17
Müqavilə
ləğv olunarsa, İcraçı 15 gün müddətində müqavilənin icrasını dayandırır
və müqavilənin
icrası nəticəsində əldə edilmiş malların (işlərin və xidmətlərin) qorunması üçün təxirəsalınmaz
tədbirləri görərək, onları Sifarişçiyə təhvil verir.
24.2. Ödəmə qabiliyyəti olmaması səbəbindən müqavilənin ləğv edilməsi.
Sifarişçinin və ya İcraçının ödəmə qabiliyyəti olmadıqda qarşı tərəf yazılı
bildiriş göndərərək
müqavi
ləni ləğv edə bilər.
İcraçı iflasa uğradıqda, onun hüquqi varisi varislik hüquqları aldıqdan sonrakı 10
bank günü
müddətində Sifarişçiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında yazılı
müraciət
edərsə, iflasa uğramış İcraçının varisi ilə müqavilənin şərtləri əsasında satınalma müqaviləsinin başa
çatdırılması barədə yeni müqavilə bağlana bilər. Əsas halda, iflasa uğramış İcraçının müqavilə üzrə
yerinə yetirilmiş öhdəlikləri və ya ödənilmiş vəsaitləri Sifarişçinin ixtiyarına keçir.
Dostları ilə paylaş: