95
Yıxılıb gedincə ələm yerə, itiribdi rəddini şirinin,
Nə o qanlı pərçəmini görər, nə də məşgi xali
yaralını.
Nə qədər ki, səslir əxa, əxa, eşidə dübarə sədasını,
Kömək istir aləmi-qeybidən, çağırır haraya
anasını,
Anacan Hüseyninə əl yetir, gülünün pozublar
səfasını,
Əyilib belim baxıram yerə, tapam ol vəfalı
yaralını.
Kömək etdi Fatimə nagəhan, tapıb inkisarilə
qardaşın,
İki qol yol üstə görüb əvvəl, ələyib üzarına göz
yaşən,
Dalısıyca hey dolanıb tapa, kəsik əllərin yaralı
başın,
Nə görüb o qollarillən bir az , yıxılıb aralı
yaralını.
Götürübdü başdan əmmaməsin, dedi ey haman
şərəf danış,
Görürəm biaz rəməqin qalır, eyləmə bu vəqti
tələf, danış,
Bilirəm dalınca anam gəlib, aparır behiştə tərəf,
danış,
Çağırar cinanə cihadidən, bəli zülcəlalı yaralını.
Bu da fəzl həqdi ki, istədi, çıxa yaddan
Əkbərimin qəmi,
96
Eylə yanmadım qəmi-Əkbərə, bu qəmilə dağladı
sinəmi,
Dur ayağa xeyməyə bir gedək, gözü yolda qoyma
Səkinəmi,
Görə bəlkə gözləməyə qızım, daxi mahi sali
yaralını.
Xətərati-cəng budur ki, ox dəyə bəndi-qəlbə, qılın
başa,
Yara Əkbərinkidi bir qılın, başına dəyib oturub
qaşa,
Başına sənin baxan az qalır deyə şüşədir toxunub
daşa,
Belə hala kim salıb ey Xuda, bu başı bəlalı
yaralını.
Dönə daşa toxme-vəfa əgər, hər ürəkdə hasilə
gəlməsə,
Qızılın əyarını kim bilər, məhəki müqabilə
gəlməsə,
Qəmü-qüssə bülbülü lal edər, gül əgər gülüb dilə
gəlməsə,
Eylə zövqilə gətirib dilə, o şəhin vüsalı yaralını.
Dedi ey muradi-qəm, nəfəsi müqəddəsi kimiya,
Neçə ildi təşnə müridim, belə xalisanə və biriya,
Əlini çək indi bu gözlərə, sən ey aləmin gözünə
ziya,
Səni yoxsa görməsə öldürər, bu əsfəli hali
yaralını.
97
Niyə indi səndən ürək sözün eyləyim
nihan,gedirəm, Hüseyn,
Məni öz xəcalətim öldürür, ürəyimdə qan
gedirəm, Hüseyn,
Ölürəm, vəfalı Səkinədən eylə nagiran
gedirəm,Hüseyn,
Su deyəndə hərdəm utandırır hərəmin maralı
yaralını.
Eylə yaxşı xidmət edib sənə, qəm odunda
yanmadı qardaşın,
Özü səslədi gələsən vəli, ayağa duranmadı
qardaşın,
Xəcil oldu axır ömrüdə, başına dolanmadı
qardaşın,
Odu inzicarilə öldürür, bu qəmi məlalı yaralını.
Bu məsəldi Şimri sitəmgərin işi məhşərin günü
səhlidi,
Belə hiss olur ki, o zalımın qəmi yoxdu düşmən
əhlidi,
Vay o şəxsə Münzəvi, düşməni gözü bağlı, aləti
cəhlidi,
Verə Şam Zeynəbin adına, qoya dəstxali yaralını.
|