MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


 Makroergik birləşmələr, orqanizmdə rolu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə69/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   102
Qida-kimyas-

6. Makroergik birləşmələr, orqanizmdə rolu
Orqanizmdə müxtəlif maddə-
lərin (karbohidratların, yağların və s.) oksidləşməsi nəticəsində külli miqdarda 
enerji ayrılaraq, makroergik və ya enerji ilə zəngin birləşmələrdə toplanır. Makro-
ergik rabitə əyri xətlə (~) göstərilir. Bunlardan fosforlu birləşmələri göstərmək 
olar. Fosforlu birləşmələrin bu qabiliyyəti – yəni özlərində enerji toplamaq və 
lazım gəldikdə vermək onların termodinamik davamsızlığı və kinetik davamsızlığı 
ilə əlaqədardır.
Sadə fosfat efirlərinin (3 – fosfoqliserin turşusu, qlükoza – 6 – fosfat, fruk-
toza – 1, 6 – difosfat və s.) hidrolizi zamanı az enerji (2 – 3 kkalori) ayrılır. Lakin 
pirofosfat rabitəli maddələr (ATF, ADF), fosfoamid rabitə saxlayanlar (keratinfos-
fat, argininfosfat), karboksilfosfatlar (asetilfosfat, 1,3 – difosfoqliserin turşusu), 
AH
2
+ B + ADF + H
3
PO
4
↔ A + BH
2
+ ATF 


109 
fosforlaşmış üçlü spirtlər (fosfoenolpiroüzüm turşusu) enerji ilə zəngin maddə-
lərdir. Bu rabitələrin qırılması orqanizmin enerji ilə təminində əsas rol oynayır. 
Bunların hidrolizi əsasında ayrılan enerji 6 – 12 kkalori arasında dəyişir. 
Göstərilən birləşmələrin içərisində əsas yeri purin nukleotidlərindən olan adenozin-
trifosfat turşisi (ATF) tutur. Bu mürəkkəb üzvi maddə olub, adenindən, ribozadan 
və üç molekul fosfat turşusundan ibarətdir. Onun quruluş formulu belədir: 
ATF hidroliz olunduqda ADF və fosfat turşusu əmələ gəlir, 6–8 kkalori də 
enerji ayrılır. Bu da mexaniki, elektrik, istilik enerjilərinə və qeyrilərinə çevrilir.
Adenozindifosfat turşusu da (ADF) enerji ilə zəngin birləşmədir. Bu turşu
fosforlaşma proseslərində əmələ gələn makroergik fosfatların birinci akseptorudur. 
Bundan miokinazanın (adenilatkinaza) təsiri ilə ATF-də əmələ gəlir. 
Adenozinmonofosfat turşusu (AMF) makroergik maddə deyildir. Çünki 
fosfat turşusu ribozaya adi fosfoefir rabitəsi ilə birləşmişdir. Biosintez proses-
lərinin çoxunda ATF-dəki enerjidən istifadə edilir. Fosfat qrupu fosfotrans-
ferazaların iştirakı ilə başqa maddələrə (məsələn, keratinfosfata) köçürüldükdə də 
enerji itmir. Lakin fosfat turşusunun qalığı ATF-dən monosaxaridlərə verildikdə 
fosfoefir rabitəsi yaranır və enerjinin müəyyən hissəsi səpələnir. Son zamanlar 
orqanizmdə (əzələ, qaraciyər, beyin və s.) ATF-dən başqa enerji ilə zəngin başqa 
nukleotidlərdə quanozindifosfat (QDF), quanozintrifosfat (QTF), uridindifosfat 
ATF + H
2
O → ADF + H
3
PO
4
+ 8 
kkalori 
OH 

R

CH
2
──
O PO
3
H
2
R
──

O P~O PO
3
H



Sad
ə
fosfat efiri Pirofosfat rabit
ə
si 
O COOH 


R

NH~PO
3
H
2
R
──
C O~PO
3
H
2
R CO~PO

3
H
2
Fosfoamid Karboksil Fosforlaşmış 
rabit
ə
si fosfatlar üçlü spirtl
ə


HC 
C

NH
2
C

N O O O OH 
CH


C
─ ─
─ ─

CH (CHOH)
2
─ ─
CH CH
2
O
──


P O~P O~P O 
N
│ │
OH OH OH 
2 ADF → ATF+ AMF 


110 
(UDF), uridintrifosfat (UTF), sitidindifosfat (SDF), sitidintrifosfat turşuları (STF) 
aşkar edilmişdir. Bu nukleozidfosfatlar da nuklein turşularının sintezində və fosfat 
qruplarının köçürülməsindəki təkrar fosforlaşma reaksiyalarında iştirak edir. 
Sitidinfosfatlar neytral yağıarın və fosfolipidlərin sintezi üçün lazım olan 
enerjini verir. Quanozinfosfatlar isə adenozinfosfatlarla birlikdə zülalların biosin-
tezində iştirak edir.
Karbohidratların mübadiləsində nukleotiddişəkərlər
 
xüsusi yer tutur. 
Bunların tərkibində nukleotidfosfatlardan başqa heksozalar (qlükoza) və ya onların 
törəmələri də (heksuron turşuları və ya asetilaminoşəkərlər) olur. Bu birləşmələr 
karbohidratların sintezində iştirak edir.
Makroergik rabitəyə kükürdlü birləşmələrdə də rast gəlinir. Onlardan tioefir 
makroergik rabitəni (R─CO~S─R
1
) göstərmək olar. Bütün göstərilən makroergik 
birləşmələr orqanizmi enerji ilə təmin edir və onun yaşamasına şərait yaradır.
Müxtəlif enerji növlərinin orqanizmdə əmələ gəlməsi və paylanması 
aşağıdakı sxemdə təsvir edilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin