43
Albuminlərə insan və heyvanların qan zərdabında, beyin-haram ilik
mayesində, əzələlərdə, sinir toxumasında, süddə (laktoalbumin), yumurta zülalında
(ovalbumin) və s.-də rast gəlinir. Zərdab albumininin tərkibində bir polipeptid
zənciri vardır ki, o da 600-ə yaxın aminturşusunun qalığından əmələ gəlmişdir.
Qlobulinlərin molekul kütləsi 100-300 min dalton arasında dəyişir. Bu
zülallara qan plazmasındakı fibrinogen, zərdab qlobulinləri (α-, β- və γ- qlobulin-
lər), süd qlobulinləri (laktoqlobulinlər),
əzələ qlobulinləri, yumurta sarısındakı
ovoqlobulinlər və qeyriləri aiddir.
Bu qrup zülallar ən çox bitkilərdə olur. Molekul kütlələri az olmaqla, 26-40
min dalton arasında tərəddüd edir. Prolaminlərə misal arpada olan qordeini,
qarğıdalıdakı zeini, buğda və çovdarda olan qliadini, vələmirdəki avenini və
başqalarını göstərmək mümkündür.
Zəif (0,2-2,0 %-li) qələvi məhlullarında həll olur, suda, neytral duzların duru
məhlullarında isə həll olmur.
Bunlara buğda qlüteini, düyü orizenini, qarğıdalı
qlütelini və qeyriləri aiddir. Buğda kleykovinasının çoxunu qlütelinlər təşkil edir.
Bu zülalların toxumda miqdarı 1-3%-ə qədərdir.
Turşularda həll olur. Bu zülalların tərkibində diaminomonokarbon turşuları
(lizin, arğinin) çox olduğundan (20-30%) əsasi xassə daşıyır və azotun miqdarı da
nisbətən artıqdır, yəni 18%-ə yaxındır. Histonlarda triptofan olmur. Bunların mole-
kul kütlələri 5-37 min arasında dəyişir. Bunlar nüvə zülalları hesab edilir. Çünki
əsas nüvədə DNT-kompleksləri şəklində xromatində yerləşir.
Histonlar vəzifələrinə görə quruluş və genetik zülallar sayılır. DNT-nin
fəallığını azaltmaqla RNT-nin sintezini ləngidir.
Bu zülallarda əsaslıq xassəsi daha çoxdur. Aminturşu tərkibinin 60%-dən
çoxunu, bəzi hallarda 80%-ni
arginin təşkil edir, tirozin, triptofan, sistein,
asparagin turşusu və metionin olmur. Molekul kütlələri 10 mindən çox deyildir.
Protaminlər az yayılmışdır. Bunlar əsasən spermada (klupein) və balığın
kürüsündə olur.
Fibrilyar quruluşa malik olmaqla istinad toxumalarının quruluşunda və
mexaniki müdafiədə iştirak edir. Bu qrup zülallara kollagenlər və keratinlər aiddir.
Kollagenlər birləşdirici toxumada olan fibrilyar zülallardır.
Buraya sümük,
qığırdaq, vətərlər, bağlar və birləşdirici toxumanın qeyri-zülalları aiddir. Bunlar
birləşdirici toxumanın quruluş zülallarıdır.
Dostları ilə paylaş: