Metal və Ərintilər Metalların klassifikasiyası


Qara və əlvan metallurgiya



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   2   3   4   5   6   7   8   9   ...   23
Maşınşünaslıq (Mühazirələr)

 
Qara və əlvan metallurgiya 
Metallurgiya sənayesi iki – qara və əlvan metallurgiya sahələrinə ayrılır. 
Respublikamızda metallurgiya sənayesinin inkişafını müəyyən edən amillər 
aşağıdakılardır: 
1. Bol və rəngarəng mineral xammal ehtiyatlarının olması; 
2. Müxtəlif metal tullantılarının mövcudluğu; 
3. Yerli enerji ehtiyatlarının – neft və qazın olması; 
4. Metal tələbatlı sənaye və tikinti sahələrinin geniş inkişafı; 
5. İxtisaslı kadrların və əmək ehtiyatlarının kifayət qədər olması; 
6. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı. 
Qara metallurgiya – dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın 
əridilməsi, prokat və ferroərintilərin istehsalından ibarətdir. Metallurgiya 
sənayesində xammalı ardıcıl emal etməkdə kombinatlar (bir-biri ilə sıx istehsal 
əlaqələrinə malik müəssisələr sistemi) üstünlük təşkil edir. Elmi-texniki tərəqqi bu 
kombinatlarda daha məhsuldar, tullantısız texnologiya tətbiqinə şərait yaradır və 
nəticədə prokatın müxtəlif növlərini əldə etməyə imkan verir. 
Metallurgiya maşınqayırma və metal emalı sahələrinin inkişafının əsasıdır. 
Metallurgiya külli miqdarda xammal (yerin təkindən çıxan faydalı qazıntı) və 
yanacaqdan istifadə edir. Ona görə də, kombinatlar xammal və ya yanacaq 
ehtiyatlarının yaxınlığında, bəzi hallarda isə onların arasında yerləşdirilir. 
Ölkəmizdə qara metallurgiya, əsasən, neft-qaz sənayesinin tələbatı (boru istehsalı) 
ilə əlaqədar yaradılmış, sonradan digər sənaye sahələrini inkişaf etdirmək üçün 
genişləndirilmişdir. Azərbaycanda Gəncə-Daşkəsən və Abşeri\on metallurgiya 
bazaları (filiz və yanacaqdan birgə istifadə edən metallurgiya zavodları qrupu) 
formalaşmışdır, lakin son illərdə Abşeron metallurgiya bazası daha çox metal 
tullantılarına əsaslanır. Qara metallurgiyanın əsas müəssisəsi Daşkəsən dağ-mədən 
kombinatıdır. Respublikamızda qara metallurgiyanın inkişafı Qoşqarçayın 
vadisində 4 yataqda (Daşkəsən, Cənubi Daşkəsən, Hamançay, Dəmiroğlu) olan 
Daşkəsən dəmir filizi ilə bilavasitə əlaqədardır. Sumqayıt boru-prokat, Bakı təkrar 
qara metallurgiya zavodu, Bakı polad istehsalı şirkəti və iri maşınqayırma 
zavodlarının nəzdində olan metaləritmə sexləri də iri müəssisələrdəndir. 
Metallurgiya sənayesinin inkişafı üçün bentonit gilinin rolu böyükdür. Bentonit 
gilindən fasiləsiz polad əridilməsində, odadavamlı metaltökmə qəlibin 
hazırlanmasında geniş istifadə olunur. 


Əlvan metallurgiya – əlvan metal filizlərinin hasilatından, saflaşdırılmasından, 
əridilməsindən və müxtəlif ərintilərin alınmasından ibarətdir. Əlvan metallar 
müxtəlif 
qruplara 
bölünür:
Yüngül əlvan metal filizlərinin tərkibində metal 25-30%-ə yaxındır. Bu metallar 
ərimə zamanı yüksək enerji tələb etdiyi üçün enerji tutumludur. Ona görə onların 
müəssisələri ucuz elektrik enerji mənbələrinə və istehlakçıya yaxın yerləşdirilir. 
Ağır əlvan metal filizlərinin tərkibində metalın çox az olması onların hasil 
olunduğu yerlərdə saflaşdırılmasını və ilkin emalını tələb edir. Filizin tərkibində 
bir neçə metal varsa, o, polimetal filizi adlanır. Ağır əlvan metal filizləri polimetal 
şəklində çıxdığı üçün saflaşdırılır və konsentrat alınır (metallar ayrılır). Qara 
metallurgiya sənayesində bəzi əlvan metal filizlərini (xrom, nikel, titan, volfram, 
vanadium) dəmirlə qarışdırdıqda daha yüksək keyfiyyətli polad almaq 
mümkündür. 
Alüminium yer qabığında ən çox yayılmış yüngül metaldır. Respublikada 
alüminiumun əsas xammalı olan alunit Daşkəsən rayonunda Zəylik mədənindədir. 
Süxurun tərkibi çox zəngindir (xlorid, opal, kolçedan, barıt və s.). Burada çıxarılan 
filiz asma kanat yolu ilə bunkerlərə, oradan da Quşçu-Alabaşlı dəmir yolu 
vasitəsilə Gəncə gil-torpaq birliyinə daşınır. Əldə edilən alüminium-oksid 
Sumqayıt alüminium zavoduna gətirilir və ondan alüminium istehsal edilir. Əlvan 
metallurgiya qara metallurgiya ilə müqayisədə gənc və daha yüksək sürətlə inkişaf 
edən sənaye sahəsidir. Onun əsas müəssisələri Sumqayıt və Gəncə alüminium 
zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodlarıdır. Azərbaycanda əlvan 
metallurgiyanın inkişafı üçün Kiçik Qafqaz ərazisində, Naxçıvan və Şəki-Zaqatala 
iqtisadi rayonlarında yerləşən polimetal yataqlarının böyük sənaye əhəmiyyəti 
vardır. Bundan başqa, Naxçıvanda və Kiçik Qafqaz ərazisində 50-dən çox civə 
yatağı kəşf edilmişdir ki, bunlardan ən məşhurları Kəlbəcər rayonunda yerləşir. 
Göründüyü kimi, Naxçıvanda, Yuxarı Qarabağda, Şəki-Zaqatalada, Kəlbəcər-
Laçında əlvan metallurgiya sənayesinin inkişafı üçün perspektivlər böyükdür. 
Azərbaycanda metallurgiya sənayesinin ən gənc 
sahəsi elektrometallurgiya (metalların elektrik üsulu ilə əridilməsi) və ovuntu 
metallurgiyasıdır. Müxtəlif metal və qeyri-metal ovuntularının qarışığından 
hazırlanan metal məmulatlar həm keyfiyyətinə, həm də ucuz olmasına görə 
fərqlənir. Bakıda bürünc və tunc ovuntuları istehsal olunur, çətin əriyən birləşmələr 
sintez edilir.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin