16. Submüqavilələr İcraçı kotirovka sorğusunun şərtlər toplusunda nəzərdə tutulduğu halda kotirovka təklifində göstərilən
subpodratçı ilə müqavilənin icrası üçün tələb olunan submüqavilələr bağlaya bilər. Submüqavilələr
haqqında ətraflı məlumat (o cümlədən onları icra edənlərin ixtisas uyğunluğu haqqında məlumat)
İcraçının kotirovka təklifində göstərilir. Submüqavilələrin bağlanması və onlarda hər hansı
dəyişikliklərin aparılması yalnız Sifarişçinin yazılı razılığı əsasında edilir. İcraçı submüqavilələrin
icrasına görə Sifarişçi qarşısında məsuliyyət daşıyır. İşlərin yerinə yetirilməsi və ya xidmətlərin
göstərilməsi ilə əlaqədar submüqavilələrin (subpodratçıların) ümumi dəyəri müqavilənin 50 faizindən
çox ola bilməz. Submüqavilələrin bağlanması İcraçını satınalma müqaviləsi üzrə öhdəliklərdən azad
etmir. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, submüqavilələrin ümumi
dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş
mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.
17. Müqavilənin icrasına texniki nəzarət və sınaq 17.1. Sifarişçi (və ya onun nümayəndələri) kotirovka sorğusunun şərtlər toplusunda nəzərdə tutulmuş
qaydada, heç bir əlavə xərc çəkməkdən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət
etmək və sınaq keçirmək hüququna malikdir.
17.2. Sifarişçi üçün tələb olunan hər hansı texniki nəzarətin və ya sınağın keçirilmə yeri və növü
müqavilənin xüsusi şərtlərində göstərilməlidir. Sifarişçi belə texniki nəzarətin və sınağın keçirilməsi
üç
ün təyin olunmuş nümayəndələri barədə İcraçıya vaxtında yazılı məlumat verməlidir.
17.3. Texniki nəzarət və sınaq İcraçının (submüqavilələri icra edənlərin) ərazisində keçirilə bilər. Belə
hallarda İcraçı Sifarişçiyə (və ya onun nümayəndələrinə) lazımi kömək göstərməlidir.
17.4. Sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda
İcraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini
təmin edən digər malları təqdim edir.