MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ


Reproduktorda musiqi davam edir



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
1   2   3   4   5   6   7   8   9

Reproduktorda musiqi davam edir. 

“Konsertverənlər” işlərinə fasilə verib çayxanaya enirlər, çay sifariş 

edirlər. 

Yazıçı görünməz olur. 

 

 

 

 

 

 

 

48 

 

 

 



 

 

 

 

İYİRMİNCİ FRAQMENT 

 

Əlində fotoşəkil tutmuş gənc qəbir üstə nitq söyləyirmiş kimi sağlıq deyir. 

 

III GƏNC -  

Bizi bağışda, şəhid Cəfər... 

Kəndimizin ilk və hələ ki, yeganə şəhidisən. 

Biz səninlə fəxr edirik. 

Bəzi ağzıgöyçəklər deyirlər ki, guya sən erməni gülləsilə 

ölməmisən, guya bərk piyan ikən  iri yemək qazanına yıxılıb 

ölmüsən. Əlbəttə, hamı bilir ki, bu ağ yalandır. Biz buna 

qətiyyən nana bilmərik. Bir də nə fərqi var ee, ömrün ki 

cəbhə xəttində başa çatıb. 

Çox  yerlərə yazdıq, amma deyəsən, “milli qəhrəman” 

məsələsi düzəlmir. Odur ki, istiyirik heç olmasa sənin adını 

ya oxuduğun məktəbə, bu da olmasa işlədiyin, can 

qoyduğun kolxoza, fermaya da varsa verdirək. Bunlar da 

olmasa, hərdən gəlib yeyib-içdiyin, piyan olanda ağladığın 

bu çayxanaya da varsa verdirək 

Indi hər kənd, şəhər öz şəhid övladlarına qara mərmərdən 

gözəl baş daşı düzəltdirir. Biz də belə bir işə girişmək istədik. 

Bundan ötrü rayonda  çox qapılara təpik döydük. Dərdimizə 

şərik çıxdılar, mütləq kömək edəcəklərinə söz verdilər. Lakin 

getdik-gəldik, gəldik-getdik, axırda orda qapıçıdı, nədi 

işləyən bir arıx qoca vardı, bizə xəlvəti dedi ki, a kişilər, 

ayağınızı nahaqdan yormuyun... 

Nə isə, əlacımız kəsildi, qapı-qapı düşdük məmmədəmin 

toplamağa. Məmmədəmin çox az adamda tapıldı, yenə də 

bir az əzik-üzük nizami, qızqalası toplaya bildik. Getdik genə 

rayona, baş daşı düzəldənin yanına. Yığdığımız pula baxıb 

gülərək dedi: “A kişilər, sizin dünyadan, bazardan xəbəriniz 

yoxdu, nədi? Bu pula qara mərmər baş daşının heç quyruğu 

da düşməz. Gedin, filan qədər dollar gətirin, keyfiniz 

istədiyindən düzəldib verim.”  Ay rəhmətlik, sən görmüşdün 

ki dolları, biz də görək? 

Kor-peşiman  qayıtdıq gəldik, heç bilirsən hara, düz bura, 

sənin köhnə oylağına. Indi oturub həmin pulların kəramətinə 

“Bakuş”la konyak vururuq sənin ruhunun xatirinə. Düzdü, 

sən içəndə həmişə araq içərdin, amma neyniyək, arağa 

gücümüz çatmır. Gör bu gidi dünya necə kəllə-mayallaq 

olub, vaxtı ilə arağı kasıb-kusub içərdi, konyakı yekələr. Indi 

hər şey tərsinədi. 

Bağışda bizi, şəhid Cəfər... Zəmanənin üzü qara olsun,  bir 

 

 

 

 

 

49 


 

 

kəndin ki camaatı vətən uğrunda qurban getmiş ilk və 



yeganə şəhid oğluna mərmərdən baş daşı düzəltdirə bilmir, 

bəs bu ucuz konyakdan da varsa içməyib neyləyək? 

Başqa kəndlərdəki, şəhərlərdəki şəhid baş daşları, heykəlləri, 

vallah, göz dağı olub bizə.  

Sənin onlardan nəyin əskikdi ki? Kasıb olmusan, yetim 

olmusan diyə qara mərmərdən baş daşı düz gəlmir sənə? 

Onsuz da şəhidlərin çoxu kasıb balalarıdı. Onsuz da vətən 

kasıblarındı. Varlıya bütün dünya vətəndi. Dara düşəndə 

gedib istədiyi yerdə yaşayacaq. Eh, nə isə... 

Bağışda, bağışda bizi, şəhid Cəfər. Heç olmasa, Allah sənin 

ruhunu şad etsin. 

 

Içirlər. Susurlar. 



Bayaqdan bir kənarda dayanıb bu “sağlığı” dinləyən Alik onlara 

yaxınlaşır. Dimnəzcə oturur. Süzüb bir qədəh də özü içir. 

 

ALIK  -  

  Fikir eləmiyin, uşaqlar. Cəfər qardaşımızın baş daşı 

mənciyəzin boynuna. Qoy payız olsun. Dubayda alver iliyən 

qağam gəlsin. Gedib o goreşənin üzünə bir paçka yüzlük 

dollar çırpacağam ki, başdaşının birini özünə, birini də 

dədısinə düzəltsin. Allah haqqı, doğru sözümdü. Qağama da 

hindidən xəbər iliyicəm ki, baş daşını lap elə o Dubaydan 

gətirsin. Qoy payız gəlsin bir... Konyak verim yenə? 



 

Heç kim dinmir. Alik daha bir şüşə konyak gətirir. 

 

 

 

 

 

 

 

İYİRMİ BİRİNCİ FRAQMENT 

 

REPRODUKTOR –

  Quq-quuu... Danışır Meşəli radiosu. Əziz 

həmkəndlilər, kimdə şirvana xırda var?.. Qəmnict İsrəfil 

məllim redaksiyamıza gəlib bir işdə ona kömək 

göstərməyimizi xahiş eliyib.  

Bildiyiniz kimi, rayonun kommunistləri hər həftənin şənbə 

günü rayon mərkəzindəki “Palıd” çayxanasına yığışır, 

keçmişləri yad edir, ölkəni düşdüyü böhrandan çıxarmaq 

üçün yollar fikirləşirlər. 

Isrəfil müəllim də hər həftə uşaqlarından, qohumlarından 

beş məmməd alıb – iki məmməd o yana, iki məmməd bu 

yana yol pulu, bir məmməd də çaya – “Palıd”a gedir, köhnə 

 

dostları  ilə görüşür, keçmişləri xatırlayaraq dərdini dağıdır. 



 

 

 

 

 

50 

 

 

 



Bu dəfə ona pul verə bilən olmadığından qonşularını bir-bir 

gəzib borc etmək istəyib. Lakin heç kimdə beş məmməd 

tapılmayıb. Yalnız Səlbiyə arvad ona bir şirvan verib və deyib 

ki, xırdala gətir, beşi sənin olsun, beşi də mənim, mən də 

sabah qonşu kənddə ərdə olan ekiz uşaq doğmuş qızımın 

yanına getməliyəm. 

Qəmnist İsrəfil neçə adama ağız açıbsa da şirvana xırda tapa 

bilməyib. Kimsə deyib, üç aydı pensiya almıram, bir başqası 

deyib, altı aydı uşaq pulu gözləyirəm, biri dı deyib ki, a kişi, 

pulun necə şey olduğu yadımdan da çıxıb. Xülasə, heç kimdə 

xırda olmayıb. 

Hər yandan əli üzüləndən sonra redaksiyamıza gəlib, xahiş 

eləyib ki, radio ilə elan verək, bəlkə kimsə ona kömək elədi. 

Əziz həmkəndlilər, kimdə şirvana xırda varsa, bu gün mütləq 

İsrəfil müəllimin pulunu xırdalasın. Qoy köhnə kommunist 

sabah öz dostlarından kənarda qalmasın. (Musiqi davam 



edir.) 

DOMINO OYNAYANLARDAN BIR NƏFƏR -  

 Adə, Alik, o 

qəmnistin pulunu niyə xırdalamırsan? Genə səndə olar. 

ALIK  -  

  Bir az əvvəl gəlmişdi bura, düzəlmədi. Özünə demişəm, 

bəlkə bir azdan oldusa. 

SINTEZATOR ÇALAN OĞLAN -  

 Alik, gəl çayın pulunu çıx. 



(Cibindən on minlik çıxardır.) Amma bizdə də şirvandı. 

Vallah, başqa pulum yoxdu. 



HURAMAN -  

 Dayan görüm. (Çantasını qurdalayır.) Məndə 

olmalıdı. (Bir neçə minlik tapıb çıxardır.) Götür, hamısını 

götür. Onsuz da sabah yenə gəlib içəcəyik də. 

 

Ayağa qalxırlar. 

 

 

 

 

 

İYİRMİ İKİNCİ FRAQMENT 

 

Səhnəciyin yanında əlində bir vərəq kağız balaca bir oğlan uşağı dolaşır. 

 

SINTEZATOR ÇALAN OĞLAN -  

  

 Ə, Cuppulu, burda nə 

gəzirsən? 

CUPPULU QƏŞƏM -  

Mən... mən də istiyirdim ki... 



(Utandığından sözünü deyə bilmir.) 

SINTEZATOR ÇALAN OĞLAN -  

  Ə, bir danış görək nə olub? 

 

 

 

 

 

 

51 


 

 

CUPPULU QƏŞƏM - 

 İstiyirdim ki, mən də... danışım... bu 

mikrafonnan. Bu kağızdakını oxuyum, bəlkə eşitdilər... 



SINTEZATOR ÇALAN OĞLAN -  

  Nə kağızdı o elə? Kimə 

eşitdirmək istəyirsən? (Kağızı götürüb baxır. Xətti oxuya 

bilmir.) 

HURAMAN -  

 (Onun əlindən kağızı götürür, höccələyib oxuyur.) 

Şərəbanı qarının nəvəsi cuppulu Qəşəmin Qədr gecəsndə 

mələklərə və məlaikələrə yazdığı məktub. (Qəşəmin başını 



sığallayır.) A Cuppulu, Qəşəm bala, qəşəng bala, mələklərə 

nə yazmısan belə? Çıx ora, oxu görək. Hə, sağ tərəfdəki 

düyməni bas. Di başla. Dinləyək, uşaqlar. Çox maraqlıdı 

deyəsən. 

 

Cuppulu Qəşəm tribunaya qalxır, boğazını artlaya-artlaya sözə başlayır. 

Əvvəlcə utana-utana, sonra hər şeyi unudaraq özünə qapılıb məktubu 

oxuyur. 

 

CUPPULU QƏŞƏM - 

 Bismillah, ya Allah! Salam, hörmətdi 

mələklər və məlaikələr. Nə təərsiz? Yaxşısızmı? Mən də pis 

döləm. Diyirlər, qədr gecəsində siz göylərdən enib öyləri 

gəzirsiz. Hansı öydə ki, yatmayıb səhərəcən Allaha ibadət 

iliyirlər, siz onnarın arzularını, niyyətdərini həyata 

keçirdirsiniz. Mən də bu gecə yatmayacaxdım səhərəcən. 

Saat üçəcən bir təhər dözdüm, daa dözə bilmirəm. 

Ona görə  ki, çox yorğun olmuşam büyüm. Axşam üstü əl 

arabasıynan iki reys kəndin aşağısındakı arxdan su 

gətirmişəm. Bizim öy də kəndin başında, hündürdədi. lap 

nəfəsim kəsilmişdi. Kəndin artizanı yayından işdəmir. Matoru 

yanıb, diyirlər. Gərəy hər öy dörd-beş şirvan pul topluya ki, 

düzəldə bilələr. Camaatda da pul yoxdu diyə yığa bilmirlər. 

Sonura da meşədən yekə bir şələ odun gətirmişəm. Payızda 

bir lapet odun düzəltmişdik meşədə, gətirə bilmədik. Tormoz 

Camal üç şirvan istiyir, on litir də səlyarka, meşəbəyi də iki 

şirvan, bir çolpa. Sonura malların altını kürüyüb peyini 

xizəknən bağdakı ağacların dibinə dartmışam. 

Əslində, hər günüm belədi, amma büyüm işdər lap çox olub. 

Əsniyə-əsniyə qalmışdım. Didilər, tünd çay içəndə adamın 

yuxusu qaçır. Çayımız olmadı. Nənəm qənd yandırıb 

dəmləmişdi, bəhməznən içdik. Bu da elə bil adama daa da 

yuxu gətirdi. Həm də soyuxdu. Yuxu gözümnən tökülür. 

Diyəsən, yatmalı olucam. Odur ki, istiyirəm sizdərə bir 

məktub yazıb pəncərəyə - ləmpənin yanına qoyum ki, gəl- 



 

 

 

 

 

 

52 

 

 

 



 

səz, xaiş iliyirəm, onu oxuyasız. 

Bax, birincisi, bir cüt ayaqqabı istiyirəm. Ayaqqabımın altı 

yarılıb, məktəbə gedəndə ayaqlarım tamam suyun içində 

olur. Sonura bir qurtqa istiyirəm. Məktəbdə də soyuxdu. Bu 

il yaman pis qışdı. Düzdü, qar azdı, bu yay diyəsən quraxlıx 

olacax, amma hər gün külək əsir, şaxtadı, soyuxdan 

donuram. Keçən qış qurtqasız bir təhər keçinmişdim, bu qış 

diyəsən heç dözəmmirəm. 

Sonura, heç olmasa, on dənə ruçka istiyirəm. Bu İran 

ruçkaları elə tez qurtarır ki.  Rayonda bir nizamıya verirlər, 

kəntddə isə bir məmmədə satırlar. Həftədə bir məmməd 

hardan tapım? Mənə diyirlər ki, az yazım, kağız da yoxdu. 

Neynim, yazmaya bilmirəm. Diyirlər, belə getsə, gələcəkdə 

bəlkə yazıçı oldum. Mən də istiyərdim e yazıçı olum. Amma  

kağıza, ruçkaya neyniyərdim bəs onda? 

Vəssalam... bu qədər... hə, bir də, vallah, yazmağa da 

utanıram, mümkün olarsa, hərdənbir iki yüz, üç yüz manat 

cib xərcliyi də göndərin ki, bəzi uşaxlar budkadan bakuş, 

biskivit alanda, mənim də ürəyimdən keçir ki, kaş mənim də 

bir az pulum oleydi, mən də hərdənbir burdan bir şey alıb 

yiyeydim. 

Qardaçım diyir ki, bunnar nədi ə, istiyirsən, heç olmasa  bir 

paçka yüzdük dollar istə. Mən bilirəm ki,  bu mümkün olan iş 

dölü. Sizdər dolları hardan tapasız? Amma mən diyənnəri 

bəlkə tapa bildiz. 

Məktubun axırında sizdərdən xaiş iliyirəm ki, mənim 

yatmağımı üzürlü hesab iliyəsiz. Vallah, gecə yuxudan ayılıb 

çölə çıxanda qayıdıb genə sizdərə dua iliyicəm. Xahişim 

budur ki, mənim dualarımı eşidəsiz, arzularımı yerinə 

yetirəsiniz. Başqa heç kimə gümanım yoxdu. Amin!  

İmza: Qəşəm. 



 

Diqqətlə qulaq asırlar. 

 

 

HURAMAN -  

 (Kövrəldiyini gizlədərək.)  Afərin, Cuppulu... 



(Hətta əl də çalır.) Bunu haçan yazmısan belə? 

CUPPULU QƏŞƏM - 

 Qışda yazmışdım. Ləmpənin yanına 

qoymuşdum ki, mələklər gələndə oxusunnar. Amma diyəsən 

onnar heç gəlmədilər, məktubu görmədilər, oxumadılar. 

Hindi diyirəm, mikrafonnan bərkdən oxuyum ki, bəlkə 

eşidələr. 



 

 

 

 

 

53 

 

 

HURAMAN -  

 (Onun başını sığallayır.) Arxayın ol, Cuppulu... 

mütləq eşidərlər. Onların da qulaqları kar deyil ki. 



QARPIZ SATAN ARVAD – 

 (Bayaqdan valehcəsinə Qəşəmə 



qulaq asır, əlində iri bir qarpız yaxınlaşır.) Hə, Qəşəm bala, 

qəşəng bala, deyəsən mələkləe eşitdi səsini və mənnən bu 

qarpızı sənə pay göndərdilər. Di götür. 

 

Qəşəm çaşqın-çaşqın baxır. 



 

Özləri də mənə bərk-bərk tapşırdılar ki, qarpızı mütləq verim 

sənə. 

 

Qəşəm çəkinə-çəkinə qarpızı götürür. 

 

SINTEZATOR ÇALAN OĞLAN -  

 (Nə fikirləşirsə cibindəki on 

minliyi çıxardıb xəlvəti havaya atır. Pul Qəşəmin qabağında 

yerə düşür.) Oho, deyəsən, mələklər göydən sənə bir şirvan 

da göndərdilər. (Pulu götürüb ona uzadır.) Götür bunu da. 

 

Qəşəm mətəəl qalıb, pulu götürmək istəmir. 

Götür, götür, yoxsa onnar inciyər sənnən. 



CUPPULU QƏŞƏM - 

 (Çəkinə-çəkinə pulu da götürür.) Bunu 

harda xırdaladacağam ki? 

ALIK  -  

  Sabah axşam üstü gələrsən yanıma, xırda düzəldərəm 

o vaxtacan. Bu gün daa İsrəfil məllimə söz vermişəm. 

HURAMAN -  

 (Nə isə düşünərək.) Cuppulu, hələ heç bilirsən nə 

olacax? Sabah  heç, birisi gün səhər sən yerindən qalxanda 

eyvanınızda görəcəksən ki, qəşəng bir qış kurtkası, qış 

ayaqqabısı və bir paşka, hə, düz bir paçka ruçka,  bir topa 

dəftər  səni gözləyir. Hələ yüzlükləri, bir kulok “Bakuş”u, 

biskiviti demirəm. 

CUPPULU QƏŞƏM - 

 Hardan bilirsiz? 



HURAMAN -  

  Bildim də. Mələklər indicə qulağıma pıçıldadılar ki, 

sənə deyim. 

 

Qəşəm özünü itirmiş halda çıxıb gedir. 



Susurlar.  

Radioda musiqi davam edir. 

Elə bu vaxt eşşək bərkdən anqırır.  

 

 

 

 

 

 

 

54 

 

 

 



ALIK  -  

 

 Vaş!.. Qıllı yenə zəngulə vurmağa başladı ki. 

 

 

 



 

 

İYİRMİ ÜÇÜNCÜ FRAQMENT 

 

Meydanda  tək-tək yeni adamlar görünməyə başlayır. 

Kimi çayxana ctolunun arxasında, kimi aralıdakı kötüklərin üstə oturur. 

Səmə Geroy da dalınca bir neçə uşaq “maşınını sürə-sürə” meydanda 

dolaşır. 

 

HURAMAN -  

  Uşaqlar, məşqimizi saxlayaq daha. Camaat 

yığışır.  Bir azdan iclas başlayacaq. Sabah davam etdirərik. 

JURNALIST -  

 (Huramana yaxınlaşır.) Salam, Huraman 

xanım.Vaxtınız  varsa... 

HURAMAN -  

  A, salam, Cavid. (Əl verib görüşür.) Xeyir ola? 



JURNALIST -  

 Bizim “Meşəli” qəzeti sizinlə bir müsahibə 

hazırlamaq istəyir. 

HURAMAN -  

 (Təəccüblə.) Booy! Mənimlə müsahibə? Çox sağ 

olun. Ancaq mən kiməm ki? 

JURNALIST -  

  Niyə belə düşünürsünüz? Siz kəndimiz üçün çox 

qeyri-adi adamsınız. 

HURAMAN -  

 (Yoldaşlarına.) İnstrumentləri yığışdırın. Səhər 

görüşərik bir də.  

 

Huramanla Cavid danışa-danışa aralanırlar, çayxananın ctollarından 

birinin arxasında otururlar. 

Musiqiçilər səs aparatlarını yığışdırırlar. 

 

REPRODUKTOR –

  Əziz həmkəndlilər, gecikməyin, meydana 

yığışın. Yoldaş Görüşovun gəlişi anbaan gözlənilir. O, gələn 

kimi iclas başlanacaq. Bu çox mühüm iclasdır. Öz sözünüzü 

deyin. (Musiqi davam edir.) 

JURNALIST -  

 (Qələm-kağızını hazırlayıb suallar verir, qeydlər 



edir.) Siz kimsiniz, Huraman xanım?..  Haqqınızda o qədər 

şaiələr, söz-söhbətlər gedir ki, açığı, nəyin yanlış, nəyin 

həqiqət olduğunu bilə bilmirik. 

HURAMAN -  

 (Gülümsəyir.) Hamısı düzdü. Dəliyəm, başdan 

xarabam, oğlanları yoldan çıxardıram, falçıyam, karatist, 

müğənni, bir sözlə, necə istəyirəm elə də yaşayıram. Beləcə 

də yazın. 

 

 



 

 

 

 

 

55 

 

 

JURNALIST -  

 (O da gülümsəyir.) Başa düşürəm, haqqınızda 

danışılanlar sizi əsəbiləşdirir. Gəlin biz həqiqəti 

aydınlaşdıraq. 

HURAMAN -  

  Əslində deyilənlərin hamısında bir həqiqət var. 

Ancaq əsas məsələ həqiqətə hansı gözlə baxmaqdadır. 

Insanın ən böyük faciəsi odur ki, onu başa düşmürlər, 

anlamırlar.  

JURNALIST -  

  Gəlin bir qədər dəqiq danışaq. 



HURAMAN -  

  Vallah, heç kimi qınamıram, hərdən elə 

hərəkətlər, elə işlər görməli oluram ki, kənardan baxanda 

bunların hamısı ağıldan seyrək adamın işləkləri kimi görünür. 



JURNALIST - 

 Axı bu işlər nədən ibarətdir? Bəlkə bir 

açıqlayasınız. 

HURAMAN -  

  Mənim həyatım yalnız bir məqsədə xidmət edir: 

qızlarımızı, qadınlarımızı qəfəsdə saxlayan çərçivələri qırıb 

dağıtmaq. Mən tamamilə əminəm ki, hərəkətlərim bütün 

zərif məxluqların ürəyindəndir, onlar da  məmuminiyyətlə 

bunları edərdilər, lakin çərçivələr onların əl-qolunu bağlayır. 



JURNALIST -  

  Məsələn? 



HURAMAN -  

  Dəhşətdir. Deyək ki, bir qızın bir oğlandan xoşu 

gəlir. Oğlan kütbaş da bunu hiss etmir. Hiss edirsə də, 

cəsarətlənib tərpənə bilmir. O qız da heç zaman qəfəsi aşıb 

ürəyini oğlana aça bilmir. Içində qovrula-qovrula qalır. 

Günah deyilmi bu? Deyin, hansı böyük qəbahətdir, günahdır 

– içində yana-yana qalmaq, yoxsa birbaşa öz ürək sözünü 

demək, imkan varsa, lap elə hər hansı bir ünsiyyətdə olmaq? 

Qızlar hələ bir yana, belə oğlanlarımız da var.  Təsəvvür 

edirsinizmi, mənə “şanlı məktublar” yazırlar, amma cürət 

edib “Sən mənim xoşuma gəlirsən” kimi adi bir cümləni  

özümə deyə bilmirlər. 

Danışırlar ki, guya oölanları  yoldan çıxardıram. Axı mən kimi 

yoldan çıxartmışam? Xoşum gələn bir adamla dostluq etmək 

istəyirəmsə - bu əxlaqsızlıq olur məgər? Təbiət bu bədəni 

mənə veribsə, nə üçün mən onun əsil sahibi olmayım?.. 

Vallah, elə oğlanlarımız var ki, toy gecəsinə qədər əli qadın 

bədəninə toxunmayıb. Yazıq deyillərmi?.. 



JURNALIST -  

  Maraqlıdır. 



HURAMAN -  

  Hamımız kəndliyik. (Əlilə uzaqları göstərir.) Bu 

talalar, meşələr heç sizi səsləmirmi? Səsliyir, özü də necə 

səsliyir. Siz oğlanlara nə var ki? Istədiyiniz vaxt istədiyiniz 

 

 

 

 

 

 

56 


 

 

 



yerə gedə bilərsiniz.  Ancaq qızlarımız?.. Vallah, o talalara 

çoxlarının ayağı dəyməyib. Mən isə itimizi yanıma salıb 

qarış-qarış dolaşmışam oraları. Meşələri gəzmişəm, 

çaylarda, göllərdə çimmişəm, qumluqlarda uzanıb 

qaralmışam tək başıma. 

Sizi inandırım ki, qızlarımızın heç birinin bədəninə ömür boyu 

gün dəymir. Elə bilirsiniz onlar istəmirlər bunu?  Elə istiyirlər 

ki. Ancaq qəfəsdən çıxa bilmirlər. Qəfəsi dağıtmaq o qədər 

də asan iş deyil. Nəyə görə mənə it gəzdirən deyirlər? İtimiz 

olmasa, mən tək-tənha gəzə bilərdimmi o yerləri? Nəyə görə 

məcbur olub karate öyrənmişəm? Hünəri var, qoy ən zırpı 

oğlan pis niyyətlə mənə yanaşsın. Onun boyun çuxuruna 

üçüncü dərəcəli elə bir zərbə endirərəm ki, elə ordaca qalar. 

 

Jurnalist gülümsəyir. 

 

 

Ee, vaxt gələcək yeni, ali nəsil insanlar yaranacaq. Heç kimin 

heç kəslə işi olmayan, heç kimin heç kəsin işinə, həyatına  

müdaxilə, təcavüz etməyən insanlar. O zaman daha nə it 

gəzdirməyə ehtiyac qalacaq, nə karate zərbələrinə. Ancaq bu 

çox sonralar olacaq,  indisə hələlik bunlarsız keçinmək 

olmur. 

JURNALIST -  

  Gələcəyi görmək qabiliyyətiniz də var deyirlər. 



HURAMAN -  

  Altıncı duyğu hər bir insanda var, baxır nə 

dərəcədə inkişaf edib... Görünür, bu məndə lap üzdədir. Bir 

adamın üzünə diqqətlə baxan kimi onun içini görürəm, 

taleyini görürəm. Özü də bunu həmin adama demiyə 

bilmirəm. Deməsəm, sanki ağırlaçıram, xəstəhal oluram. 

Deyəndə də oluram – falçı. 

JURNALIST -  

 (Təbəssümlə.) Falçı xanım, görürsünüz ki, 

camaatın güzəranı gündən-günə ağırlaşır. Meşəli böhran 

içindədir. Bunun bir sonu olacaqmı? Nə qədər davam edəcək 

belə? 

HURAMAN -  

  İndi hər yanda belədir. Köhnəsi dağılıb, təzəsi 

hələ yox. Keçid dövrüdü də. Beş-altı ildən sonra yavaş-yavaş 

hər şey yoluna düşəcək. Ola bilsin, vəziyyət bundan da 

ağırlaşsın. Ancaq camaat çətinliklərə vərdiş edəcək, qurtuluş 

üçün hərə özünə  balaca bir çarə tapacaq. Indisə elə bil 

birdən-birə qaranlığa düşmüşük, zaman keçincə gözümüz 

 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin