Metalların mexaniki xassələri



Yüklə 38,83 Kb.
səhifə3/3
tarix20.11.2023
ölçüsü38,83 Kb.
#164175
1   2   3
12-97 Metal

Brinel üsulunda diametri D-yə bərabər olan tablandırılmış polad kürə P - qüvvəsinin təsiri altında sınanılan cismə basılır. Nəticədə sınanılan metalın səthində diametri d- bərabər kürə seqmenti alınır.
Brinel üsulunda ucluq- kürənin diametri sınanılacaq metalın qalınlığından asılı olaraq 2,5; 5 və ya 10 mm götürülür. Кürənin diametri, yük və sınаq müddəti xüsusi cədvəldən götürülür.
Zərbə özlülüyü (dinamik möhkəmlik) - metalların dinamik zərbələrə qarşı müqavimətlilik qabiliyyətidir.
Konstruksiyalar, alətlər və bir çox maşının hissələri istismar zamanı zərbəli yüklərə məruz qalırlar. Buna görə də onların hazırlanması zamanı bu vacib xassə nəzərə alınmalıdır.
Dinamik (zərbə) yüklərin təsirindən dağılan metallar, kövrək metallardır. Bunlar zərbəli yüklərin təsiri şəraitində istismar üçün yararlı deyildirlər.
Özlülük - metalın sürətlə artan (zərbə xarakterli) xarici qüvvələrə müqavi­mət göstərməsi qabiliyyətinə deyilir. Özlülük - kövrəkliyin əksi olan xassədir.
Materialın zərbə özlülüyü (an) nümunəni sındırmaq üçün görülən işin sınan nümunənin en kəsiк sahəsinə olan nisbəti ilə ölçülür:

burada F - nümunənin sınmış hissəsindəki en kəsiyinin sahəsidir.


Zərbə özlülüyünün qiyməti yalnız metalların növündən asılı olmayıb, həmçinin onun tərkibindən, strukturundan, temperatuруndan və s. asılıdır.
Rokvеll üsulunda bərkliyin sınanılması, diametri D=1,59 mm tablan­dırılmış polad kürə və ya təpə bucağı 120° olan almaz konus vasitəsilə aparılır.
Bərkliyi HB 600-2300 olan metalları 1 kH yük altında tablandırılmış po­lad kürəciklə, bərkliyi HB 2300-7000 olan metalları 1,5 kHyiik altında almaz konusla, bərkliyi HB 7000 -dən yüksək olan metalları 0,6 kH yük altında almaz konusla sınayırlar.
Vikkers üsulunda metalın səthi təpə bucağı 136° olan dördüzlü almaz piramida ilə statik yükün (50-1200 H) altında sınanılır.
Vikkers üsulu həm bərk, həm də yumşaq metalların bərkliyini ölçməyə imkan веrir, nazik qatların (məsələn, kimyəvi termiki emala uğradılmış məmulat) bərkliyini təyin etmək üçün tətbiq edilir. Almaz piramidanın əmələ gətirdiyi çöküyün ölçüləri cihazın öz mikroskopunун köməyi ilə təyin edilir. Vikkers üsulu yüksək dəqiqliyinə görə fərqlənir.
Yüklə 38,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin