1 №-li şəkildə Dəlidağ ərazisində aşkar edilən qayaüstü təsvirdir. Bu arxeoloji abidə ilk və orta tunc dövrlərinə aiddir və Azərbaycan Respublikası Nazirlər Kbinetinin 2 avqust 2001 -ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş «Dünya əhəmiyyətli daşmmaz tarix və mədəniyyət abidələri»nin siyahısma daxil edilib.
2 №-И 0yeüeäy İyfltHfäa Ääöäyfrä yoöäöuıää äaeäö ääeeyı ääeäönöö öynäeö ä|3ääöyeyäee |3eöç äıaäönoäoö.
Bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilmişdir. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilmişdir.
Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsərlər də tapılmışdır. Həmin əsərlərin böyük bir qismində ox və kamanla dağ keçilərinin və maralların ovlanması təsvir edilmişdir. Vəhşi heyvanların - maral, dağ keçisi, canavar, bəbir kimi heyvanların təsviri daha çoxdur.
Bir sıra daşlar üzərində yırtıcı heyvanlar tərəfindən dağ keçilərinin təqib olunması və ovlanması səhnələri həkk olunmuşdur. Bu cür təsvirlərdə vəhşi heyvanların bütün fərdi xüsusiyyətləri öz əksini tapmışdır.
Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir.
İlk tədqiqatlarla bu qədim təsvirlərin dəqiq yaşı müəyyənləşdirilmişdir. Bu təsvirlərin böyük bir hissəsi tunc dövrünün başlanğıcında - eramızdan əvəl IV-III minilliklərdə çəkilmişdir. Bizim eradan əvvəl ll-l minilliklərdə burada daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır.
170
Arxeoloji tədqiqatlar
Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə 1976-cı ildə tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanm belə yüksək dağlıq zonasmda eramızdan əvvəl 111 minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar etmişdir. Bu yaşayış məskəni Tərtər çayının sol sahilində İstisu qəsəbəsi ilə Taxtadüzü arasmda Məmmədsəfi kəndinin ərazisində geniş bir sahəni tutur. Bu yaşayış yerində diametri 20 metrdən artıq olan dairəvi biçimdə möhtəşəm tikinti qalığı üzə çıxarılmışdır. Tikintinin içəri hissəsi mürəkkəb quruluşa malikdir. Tikintinin divarları iri ölçülü qaya parçaları və çay daşları ilə hörülmüşdür. Onun xarici divarlarmm qalınlığı 2 metrə çatır. Ətrafmdaki böyük daş topalarma əsasən ehtimal olunur ki, bu tikintinin divarları bütünlüklə daşdan inşa edilmiş və daşlar bir-birinə gil kütləsi ilə bərkidilmişdir. Onun döşəməsi və divarları saman qatılmış palçıqla suvanmışdır.
Tədqiqat zamanı bu tikintinin ətrafında nisbətən kiçik ölçülü başqa tikinti qalıqları da aşkar edilmişdir. Bu tikililər də dairəvi şəkildədirlər. Möhtəşəm tikintidən fərqli olaraq onlarm divarları yalnız bir sıra daşlardan düzülmüş, ümumi sahələri isə çox kiçikdir. Onlarm diametri 4 metrdən artıq deyildir.
Soldakı şəkildə həmin tikintinin qalıqları, sağdakı şəkildə isə qrafik təsviri verilir.
Qeyd etmək lazımdır ki, dairəvi tikintilər ilk tunc dövründə istər Cənubi Qafqaz, istərsə də qədim şərq ölkələrində geniş yayılmış tikinti forması olmuşdur. Kiçik ölçülü belə binalardan bir qayda olaraq yaşayış üçün istifadə edilirmiş.
Lakin heç bir yerdə Kəlbəcərdə yeni aşkar edilmiş tikinti qədər möhtəşəm divarlı tikintiyə təsadüf olunmamışdır. Güman etmək olar ki, bu tikinti qüdrətli bir tayfaya məxsus imiş və ictimai bina kimi istifadə edilirmiş. Əmin-amanlıq dövründə burada tayfanm dini və ictimai mərasimləri keçirilirmiş, təhlükə zamanı isə o alınmaz istehkama çevrilmişdir.
Tədqiqat zamanı bu möhtəşəm tikintinin ətrafında eramızdan əvvəl 111 minilliyə aid olan gil qab parçaları və daşdan düzəldilmiş əmək alətləri, silah nümunələri tapılmışdır. Əmək alətləri əsasən dən daşları, oraq dişləri və bıçaqlarla təmsil olunmuşdur. Silah nümunələri isə kiçik ölçülü ox ucluqlarmdan ibarətdir. Bunlar Kəlbəcərin ərazisində küllü miqdarda yataqları olan dəvəgözü daşmdan hazirlanmışdır. Qab qırıqları 111 minillikdə yerli əkinçi-maldarlıq tayfalarmm məişətində, təsərrüfatmda işlədilmiş cilalı kuzələrə, camlara, xeyrələrə, qazan və nehrələrə, iri ölçülü küplərə aiddir.
Tunc dövründə əkinçilik və maldarlığın ümumi inkişafı ilə əlaqədar olraq dulus məhsularmm istehsalı genişləndirilmiş və dulusçuluq yüksəlmişdir. Bu dövrdə həmin təsərrüfat sahələrinin təlabatmı ödəmək üçün ilk dəfə nehrələr və süzgəclərdən ibarət xüsusi gil qablar meydana çıxmışdır.
Yeni aşkar edilən qədim yaşayış yeri və oradan tapılan maddi mədəniyyət nümunələri də qayaüstü rəsmlər kimi qədim tunc dövründə yaşamış əkinçi-biçinçi tayfalarm iqtisadi və ictimai həyatına dair qiymətli tarixi mənbələrdir.
Bu yeni arxeoloji dəlillər əsasmda məlum olmuşdur ki, eramızdan əvvəl 111 minilliyin birinci yarısında-tunc dövrünün başlanğıcmda Azərbacanın ərazisində məhsuldar qüvvələrin əhəmiyyətli dəyişiklikləri əmələ gəlmişdir. Maldarlıq təsərrüfatmm sürətli inkişafı istər-istəməz geniş və zəngin otlaqlara malik olan yüksək dağlıq bölgələrinin mənimsənilməsi zərurətini doğurmuş və bu yerlərdə yaşayış məskəninin salınmasına səbəb olmuşdur. Xırda buynuzlu mal-qaraya əsaslanan maldarlıq təsərrüfatının yüksəlişi ictimai münasibətlərdə də böyük dəyişikliklər yaratmışdı. Maldarlığın inkişafı ilə izafi məhsulların miqdarı artmış, ayrı-ayrı tayfalarm, tayfa başçıları və əyanlarının əlində böyük sərvətlər cəmlənmişdi. Maddi sərvətlərin çoxalması isə öz növbəsində tayfalar arasında toqquşmaların artmasına səbəb olmuş, bu toqquşmalara qarətçi mahiyyət vermişdi. Belə bir şəraitdə qədim yaşayış yerlərində möhtəşəm divarlı qalalarm inşa edilməsinə başlanılmışdı. Kəlbəcərdə tapılmış qədim tikinti məhz bunun əyani nümunəsidir. (9)
Azərbaycan Milli Elmlər Akademiyasmm Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi, arxeoloq-alim Mənsur Mənsurov 1986-cı ildə Kiçik Qafqazm şərq ətəyində, Zar kəndinin qərbində paleolit qayaaltı açıq yaşayış düşərgəsi aşkar etmişdir. Bu düşərgə Tərtərçayın yuxarı sol hövzəsində, Bəzirxana çayının sağ sahilində yerləşir.
Zar qayaaltı açıq yaşayış düşərgəsinin 65-30 min il bundan əvvəl mövcud olması təsdiq edilir.(20)
Yaşayış sahəsinin şimalında çılpaq Keçibelinin gəzi dağı, qərbində Keyti dağı, şərqində uçurumla əhatələnmiş Qəley düzü, Cənub tərəfində Zival yaylası yerləşir. Bu istiqamətdə daha aralı sahədə Taxta düzənliyi, Dəlidağ və Dəvəgözü
yüksəklikləri qərar tutmuşdur.
Mağara vulkan mənşəli olmuş və çox sonralar yanları və tavam uçub dağılmışdır. Çay boyu uçurum qaya zolağına nəzər yetirdikdə bu mağara sahəsinin uzunsov yarımdairə şəkilində mövcud olduğu ay dm olur.
Mağara yerləşən dərədə daha bir neçə mağara da var.
Bu ərazidə bitili və uçmuş qayalarm bir çoxunda topa və tək şəkildə qədim alban xaç işarələri qazılmışdır. Qızıl axtaranlar xaç nişanələrinin kəsişdiyi sahədə qızıl gizlədildiyini güman edərək Zar mağarasında ən nəhəng qaya çıxıntısı altmda xeyli sahədə dağıntı-qazma işləri aparmışlar.
Zar mağarası yerləşən dərə şimala (aşağıya) getdikcə daha dik dərin uçurum şəkilini alır. Mağaranın şərq tərəfi qayaüstü şərqə xeyli mailli düzənlikdir. Düzənliyin cənub və şimal qurtaranacaqları dərin qayalı dərələrlə əhatələnmişdir. Şimal tərəfin dərəsindən Zəylik çayı, cənub tərəfin dərəsindən isə Tərtər çayı axır. Mağaradan şimala, şimal-qərbə və cənuba alp çəmənlikləri yayılmışdır. Onlardan daha yüksək silsilədə Keyti dağı, Keçəldağ və Dəlidağ yüksəklikləri görünür. Buradan Keytidağ silsiləsinin şimal və cənubunda, həmçinin Zar kəndinin şərqində yüksək dağ keçidləri müşahidə olunur.
Elmi tədqiqat aparılandan bir il əvvəl, yəni 1985-ci ildə qızılaxtaranlar qayanm altmı qazarkən kənəra atılan torpaqdan dəvəgözü daşmdan qəlpələr və sümüklər aşkar etmişlər.
Tədqiqat aparılarkən diş və sümük məmulatları toplanmış, alət və qəlpələr ayırd edilmişdir. Toplanan materiallardan belə bir nəticəyə gəlmək olur ki, hazırlıq növləri və alət formalarında dövr məmulatları təmsil olunub.
Mağarada tapıntılar olan sahədə stratiqrafıya almaq məqsədi ilə kəşfiyyat qazıntısı aparılmışdır - 4x2x2 ölçüdə şurf qazılmışdır.
Mağara abidəsinin təbəqələrini və onların dövrlərini müəyyənləşdirərkən çöküntülərdə 6 təbəqə qeydə alınmışdır.
Üstdən 2-ci və 3-cü təbəqələr yuxarı paleolitin əvvəl (yeni) mərhələsini, alt 2 təbəqə (4-cü və 5-ci) isə müstye dövrünün neandertal tipli insanların yaratdığı yaşayış düşərgəsini əks etdirir. Yuxarı üst 2 təbəqə neoantrop tipli yeni insanın alət dəstini əks etdirir.
Fauna qalıqlarına gəldikdə isə, paleontoloq akademik D.V.Hacıyevin təyininə əsasən 2-ci təbəqədə vəhşi keçi, avropa çöl uzunqulağı, 3-cü təbəqədə isə qədim maral, vəhşi at, dağ keçisi kimi heyvanlara aid sümüklər tapılmışdır.
Osteoloji qalıqlar içərisində çənə, diş, buynuz və dırnaq hissələri qabarıq nəzərə çarpır.
Digər hissələr xırda smmış halda olsalar da seyrək rast gəlinir.
Qayaaltı sığınacaq çöküntüsünün cənub-şərqində qoyulan şurfda müəyyən edilən hər təbəqədən bir neçə alət, qəlpə və pulcuqlarla yanaşı sümük qalıqları
da aşkar edilmişdir.
152 ədəd daş məmulatı toplanmışdır. Bu məmulatlarm hazırlanmasında xammal kimi müxtəlif rəng və quruluşa malik olan dəvəgözü daşı, tək-tək isə çaxmaq və bazalt cinsli süxurlar istifadə olunmuşdur.
Texniki tipoloji əsaslara görə Zar paleolit düşərgəsinin dağıdılan sahəsinin ərtafından götürülən məmulatları iki dövrə ayırmaq olur. Bu bölgüdə materialların morfoloji xüsusiyyətləri, alət qrupları, saxlanma dərəcəsi, patina, daş işləmə mərhələlərinin prinsipləri, retuş üsulları ümumilikdə götürülmüşdür.
Daş məmulatmm dövrü müstyenin ikinci yarısına, daha doğrusu onun son mərhələsinə və yuxarı paleolitin ilk pilləsinə müvafiq gəlir.
Zar qayaaltı açıq yaşayış düşərgəsinin dağıdılan sahəsindən əldə olunan daş məmulatı Azərbaycan paleolitində həllini gözləyən mühüm bir dövrü əhatə edir.
Yuxan paleolit dövrünə aid olan materiallar:
nüvə və nüvəyə oxşar parçalar;
kiçik qopuq və pulcuqlar. Bu kompleksə daxil olanlarm əksər hissəsini qəlpələr təşkil edir, qəlpələrin yarısı dişəklidir;
üçbucaq biçimli qopuqlar. Bu qrupa daxil olanlar ölçülərinə görə bir neçə hissəyə bölünürlər.
Dişəkləmə üsullan: üstü örtən pulcuqlarla itiucluqlar, itiləşdirici yuxa qopmalarla itiağız, kəsər tipli alətlər işlənilmişdir. Batıq kiçik fasetlərlə gəzli və dişli alətlər hazırlamışlar. Kiçik fasetlərlə nüvələrdən qoparma üsulu ilə qalm və çıxıntılı yerləri qırıb sonra yuxaldıb itiləşdirmişlər. Sıyırğa və iskənə şəkilli alətlər də bu üsulla dişəklənmişdir.
Kiçik uzunsov nazik qopuqlarla kəsər tipli alətləri bir cərgəli pulcuqlarla uclu qaşovları formaya salmışlar.
Alət tipləri əsasən qaşov, itiuclu, uc qaşovu, bıçaq, kəsənlər, sıyırğa, iskənə və gəzli alətlərlə təmsil olunmuşdur.
Müstye dövrünə aid materiallar:
nüvələr və bu qəbil parçalar;
kiçik qəlpələr və pulcuqşəkilli qopuqlar;
qəlpələr;
lövhələr;
üçbucaqlı qoparmalar.
tkinci işlənmə üsulları - qaşovlar dikinə qoparmaqla işlənmişdir; itiuclu- larm bəzisi vurma üsulu ilə iri fasetlərlə dişəklənmişdir, bəziləri isə itiləyici pullarla mükəmməl işlənmişdir. Çaxmaq daşmdan olan itiuclu pilləli hamar retuş- lanmışdır.
Alət tipləri əsasən biryanlı və ikiyanlı qaşovlar, sıyırğa tipli alətlər, itiuc-
lular və limaslarla təmsil olunmuşdur.
Zar paleolit düşərgəsində xammal kimi əsasən obsidiandan (dəvəgözün- dən) istifadə edilmişdir. Bu baxımdan abidə ilk obsidian kompleksi kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin Zar mağara düşərgəsi alp qurşağında, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşməsi ilə diqqəti cəlb edir. Bu hündürlükdə yuxarı paleolit düşərgəsinin mövcud olması paleocoğrafi baxımdan da maraq doğurur.
Bu yüksəklikdə son buzlaşma dövründə belə aramsız yaşayışm mümkün olması ola bilsin ki, vaxtdan-vaxta baş vermiş vulkan püskürmələri Kiçik Qafqazın mərkəzi hissəsində möhtədil iqlim şəraiti yaratmışdır.
Abidədə təbəqələrin tərkibi, fauna qalıqları qrupunun və daş məmulatlarının xarakeri düşərgəni xvalm (vyurm) sonuna - onun ara istiləşmə mərhələsinə aid edilməsinə əsaslar verir.
Daş məmulatlarmm texniki-morfoloji, tipoloji göstəricilərinə və stratiqra- fık inkişaf xəttinə əsasən düşərgəni müstyenin ikinci yarısmdan yuxarı paleolitin əvvəllərinə qədər davam edən maraqlı bir dövrə aid etmək olar.
Zar qayaaltı sığmacaq düşərgəsində hazırlıq növlərinin biçimi, alət qruplarının formaları, ikinci işlənmə üsulları göstərir ki, Mərkəzi Kiçik Qafqazın yüksək dağlarında yeni paleolit mədəniyyəti aşkar edilmişdir.
AMEA-nm şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov 1981, 1982, 1986 və 1987-ci ildə Kəlbəcər ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Tərtər vadiləri ibtidai insanlarm məskunlaşması üçün əlverişli təbii coğrafi şəraitə malik olduğundan, tədqiqatlar bu vadilərdə aparılmışdır. Mollabayramlı (Əlibayramlı) kəndinin 3 km cənub-qərbində Dəhnə kahasında aparılan tədqiqatlar nəticəsində orta əsrlər dövrünə aid olan gil qab qalıqları və heyvan sümükləri aşkar olunub.
Şurtan kəndinin ortasından axan Şurtan çaymm sağ və sol sahillərində 3-4 m hündürlükdə bir neçə dəvəgözü daşından hazırlanmış qəlpələr aşkar edilib.
Orta Şurtan kəndinin ətrafında olan terraslarda aparılan arxeoloji kəşfiyyat işləri zamanı dəvəgözü daşmdan hazırlanmış məmulatlar aşkar edilmişdir. Bu məmulatlar içərisində əsas yeri qəlpələr təşkil edir. Texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların təqribi mustye mədəniyyəti dövründə hazırlandığını söyləmək olar.
Sarımsaqlı deyilən ərazidə kəşfiyyat zamanı bir ədəd üçbucaqlı qəlrə aşkar olunub. Onun üstündə qismən qabıq saxlanmışdır. Alətin əks tərəfi qismən dişəklənmişdir. İstisuyun cənub-şərqində Ceyranbulağı ətrafında dəvəgözü daşından hazırlanmış 1 ədəd itiuclu, 3 ədəd lövhə, 4 ədəd qəlpə qeydə alınmışdır.
Dəvəgözü dağınm ətrafında dəvəgözü daşından qəlpələnmiş qəlpələr, lövhələr, nüvələr aşkar edilib. Burada aşkar edilən 100-dən artıq daş məmulatı
arasında ancaq 3 ədəd predmetdə ikinci dəfə işlənmə aparılmışdır. Aşkar olunmuş qəlpə və lövhələrin üzərində zərbə səthi hamar və ya iki tillidir. Bu daş məmulatların arasmda 3 ədəd qaşov tipli alət qeydə alınmışdır. Üzlərini ərp örtmüş 2 ədəd qaşov iki işlək ağızlıdır, 3-cü predmet bir işlək ağızlı qaşovdur.
Dəvəgözü dağından tapılan daş məmulatlarm texniki və tipoloji xüsusiyyətlərinə əsasən həmin məmulatlarm aşel mustye dövrlərində qəlpələndiyini söyləmək olar.
Kəlbəcər ərazisində yaşayan paleolit dövrü adamlarınm Dəvəgözü daşından alət hazırlamaq üçün xammal kimi istifadə etdiklərini demək olar. Qədim insanlar burada qəlpələnmə əməliyyatı aparmış və yaxşı hazırladıqları əmək alətlərini özləri ilə götürüb aparmışlar. Bu fikri Dəvəgözü dağında qeydə alınmış çox sayda nukleus qalıqları bir daha təsdiq edir.
Rayon ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı orta əsrlər, tunc, dəmir, eneolit və daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasmm Arxeologiya və Etnoqrafiya institutunun arxeoloq-alimlərinin apardığı arxeoloji kəşfiyyat işləri nəticəsində Kəlbəcər və Tərtərçay vadilərində paleolit dövrü insanlarının mustye mədəniyyət dövründən məskulaşdığmı söyləmək olmuşdur. Yaxm gələcəkdə bu ərazidə aparılacaq arxeoloji tədqiqatlər zamanı daha yeni arxeoloji tapıntıların əldə edilməsi mümkündür. Bu da bölgənin tarixi haqqında daha yeni-yeni elmi məlumatların əldə olunmasma zəmin yaradacaqdır. Hələlik Zar, Orta Şurtan ərazilərindən tapılmış arxeoloji materiallar əsasında bu ərazidə paleolit dövründə məskunlaşmanı söyləmək mümkün olmuşdur.
Paleolit arxeoloji ekspedisiyanın rayon ərazisində apardığı arxeoloji və tədqiqat işləri nəticəsində Kəlbəcərin tarixi abidələr diyarı olması müəyyən edilmişdir.
Kəlbəcər rayonunun ərazisini qarış-qarış gəzib tanıyan, bir nesə il Kəlbəcər rayon partiya komitəsinin katibi vəzifəsində işləmiş Təhməz Cəfərovun verdiyi məlumata görə:
Qasım binəsi kəndinin Böyükgüney adlanan ərazisində, Yanşaq çayının Söyüdlü çayına qarışdığı yerdə dairəvi formada qapısı olan yeraltı qədim yaşayış məskəni var. Həmin yeraltı yaşayış məskənin uzunluğu 1 km-ə yaxındır. Yaşayış məskəni kaha formasında ayrı-ayrı otaqlardan ibarət olub. Əfsuslar olsun ki, Kəlbəcərin işğal olunması ilə əlaqadar olaraq həmin yaşayış məskəni tədqiq olunmayıb.
Yanşaq kəndinin Taxça deyilən ərazisində qədim alban qəbirstanlığı var. Həmin arazidə yeni məktəb binası inşa edilib.
Çəpli kəndinin ərazisi olan «Qaravul» meşəsində, Lök qalasmdan 1,5-2
km məsafədəXosun dərəsində qədim kümbəzvari yaşayış binaları var. Bu yaşayış binaları da tədqiq olunmayıb.
Bulanıq suyun Tərtər çayına sol sahilində qarışdığı yerdən 200-300 m dağ zirvəsinə tərəf, Qaladüzü adlanan ərazidə qədim alban yaşayış kompleksi var. Həmin yaşayış kompleksinin evləri də kümbəzvaridir. Tərtər çayından həmin kompleksə böyük su arxı çəkilib.
Almalıq kəndinin «Gözlü bulaq» adlanan ərazisində üzərində alban hərfləri ilə yazılmış daşlar, daş üzərində təsvir edilmiş rəsm abidələri və s. vardı.
Mollabayramlı kəndinin «Dəhnə kahası» adlanan ərazisinin kahalarında qədim insanların yaşayış məskəni olmasını sübut edən saysız-hesabsız maddi sübutlar vardı. Həmin kahalar əl alətləri ilə yaşayış formasma salınıblar. Divarlarında ev heyvanlarmm təsviri çəkilmiş yaşayış otaqları, alət və başqa təsərrüfat işlərində istifadə edilən əşyalar saxlamaq üçün əlavə otaqlar var idi. Əfsuslar ol sun ki, bu ərazidə arxeoloji qazıntılar aparılmadığına görə bu yaşayış kompleksinin neçənci əsrlərə aid olması müəyyən edilməyib.
Dostları ilə paylaş: |