MeşƏLƏRİN İNKİŞafi xiDMƏTİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix15.08.2022
ölçüsü0,58 Mb.
#63123
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Kotirovkanın ŞT-Gübrə (1)

3. Tətbiq olunan hüquq 
3.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun 
olara
q aparılmalıdır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər 
müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
3.2. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası 
qanunvericiliyinin 
("Patent haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Əmtəə 
nişanları və coğrafi göstəricilər haqqında", digər qanunların və əlaqədar normativ hüquqi aktların) 
tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından 
Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.
3.3. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və İcraçı tərəfindən hazırlanan digər 
sənədlər Sifarişçinin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. İcraçı bu sənədlərin 
sürətini özündə saxlaya bilər.
Müqavilə İcraçının günahı nəticəsində ləğv olunarsa, müqavilə üzrə gətirilmiş materiallar, qurğular, 
avadanlıqlar və müvəqqəti tikililər Sifarişçinin mülkiyyətində qalır.
4. Müqavilənin dili 
Müq
avilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda, müqavilə 
beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
5. Tərəflərin öhdəlikləri 
5.1. İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə 
nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş 
qaydada təhvil verməlidir.
5.2. İcraçı müqavilənin icraçı ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları 
öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bü cür şərtləri, tələbləri və məlumatları bilməməsi 
onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
5.3. İcraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, 
lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.
5.4. Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin 
təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) 
qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
5.5. Sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, 
müqavilənin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin 
(“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.7-ci maddəsinin tələbləri 
nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, Sifarişçi belə icazələrin müqavilənin icrasına 
başlanılana qədər əldə olunmasını təmin edir.
5.6. Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında 
çatdırılmasına təminat verir. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin