15
15.1. Müqavilənin icrası ilə əlaqədar Sifarişçinin və İcraçının riskləri Azərbaycan Respublikasının
mövcud qanunvericiliyinə uyğun olaraq sığortalanır. Bu barədə
məlumat müqavilənin xüsusi
şərtlərində göstərilməlidir.
15.2. İcraçı müqavilədə nəzərdə tutulmuş sığorta risklərinin sığortalanması üçün məsuliyyət daşıyır
və müvafiq sığorta müqavilələrini (onların surətlərini) Sifarişçiyə təqdim etməlidir. İcraçı tələb olunan
sığorta müqavilələrinin hər hansı birini təqdim etmirsə, Sifarişçi həmin sığortaları aparır və onların
məbləğini İcraçıya müqavilə üzrə nəzərdə tutulmuş ödənişdən çıxır.
Müqavilənin icra müddətində
sığorta müqaviləsi ləğv edilərsə (dəyişilərsə), İcraçı 3 bank günü müddətində Sifarişçiyə bu barədə
yazılı məlumat verməlidir.
15.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət bu müqavilənin icra müddətini bütövlüklə əhatə
etməlidir.
15.4. Malların (o cümlədən avadanlıqların, qurğuların, ehtiyat hissələrinin)
bu müqavilənin xüsusi
şərtlərində göstərilmiş son təyinat məntəqəsinə qədər sığortalanması
Parisdə Beynəlxalq Ticarət
Palatası tərəfindən nəşr olunan və qüvvədə olan "Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları
"İnkoterms"in şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.
15.5. İşlərin (o
cümlədən tikinti, quraşdırma və digər işlərin) yerinə yetirilməsi ilə əlaqədar sığorta
risklərinin sığortalanması bu müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılmasına qədər ola bilən
itki və zərəri ödəməlidir. Sifarişçi qüsurların aradan qaldırılması dövründə baş verən itkilərin və zərərin
ödənilməsini təmin etmək məqsədi ilə İcraçının istehsalat sahəsində olma müddətini uzatmalıdır.
15.6. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üçüncü
şəxs hesab olunan fiziki
şəxslərin (o cümlədən Sifarişçinin işçilərinin) səhhətinə (ölüm halları daxil olmaqla), habelə fiziki və
hüquqi şəxslərin əmlakına vurulan zərərin ödənilməsini təmin etməlidir. Belə sığorta malların
(avadanlıqların, qurğuların və s.) gətirilməsi və quraşdırılması, işlərin yerinə yetirilməsi və xidmətlərin
göstərilməsi müddətini tam əhatə etməlidir.
15.7. Sifarişçi tərəfindən digər sığorta risklərinin sığortalanması
nəzərdə tutulduqda,
bu barədə
tələblər müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
15.8. İcraçı submüqavilələrin icra müddətində nəzərdə tutulan sığorta risklərinin sığortalanması üçün
məsuliyyət daşıyır.
Dostları ilə paylaş: