MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
Qida-kimyas-

Qalaktomannanlar
tərkiblərində qalaktoza və mannoza (1:2) saxlayan 
heteropolisaxaridlərdəndir. Bunların nümayəndələrindən quaranı göstərmək olar. 
Qlükomannanlar
da polisaxaridlərdəndir. Bunların nümayəndəsi eremuran-
dır. Eremuran bizim ölkəmizdə də vardır. Bunun hidrolizi zamanı qlükoza və 
mannoza alınır. Mannoza almaq üçün yaxşı mənbədir. Eremuran çox gözəl 
emulqatordur, qismən hidrolizdən sonra qanın əvəzedicisi kimi də işlənə bilər.
Mukopolisaxaridlər.
Mukopolisaxaridlər heteropolisaxaridlər qrupuna aid- 


17 
dir. 
Bunlardan 
turş 
mukopolisaxaridlərə 
aşağıdakılar 
aiddir: 
hialuron, 
xondroitin─kükürd, xondrontinsulfat turşuları, heparin və s. Bunlar hidroliz olun-
duqda heksozalara, heksozaminlərə, heksuron turşularına, sirkə turşusuna, sulfat 
turşusuna və s. ayrılır.
Mukopolisaxaridlərə birləşdirici toxumada, gözün şüşəvari cismində, 
sinovial mayesində, toxuma və hüceyrələrarası maddələrin tərkibində, qaraciyərdə, 
selikdə rast gəlinir. Bunlar boy prosesində, mayalanmada iştirak edir və yapışdırıcı 
xassəyə malikdir.
Hialuron 
turşusu turş mukopolisaxaridlərdəndir, hidroliz olunduqda 
qlükozaminə, sirkə turşusuna, qlükuron turşusuna ayrılır. Onun tərkibində 
N─asetilqlükozaminlə qlükuron turşusunun qalığı birinci və dördüncü karbonların 
β─1─14 rabitəsilə birləşir. 
Hialuron turşusunun molekul kütləsi bir neçə yüz mindən bir neçə milyona 
yaxındır. Məhlulunun özlülüyü çox yüksək olur. Hialuron turşusu toxumalarda 
(gözün şüşəvari cismində, dəridə) və bioloji mayelərdə (sinovial mayesində, qan 
plazmasında) zülallarla birləşmiş şəkildə olur. Hialuron turşusu sinoviya mayesinə 
sürüşkənlik xassəsi verməklə, oynaqlarda zərbəni zəiflətmək qabiliyyətinə malik 
olub, hüxeyrələri bir-birinə birləşdirir.
A,─ və C─xondroinsulfatlar sulfatlaşmış N─asetil-D─qalaktozamin və D 
qlükuron turşusunun qalıqlarından əmələ gəlmiş zəncirvari polimerlərdir. Bunlar 
qalaktozamində sulfat turşusunun vəziyyətinə görə fərqlənir. A xondroitinsulfatda 
sulfat turşusunun qalığı qalaktozamində dördüncü karbonun yanındakı hidroksili, 
C─xondroitin─sulfatda isə altıncı karbonun yanındakı hidroksili əvəz etmişdir.
B-xondroitinsulfat (və ya dermatansulfat) bunlardan D─qlükuron turşusu 
əvəzinə L─induron turşusunun olması ilə fərqlənir.
Xondroitinsulfatlar çox da irimolekullu birləşmələr deyildir. 
Onların molekul kütləsi adətən 50-100 min arasında dəyişir.
Xondroitinsulfatlar qığırdaq toxumasının əsasını təşkil edir.
Heparinin tərkibinə D─qlükozemin, D─qlükuron turşusu və sulfat turşusu 
daxildir. Onun molekul kütləsi 10-20 minə yaxındır.
Heparin ən çox qaraciyərdə, ağciyərdə, əzələlərdə, qan və limfada olur. O 
qanın ən bioloji fəal spesifik antikoaqulyantıdır. Odur ki, trombozun müalicəsində 
və s.-də işlənir. 
Neytral mukopolisaxaridlərdə qlükuron və sulfat turşuları olmur. Onlarda 
fruktozaya, sial turşularına (N─asetilneyramin turşusu) rast gəlinir. Zülallarla 
birləşmiş şəkildə (mukoproteidlər) bütün üzv və toxumalarda, xüsusən selikdə və 
s.-də olur. Son zamanlar karbohidratların qarışıq polimerləri də müəyyən edil-
mişdir. Bunlar qlükopeptidlər, qlükolipidlər və lipoqlükoproteidlərdir. Qlükopep-
tidlərin tərkibində karbohidratlardan başqa aminturşuları da vardır. Qlükolipidlərin 


18 
tərkibində isə karbohidratlarla yanaşı yağ turşuları da olur. Lipoqlükoproteinlərin 
tərkibində isə karbohidratlarla bərabər yağ turşuları, aminturşuları və lipoidlərə də 
təsadüf edilir.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin