9. Müqavil ənin icrasına texniki nəzarət və sınaq (Maddə 17). Sifarişçinin tələb etdiyi texniki nəzarət və sınaq üçün aşağıdakı əməliyyatlar tətbiq olunur: -
Malların (işlərin və xidmətlərin)
v
əziyyəti haqqında məlumat;
-
Malların (işlərin və xidmətlərin)
satın alınması üçün tələb olunan sənədlər;
-
Mallara (işlərə və xidmətlərə)
texniki baxış sənədləri və digər sənədlər:
(1)
Texniki baxış zamanı texniki göstəricilərin cavabları müsbət olmadıqda malgöndərən dərhal təklif olunan
m
allarında təcili dəyişiklik aparmalıdır.
(2) 1-ci b
ənd yerinə yetirilmədikdə satınalan təşkilatın müqaviləni ləğv etmək ixtiyarı vardır.
10. Texniki t əminat (Maddə 19) İcraçı müqavilə çərçivəsində gətirilmiş mallara (görülmüş işlərə və göstərilmiş xidmətlərə) mallar (işlər və
xidm
ətlər) təhvil verildikdən sonra 12 ay müddətinə texniki təminat verir.
11. C ərimələr (Maddə 20) İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) kotirovkalar sorğusunun şərtlər toplusunda müəyyən
olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi, digər hüquqlara ziyan
vurmadan, gecikdirilmiş hər gün üçün İcraçıya müqavilə dəyərinin 0.1%-i məbləğində cərimə sanksiyası
(qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilə
qiymətinin 2%-ni təşkil edir. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra
Sifarişçi müqaviləni ləğv edə bilər.
Sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada
ödəmələri aparmasa, İcraçı, digər hüquqlara ziyan vurmadan, gecikdirilmiş hər gün üçün Sifarişçiyə müqavilə
dəyərinin 0.1%-i məbləğində cərimə sanksiyası (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir.
Cərimələrin məbləğinin yuxarı həddi müqavilə qiymətinin 2%-ni təşkil edir.