10. Ehtiyat hissələri İcraçı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddət ərzində tələb olunan
ehtiyat hissələrini Sifarişçiyə təhvil verir və onlar haqqında ətraflı məlumatları təqdim edir. Tərəflərin
razılığı əsasında ehtiyat hissələrinin istehsalı dayandırıldıqdan sonra İcraçı onların istehsalı üçün
tələb olunan çertyojları, cizgiləri və layihələri Sifarişçiyə təmənnasız təqdim edir.
11. İcraçının təşkilatı-hüquqi forması İcraçı müştərək müəssisə, konsorsium və ya hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi olduqda,
müqavilənin icra müddətində onun strukturu dəyişdirilərsə, Sifarişçi bu barədə təxirəsalınmadan
məlumatlandırılmalı və müqavilənin davamı yalnız onun razılığı əsasında aparılmalıdır.
12. İcraçının ixtisasına dair tələblər 12.1. İcraçı kotirovka təklifində təqdim olunan və Sifarişçi tərəfindən təsdiq edilmiş siyahıya uyğun
olaraq əsas işçilərin və aparıcı mütəxəssislərin müqavilənin yerinə yetirilməsində iştirakını təmin edir.
Sifarişçi müqavilənin icraçı müddətində dəyişdirilən işçilərin siyahısını (ixtisas uyğunluğunu və
səriştəsini) yenidən təsdiq edir.
12.2. Sifarişçi səbəbini göstərməklə İcraçının hər hansı işçisinin müqavilənin icrasından
uzaqlaşdırılmasını tələb edərsə, İcraçı 3 gün müddətində bu tələbi müqavilənin icrasına heç bir
təsirinin olmaması şərti ilə yerinə yetirməlidir.
13. Müqavilə üzrə ödəmələr 13.1. Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən kotirovka sorğusunun şərtlər toplusunda və
müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi
sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank
günündən gec olmamaq şərti ilə aparılır.
13.2. Müqavil
ə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin
görülm
əsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və
müdd
ətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat
müdd
əti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan
qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab
aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.
13.3. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində
göstərildiyi qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən
sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü
müddətində ödənilir.
13.4. Müqavilə üzrə ödəmələr müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə
ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən
olunmuş məbləğdə faiz hesablanır.