37
Histidinin radikalı mühitin pH-dan asılı olaraq düzünə və tərsinə ionlaşaraq
(protonlaşaraq) fermentlərin aktiv mərkəzlərinin fəallaşmasında iştirak edir.
Amin turşuları tərkib və quruluşlarına görə 2 qrupa bölünürlər.
1. Asiklik
–
açıq zəncirli aminturşuları: qlisin, alanin serin, sistein, metionin və
s.
2. Siklik-qapalı zəncirli aminturşuları: treptofan, histidin, prolin, fenilalanin
və s.
Asiklik aminturşuları da öz növbəsində karboksil və amin qruplarının sayına
görə monoaminmonokarbon pH=7 (qlisin, alanin, fenilalanin), monoamindikarbon
pH
<
7 (asparagin turşusu qlütamin turşusu) və diaminmonokarbon pH
>
7 (arginin,
lizin, ornitin) turşularına bölünür.
Aminturşu radikallarının müxtəlifliyi onların fiziki və kimyəvi xassələrinə
təsiri zülalların bir çox funksyalar daşımasına, digər biopolimerlərdən fərqlən-
məsinə və həyatın ən vacib komponenti olmasını təmin edir.
Dostları ilə paylaş: