MeşƏLƏRİN İNKİŞafi xiDMƏTİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix15.08.2022
ölçüsü0,58 Mb.
#63123
1   ...   16   17   18   19   20   21   22   23   ...   31
Kotirovkanın ŞT-Gübrə (1)

10. Ehtiyat hissələri 
İcraçı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddət ərzində tələb olunan 
ehtiyat hissələrini Sifarişçiyə təhvil verir və onlar haqqında ətraflı məlumatları təqdim edir. Tərəflərin 
razılığı əsasında ehtiyat hissələrinin istehsalı dayandırıldıqdan sonra İcraçı onların istehsalı üçün 
tələb olunan çertyojları, cizgiləri və layihələri Sifarişçiyə təmənnasız təqdim edir.
11. İcraçının təşkilatı-hüquqi forması 
İcraçı müştərək müəssisə, konsorsium və ya hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi olduqda, 
müqavilənin icra müddətində onun strukturu dəyişdirilərsə, Sifarişçi bu barədə təxirəsalınmadan 
məlumatlandırılmalı və müqavilənin davamı yalnız onun razılığı əsasında aparılmalıdır.
12. İcraçının ixtisasına dair tələblər 
12.1. İcraçı kotirovka təklifində təqdim olunan və Sifarişçi tərəfindən təsdiq edilmiş siyahıya uyğun 
olaraq əsas işçilərin və aparıcı mütəxəssislərin müqavilənin yerinə yetirilməsində iştirakını təmin edir. 
Sifarişçi müqavilənin icraçı müddətində dəyişdirilən işçilərin siyahısını (ixtisas uyğunluğunu və 
səriştəsini) yenidən təsdiq edir.
12.2. Sifarişçi səbəbini göstərməklə İcraçının hər hansı işçisinin müqavilənin icrasından 
uzaqlaşdırılmasını tələb edərsə, İcraçı 3 gün müddətində bu tələbi müqavilənin icrasına heç bir 
təsirinin olmaması şərti ilə yerinə yetirməlidir.
13. Müqavilə üzrə ödəmələr 
13.1. Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən kotirovka sorğusunun şərtlər toplusunda və 
müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi 
sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank 
günündən gec olmamaq şərti ilə aparılır. 
13.2. Müqavil
ə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin 
görülm
əsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və 
müdd
ətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat 
müdd
əti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan 
qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab 
aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir. 
13.3. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində 
göstərildiyi qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən 
sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü 
müddətində ödənilir. 
13.4. Müqavilə üzrə ödəmələr müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə 
ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən 
olunmuş məbləğdə faiz hesablanır. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin