Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Sadə maqnit sistemli elektromaqnit telefon



Yüklə 444,28 Kb.
səhifə3/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   2   3   4   5   6   7   8   9   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Sadə maqnit sistemli elektromaqnit telefon

Aşağıdakı şəkildə sadə maqnit sistemli telefonun sxemi göstərilmişdir.


Telefon sökülə bilən və sökülə bilməyən olmaqla konstruktiv olaraq iki yerə bölünür. Göstərilən şəkildə 1- membrana, 2- sabit maqnitli qütb əlavələrini,3- sabit maqnit, 4- dolaq yəni sarğı göstərilir. Adi halda telefonun tərkibində sabit maqnitin yaratdığı sabit maqnit seli membrananı zəif qüvvə ilə maqnit qütb əlavələrinə doğru dartır və bu vəziyyətdə saxlayır.




Telefonun vəzifəsi

Telefonun vəzifəsi səs tezlikli elektriki rəгslərinin səs tezlikli mexaniki rəqslərə çevirməkdir.


Telefon insan qulağı rejimində işləyir. Onun iş prinsipi sabit və dəyişən maqnit sellərinin toplanması və çıxılması hadisəsinə əsaslanır.
Danışıq olmayanda telefonun sabit maqnitində yaranan sabit maqnit seli maqnit qüvvəsi yaradır və o menbranını hərəkətə gətirə bilmir.
Sakit danış seansı müddətində sabit maqnit seli ilə dəyişən maqnit sellərinin istiqamətləri üst- üstə düşdüyündən toplanır və ümümi selin yaratdığı maqnit qüvvəsi membranını hərəkətə gətirir.
Təsvir edilən proses periodik olaraq təkrar olunduğundan membrana səs tezliyi ilə rəqs etməyə başlayır. Nəticədə səs tezlikli elektriki rəqslər səs tezlikli mexaniki rəqslərə çevrili və qulaq tərəfindən eşidilir.
Kömür mikrofonun iş prinsipi

Kömür mikrofonun vəzifəsi Mikrofonelektroakustiki çevrici cihaz olub, vəzifəsisəs tezlikli mexaniki rəqsləri səs tezlikli elektriki rəqslərə çevirir.


Mikrofonun iş prinsipi: kömür tozlarının müqavimətinin onlara təsir edən səs təzyiqinin qiymətinə uyğun olaraq dəyişməsi xassəsinə əsaslanmışdır. Danışıq zamanı dövrədən sabit cərəyan axan zaman, səs tezlikli mexaniki dalğalar mikrofonun qarşısında səs təzyiqi yaradır və o mikrofonun səthinəmexaniki qüvvə ilə təsir göstərir
Nəticəsində kömür zərrəcikləri bir-birinə yaxınlaşır,keçiricilik əmələ gəlir, dövrənin müqaviməti azalır və dövrədən axan cərəyanı artır.
Danışıq kəsilən kimi kömür zərrəcikləri yenidən bir
birindən uzaqlaşır, dövrənin müqaviməti artır və dövrədən axan cərəyan azalır.

Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin