Bakı2022
Proqram tərtib edirik: addımbaaddım tövsiyələr
1. Məşqin baza planını tərtib edin. Məşqin əvvəlində həmişə isinmə
hərəkətləri gəlir (5-10 dəqiqə), daha sonra böyük əzələ qruplarından
(ayaqlar, kürək, sinə) biri üçün 3-4 çalışma, ardınca ikinci dərəcəli əzələlər
(əksər hallarda çiyinlər ayaqlarla, biseps kürəklə, triseps isə sinə ilə
kombinasiya edilir) üçün 4-5 çalışma və sonda bədəni sakitləşdirmək üçün
hərəkətlər (5-10 dəq.) yerinə yetirilir. Əgər arıqlamaq istəyirsinizsə,
məşqdən sonra 20-25 dəqiqə kardioya ayrılır (lakin bundan əvvəl BCAA
amin turşularını qəbul etməyi unutmayın).
2. Məşqin əsas prioritetlərini müəyyən edin. Geridə qalan əzələ qruplarını
(xüsusən də ikinci dərəcəli) həftədə iki dəfə məşq etdirmək olar – lakin
arada 2-3 günlük fasilə etmək lazımdır (məsələn, bazar ertəsi və cümə
günləri). Bundan başqa, qarın əzələlərinin (pressin) hədəfli şəkildə məşq
etdirilməsi üçün isinmə hərəkətlərinə 3-4 yanaşmada planka çalışması
,
sakitləşdirici hərəkətlərə isə - asılı vəziyyətdə ayaqların qaldırılması və ya
başqa bir gövdə əzələləri üçün nəzərdə tutulmuş “əsas” çalışma daxil edilə
bilər.
3.
Sizə uyğun olan çalışmaları seçin. Birinci çalışmalar blokuna (böyük əzələ
qruplarının məşq etdirilməsi)
baza çalışmalarını və ya onların trenajorlarda
variasiyalarını daxil etmək tövsiyə olunur. İkinci dərəcəli əzələlər üçün
çalışmalar blokuna müxtəlif çalışmaları daxil etmək, onların effektivliyini
qiymətləndirmək üçün onların müxtəlif variantlarını sınaqdan keçirmək
lazımdır. Lakin çalışmaların son seçimi ilk növbədə evinizdə və ya zalınızda
hansı idman qurğularının və trenajorlarının olub-olmamasından asılı
olmalıdır.
4.
Yanaşma və təkrar sayını planlaşdırın. Hər bir böyük əzələ qrupu üçün
yanaşmaların(podxod) ümumi sayını
ən çoxu 12-15 etmək tövsiyə olunur –
yəni, hər biri 4 yanaşmadan ibarət olan 3 çalışma və ya 3-4 yanaşmadan
ibarət olan 4 çalışma. Birinci çalışmalar blokunda daha ağır iş çəkisi ilə daha
az təkrar (5-dən 10-a kimi), ikinci blokda isə - daha yüngül iş çəkisi ilə daha
çox sayda təkrar (10-dan 15-dək) yerinə yetirilir.
Dostları ilə paylaş: