MeşƏLƏRİN İNKİŞafi xiDMƏTİ


 Müqavilənin icrası müddətində qüsurların aradan qaldırılması



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix15.08.2022
ölçüsü0,58 Mb.
#63123
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
Kotirovkanın ŞT-Gübrə (1)

18. Müqavilənin icrası müddətində qüsurların aradan qaldırılması 
18.1. Müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş 
verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
18.2. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş 
məsuliyyət müddəti ərzində aradan qaldırır.
18.3. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırılmırsa, Sifarişçi həmin qüsurların 
aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır.
19. Texniki təminat 


16 
19.1. Müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, İcraçı müqavilə 
çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) _____ müddətinə 
texniki təminat verir.
19.2. Təminat müddətində Sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar İcraçının vəsaiti hesabına ən 
qısa müddətdə aradan qaldırılmalıdır.
19.3. İcraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, 
Sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər. 
20. Cərimələr 
20.1. İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) kotirovka sorğusunun şərtlər toplusunda 
müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), Sifarişçi digər 
hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları 
(qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi 
müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox 
olm
amalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra Sifarişçi 
müqaviləni ləğv edə bilər.
20.2. Sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində 
göstərilmiş qaydada ödəmələri aparmasa, İcraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş 
məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin