MƏzahir təHMƏzov



Yüklə 35,51 Mb.
səhifə6/47
tarix18.05.2020
ölçüsü35,51 Mb.
#31320
1   2   3   4   5   6   7   8   9   ...   47
fffff



Zar paleolit açıq qayaaltı yaşayış düşərgəsində aşkar edilən alət növlərindən bir neçəsinin fotoşəkili



  1. Məbədlər və qalalar

Rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbədləri, məbəd kompleksləri var.

Bu bölmədə kiçik formatda verilən abidələrin böyüdülmüş fotoşəkilləri kitabın digər bölmələrində verilir.

I -11 əsrlərdə Qavqaz Albaniyasmda xristianlıq yayılandan sonra tikilən ilk məbədlərdən biri Xudavəng məbəd kompleksidir. Bu kompleks «Alban bazilika- sı» adlanır.

İlk məbəd tikintiləri kümbəzsiz uzun binalardan ibarət olub.

Xudavəng məbəd kompleksinin ilk tikintisi ilk orta əsrlərin bir nefli bazi- likasma aiddir. (64)

Kompleksə bazilika tipli baş məbəd, bir neçə əlavə məbədlər, sövmə, təsərrüfat və yaşayış evləri daxildir.

Qavqaz Albaniyası memarlarmm yaratdığı bu abidə qonşu xalqlarm dini memarlıq əsərlərindən tamamilə fərqlənir.

Baş məbəd binasının plan və kompazisiya quruluşu assimetriya formasında həll olunmuşdur.

Bizim dövrümüzə gəlib çıxana kimi bu məbədə bir neçə dəfə başqa tikililər əlavə edilib, onun yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa edilmişdir.

Beləliklə, bunun nəticəsində böyük bir dini kompleks yaranmışdır. Bu alban yepiskopunun iqamətgahı və mühüm mədəni-maarif mərkəzi olmuşdur.

Məbəd kompleksinin mehmanxanası və kitabxanası da olmuşdur.

V-VI əsrlərdən sonra Qavqaz Albaniyasmm xristian memarlığının inkişafının yeni mərhələsində əsas yeri üç nefli baziliklər tutur. Bu məbəd belə bazilik- lər sırasma daxildir.

Məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində dərəli-təpəli bir yerdə yonulmuş daşlardan inşa edilib. Uçulmuş məbədin ilk binasının daxili dirəksiz böyük bir zaldan ibarətdir. Zalm uzunluğu 16,2 m, eni 5,8 m - dir. Zalm şərq hissəsi yarımdairəvi absida ilə tamamlanır.

Adətən məbədlər qayaların cənub hissəsində tikilirmiş və bu tikililərin çıxışları qərb və cənub tərəfdən olub. Məbədlər üçün elə bir yer seçilirdi ki, bunlar həm də müdafiə xarakterli istehkamlı qalaları (istinadgah yerini) əvəz etsin. Möhtəşəm divarlarla əhatə olunmuş ibadət kompleksləri (sitayiş yerləri) hərbi münaqişə vaxtı nəinki kahinlərin, eləcə də ətrafyanı kəndlərin sakinləri üçün sığınacaq yeri olurdu.

Məbəd kompleksinin tikildiyi ərazidə əzabla öldürülmüş din xadimi dəfn edildiyi üçün, bu yer müqəddəs sayılırmış.

Abidənin həm sağında, həm də solunda dairəvi planda cübbəxanalar (riz-

nitsa) tikilmişdir.

Tikinti texnikasının və tikinti materiallarının tədqiqi zamanı müəyyən edilib ki, bu cübbəxanalar məbəddən çox sonra inşa edilib. Mehrab apsidindən giriş (cübbəxanadan) Albaniya memarlığında ilk dəfə rast gəlinir.

Sol tərəfdə yerləşən cübbəxananı tədqiq edərkən onun tavanmda Xuda- vəng məbədinin XIII əsrdə yaşamış din xadimi tərəfindən inşa edildiyini sübut edən yazı aşkar edilib.

Xudavəng məbədinin pəncərələrinin yuxarı hissəsi yarımdairəvi olub, nala bənzəyir.

Arxeoloji qazıntılar zamanı tapılan saxsı nümunələrinə əsasən belə bir nəticəyə gəlmək olar ki, məbəd VI - V11 əsrlərə aiddir.

Komrleksin ən qədim tikintisi baş məbəddir (bir nefli bazilikadır).

XIII əsrdə sonradan tikibmiş kümbəzli məbədlər bu kompleksə daxildir. Bunlar Arzu xatun (1214 il) və İgid Həsən (XIII əsrin 1 - dörd iliyi) məbədləridir.

Xudavəng məbəd kompleksinin VI - XIII - XVII əsrə aid olması deyəndə o nəzərdə tutulur ki, bu kompleksə ilk bir nefli bazilika, VI əsrin üçnefli bazi- likası və X V11 - X V111 əsrlərin mülki tikililəri daxildir.

1214-cü ildə Arzu xatun tərəfindən tikdirilmiş məbəd alban memarlığının ən qiymətli abidələrinə aiddir. Bu məbəd hündür kümbəzinə və möhtəşəm görünüşünə görə məbəd kompleksində əsas yer tutur.

Dam örtüyünün üstündə dördsütünlu zınqırovlu rotonda düzəldilmişdir.

Məbədin iki barelyefi vardır. Şərq divarı fasadında, pəncərənin üstündə yarı boyuna qədər knyaz və müqəddəs bir adam, cənub divarında isə iki knyaz əllərində məbədin modelini saxlayırlar. Birinci barelyefdə çox güman ki, Arzu xatunun əri və müqəddəs bir adam, ikincidə isə onlarm oğulları təsvir olunur.(69)

Məbəd kompleksində daha bir kümbəzli zal, İgid Həsən məbədi inşa edilib. Onun divarlarında 1182-ci ildə inşa edildiyini təsdiq edən yazı var. Bu məbədin divarları yonulmamış daşlardan nizamsız qaydada hörülüb.

Yuxarıda adları çəkilən kümbəzli zallar bir-birindən inşa edilmə kompozisiyaları, fasadların quruluşu, kümbəzlərin və dam örtüklərinin forması ilə fərqlənirlər.

İkinci böyük ölçülü düzbucaqlı tikinti 1211 -ci ildə inşa edilib.

1224-cü ildə bir nefli bazilikaya əlavə tikilən böyük tikinti xüsusi maraq kəsb edir. Belə ki, burada zədəkan nəsilinin ailə üzvləri dəfn edilib.

Xudavəng məbəd kompleksinin tam tikintisi XIII əsrdə başa çatıb.

Arzu xatun məbədinin tikintisində daş üzərində yüksək üsulla işlənmiş dekorativ bəzəklərdən istifadə edilib. Məbəddə tağlar üstündə bərkidilmiş 16 gu- şəli dairə üçbucaqlı çətir formasında olan dam örtüyü ilə tamamlanır.

Arzu xatun məbədinin girişinin portalı üzərində yüksək dərəcədə bədii

üsulla naxış vurulmuş daşlarla hörülmüşdür. Bu naxışlı daşlar özləri ayrı-ayrılıqda bədii memarlıq abidələri sayılır.

Məbəd tikintisinin istər konstruksiyasında, istərsə də dekorativ hissələrində iki və üç sütunlu çatma tağlardan istifadə olunmuşdur.

Albaniyanın məbəd təsərrüfatları müxtəlif olub: əkinçilik, üzümçülük, bağçılıq və s. Məbəd işçiləri üzüm, yağ istehsalı və başqa sənətlə məşğul olublar. Onlar üçün ən başlıca qurğu dəyirman və digər istehsal qurğuları olub.

Arxeoloji tədqiqatlar zamanı Xudavəng məbəd kompleksində çaxır istehsal edən qurğu aşkar edilib. Bu qurğu daşdan düzəldilmiş, uzunluğu 3,6 m, dərinliyi 20 santimetrə yaxın olan novdan və daşdan düzəldilmiş 6 ədəd quyudan ibarət olub. Nov və quyular bir-biri ilə uzunluğu 18 santimetr olan xüsusi arxlar (borular) vasitəsi ilə birləşdirilib. Novla paralel olaraq dərinliyi 1 m, diametri 60 sm olan 4 ədəd quyu yerləşir. Aşağı hissədə dərinliyi 2,6 m olan quyu yerləşir. Bu quyu yuxarıda adlan çəkilən quyularla xüsusi arxlarla (borularla) birləşir. Bundan 1,7 m aralı (kənar) məsafədə dərinliyi 2,9 m olan başqa bir quyu yerləşir. Bu axırıncı quyuya üzüm şirəsi daxil olur (tökülür).

Üzüm istehsal edən qurğu pilləkən formasnıda olub. Belə ki, ən yüksək hissədə nov, ondan 2 m aşağıda isə üzüm şirəsi tökülən axırıncı quyu yerləşir.

Beləliklə, əzilmiş üzüm şirəsi 1- ci cərgədə olan quyulardan növbə ilə 2- ci cərgədə olan quyuya, oradan isə təmiz halda axırıncı quyuya tökülür (axır).

1- ci və 2- ci cərgədə olan quyular üzüm şirəsinin süzülməsi (durulması) üçün, axırıncı quyu isə sonrakı emal üçün nəzərdə tutulub. Əfsuslar olsun ki, üzümün əzilməsi üçün istifadə edilən əl aləti tapılmayıb. Etnoqrafik məlumatlara əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, üzümü ayaqla əzirmişlər.

Xudavəng kompleksi orta əsrlərin memarlığını - yaşayış evlərini, mehmanxanasını, kitabxanasını, yeməkxanasını (ziyafət yerini) - özündə saxlayan çox nadir hallarda rast gəlinən bir məbəddir.



Aşağıda Xudavəng məbəd kompleksinin fotoşəkilləri verilir.




Xudavəng məbəd kompleksinnin müxtəlif istiqamətlərdən görünüşü









Xudavəng məbəd kompleksinnin müxtəlif istiqamətlərdən görünüşü

Xudavəng kompleksində Arzu-xatın məbədi, 1204-cü il (solda), məbəd komplek-
sinin hündürlükdən görünüşü (sağda)


Xudavəng məbəd kompleksinin qərbdən görünüşü (solda), məbədin daxili görü-
nüşündən fraqment (sağda)








Yuxarı çərgədə sağ tərəfdə təsvir edilmiş şəkildə məbədin divarlarına hörülmüş dəyirman daşı aydın görünür. Bu daşlar X X əsrin əvvəllərində hörülmüşdür. Həmin daşları sökdükdən sonra məbədin əsil alban hərfləri ilə yazılmış divarı üzə çıxır. Bu işlər naməlum cinayətkar şəxslər tərəfindən məbədin kimlərə məxsus olmasını ört-basdır etmək məqsədi ilə edilmişdir.

Xudavəng məbəd kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü» siyahısına dünya əhəmiyyətli tarixi abidə kimi daxil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk orta əsrlər arxeologiya şöbəsinin müdiri, arxeoloq-alim, tarix elmləri doktoru, professor Arif Məmmədov 1987-1990-cı illərdə Keştək kəndinin ərazisində yerləşən məbədin arxeoloji qazıntılarını aparmışdır. Qazıntı zamanı məlum olmuşdur ki, Kəlbəcər-İstisu avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar olaraq həmin məbədin bir hissəsi uçurulub dağıdılmışdır. Məbədin salamat qalan hissəsinin uzunluğu 12 m, eni isə 6 m olan sahəni təşkil edir.

Qazıntı nəticəsində məbədin mehrab hissəsinin və cübbəxanalarmm salamat qaldığı aşkar edilmişdir.

Məbəd ağ daşdan əhəng məhlulu ilə tikilmiş və öz dövrünə görə zəngin memarlıq naxışları ilə bəzədilmişdir. Onun salamat qalmış divarlarının hündürlüyü 1,1 m, qalınlığı 85 sm, uzunluğu isə 2,3 m olmuşdur. Məbədin döşəməsi sal daşlarla döşənmişdir. Mehrab hissəsinin eni 1,6 m, uzunluğu isə 1,8 m olub. Bu onu göstərir ki, məbəd o qədər də böyük olmayıb. Mehrab məbədin döşəməsindən 63 sm hündür tikilmişdir. Mehrabın qarşı hissəsinə qoyulmuş daş bütöv olub, uzunluğu 1,6 m, eni 88 sm, hündürlüyü isə 63 sm olub. Bu daşın qarşı tərəfi, yəni görünən hissəsi iki sıra nar təsvirləri ilə bəzədilmişdir. Mehrabın orta hissəsində yuxarıdan enli, aşağıya doğru getdikcə nazikləşən dik bir daş qoyulmuşdur. Onun hündürlüyü 1 m, eni yuxarıdan 83 sm, aşağıdan 64 sm, ümumi qalınlığı isə 21

sm-dir.

Məbədin cübbəxanası ellipsvari düzəldilmişdir. Onun da döşəməsi daş olub, məbəddən xor üçün düzəldilmiş xüsusi arakəsmə vasitəsilə ayrılır. Bu arakəsmənin eni 52 sm-dir. Sağ və sol cübəxanaların dibə doğru qurtaracaq hissəsində 8 sm hündürlüyündə yüksəklik düzəldilmişdir. Buradakı iri həcmli daşların üzəri pərakəndə halda xaç təsvirləri ilə bəzədilmişdir. Hər iki sübbəxana eyni olub, onlarm eni 1,65 m, uzunluğu isə 2,2 m-dir.



Məbədin quruluşu və arxitektura xüsusiyyətlərinə əsasən onun VI - VII əsrlərin üç nefli bazilikasına aid olduğu ehtimal edilir. Bu məbədin başqa məbədlərdən fərqli cəhəti var. Belə ki, bir qayda olaraq başqa məbədlərdə cübbəxana- lar həmişə mehraba paralel və onunla eyni səviyyədə tikilir. Məbədin daxili ge- nişliyinə mane olmamaq üçün cübbəxanalar bir növ sağ və sol neflərin davamı olur. Burada isə cübbəxanalar məbədin xor üçün düzəldilmiş hissəsi ilə yanaşı düzəldilmişdir. Görünür, bu binanı xaricdən, daha doğrusu şərq tərəfdən xristianlığın müqəddəs işarəsi olan xaça oxşatmaq məqsədi ilə düzəldilmişdir.(15,19)

Məbəddə istər cübbəxanalar, istərsə də mərkəzi mehrablar dairəvi formada qoyulmuşdur. Məbədin qərb tərəfində mərkəzi nefin sağ və sol tərəflərində qırılmış halda iki sütun vardır. Bu sütunlar nef arası olmaqdan əlavə məbədin xor üçün düzəldilmiş hissəsi ilə qalan hissəsinin arasmda qoyulmuşdur.

Qazıntı nəticəsində bir ədəd bəzəkli daş, bir ədəd epiqrafik abidə və xeyli gil qab hissələri aşkar edilmişdir.

Məbədin mehrab hissəsinin yan divarlarında üst hissəsi sınıb tökülmüş bir ədəd daş aşkar edilmişdir. Ağ əhəng daşmdan ibarət salamat qalmış hissənin hündürlüyü 1,2 m, eni 1 m, qalınlığı isə 10 sm-dir. Daşm yuxarı hissəsi oyma üsulu ilə həndəsi və nəbati təsvirlərlə bəzədilmişdir. Yan hissələr isə memarlıq tarixində «səbətvari bəzək» adlanan naxışlarla haşiylənmişdir. Lakin ən maraqlısı daşın aşağı hissəsində olan bəzəklərdir. Bu hissədə daşın orta hissəsi oyularaq dil kimi düzəldilmişdir. Çox guman ki, bu hissə ya şam qoyulmaq və yaxud da müqəddəs kitablar üçün nəzərdə tutulmuşdur. Həmin divarların sağ və sol tərəfində qarşı-qarşıya dayanmış, qabarıq halda iki quş təsvir edilmişdir. Quşların boğazına halqa keçirilmişdir. Ümumiyyətlə, memarlıqda bu növ quş təsvirləri Albaniyanın bir qrup dini abidələrində ilk orta əsrlərdə dəbdə olmuşdur. Sonrakı dövr abidələrində quş təsvirlərinə təsadüf olunursa da onlar bir sıra xüsusiyyət etibarı ilə əvvəlkilərindən fərqlənirlər.

Təsvir edilən daşın yuxarı hissəsində təsvir edilmiş quşun alt qanadmm bir hissəsi qalmışdır. Ondan aydm olur ki, burada həm də Alban xaçı təsvir edilmişdir.

Məbəddə ikinci mühüm tapmtı üzərində yazı olan bir ədəd daşdır. Bu daş məbədin divarlarındakı digər daşlardan fəqlidir. Belə ki, o, bərk cinsli qayadan

götürülüb, gobud düzəldilmişdir. Bu daş sağ cübbəxananın şərq tərəfində, sol hissəsindən yerə düşmüş halda aşkar edilmişdir. Çox guman ki, o, ya qonşuluqda X - X11 əsrlərdə tikilmiş məbəd uçarkən buraya düşmüş və yaxud da təsvir edilən bazilikanm divarlar ma sonralar bərpa olunarkən qoyulmuşdur. Bu halda tikintinin dövri ilə daşın dövri arasında böyük fərq vardır. Daşm üzərində XII - XIII əsrlərə aid olan yazı olduqca kobud həkk edilmiş və işlənərkən bəzi hərflərin hissələri qopmuşdur. Bəzi hərflər isə digərləri ilə birləşərək litoqraf üsulunda yazılmışdır.

Göstərilənlərlə yanaşı qazıntı zamanı gildən düzəldilmiş, sınmış halda qulp və qab ağzının hissələri aşkar edilmişdir. Aşkar olunmuş hissələr əsasən küp, bardaq və küvəcli qablara məxsusdur. Onların hamısı narm gildən hazırlanmış və qırmızımtıl rəngdə bişirilmişdir.

Aşkar olunmuş qab qulplarını öz formalarma görə bir neçə qrupa bölmək

olar:


  1. Üzərində barmağm söykədilməsi üçün xüsusi çıxıqlar düzəldilmiş, iri həcmli bardaqlara məxsus qulplar.

  2. Küvəc və ya tavalara məxsus üçbucaq və ya dairəvi qulplar.

  3. Dopu tipli qablara məxsus dairəvi qulplar.

  4. Küp və ya bardaqlara məxsus saya qulplar.

Qazıntı zamanı məbədin sağ cübbəxanasının içərisindən bir ədəd su tün- güsünün hissəsi tapılmışdır. Diametri çox da böyük olmayan bu su tüngü köbərli düzəldilmişdir. Ehtimal olunur ki, vaxtilə həmin tünglərlə abidənin təxminən 600 m qərbində olan dağm döşündə yerləşən bulaqdan məbədə su çəkilmişdir. Beləliklə, məbədin quruluşunu, onun memarlıq xüsusiyyətlərini, oradan aşkar olunmuş dulus məmulatlarmı nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olur ki, abidə üç nefli bazilika olub, kümbəzsiz bina edilmiş və VI əsrdən başlayaraq əsrlər boyu davam etmişdir. IX -X əsrlərdə məlum olmayan səbəbdən abidə dağıdılmış və onun əvəzində qonşuluqda hazırda xarabalığı qalan və yerli əhali tərəfindən «kilisə damı» adlanan böyük məbəd meydana gəlmişdir.

Kilisə (indiki Qasımlar) kəndinin girəcəyində maraqlı memarlıq abidəsi olan bir məbəd yerləşir. Məbədin daxili hündürlüyü 4,8 m, uzunluğu 14,3 m, eni isə 8 metrdir. Binanın kobud çapılmış daşlardan hörülmüş cənub fasadında ya- rımdairəvi tağlı, enli giriş qapısı vardır.

Məbədin daxili məkanı dayaqlarla üç hissəyə bölünür: astana rolunu oynayan giriş, əsas ibadət yeri olan mərkəz və dərin mehrablı səcdəgah.

Zalın tağbənd şəkilli örtüyü dayaqlar üzərində yerləşərək iki tağla möhkəmləndirilmişdir. Mehrabın hər iki tərəfində dəhlizə bənzər ensiz artırma, geniş otaq və qurbangah vardır.

Məbəddə dekorativ bəzəklər yoxdur. Onun qərb fasad divarlarında hör-

güyə daxil edilmiş bütpərəstlik stellasmdan binanın sonrakı təmiri zamanı istifadə edilmişdir. Yerli camaat arasında məbədin xristanlığa qədər olduğu, stellanm isə Allah simvolu kimi orada yerləşdiyi güman edilir.

Stellanın ölçüləri 1,6 x 0,9 m-dir. Onun üzərində antromorf Allah təsvir olunmuşdur. Təsvirin başı yerində fırlanan bəzəkli dairə kosmik işıq-günəş və od rəmzi kimi verilib. Bu təsvirin yuxarı hissəsində yazılar da vardır. Bu stella üzərindəki rəmzi işarələrə görə rayonun Çəpli və Lev kəndlərinin məbədlərindəki stellalara oxşardır.

Çox güman ki, xristian dini qəbul edildikdən sonra bu məbəd kilisəyə çevrilmiş, onun yarımdairə tağlı giriş hissəsi sərbəst işlənmiş üç xaç daşla bəzədilmişdir. Hər üç daşm işlədilməsində memorial stellaların Qafqaz Albaniyasmda qəbul edilmiş bədii, dini tərtibatmm müxtəlif üsullarından istifadə olunmuş və onlar dünyanı dərk etmənin üç pilləli strukturunda həll edilmişdir.

Zəngin bəzədilmiş soldakı xaç daşm aşağı hissəsi yeraltı, orta hissəsi yerüstü aləmin simvoludur. Üç xaçlı olan orta hissənin mərkəzindəki xaç kənarlar- dakından demək olar ki, iki dəfə böyükdür. Xaçın yuxarı hissəsi isə yerüstü aləmdən kəskin surətdə fərqlənir. Sağ xaç daşm aşağı hissəsi qırılmışdır. Burada xaç qol-budaq atmış ağac şəkilində xonçanm içərisində yüksəlir. Yuxarıda üzüm salxımları sallanır. Xaçın ətrafında, dörd güncdə verilən quş təsvirləri çox güman ki, müqəddəs ruh simvolu olan göyərçinlərdir. Xaç daşın yuxarı hissəsi iki yarus- lu həll edilmişdir. Yarusun birincisinə planetlərin hərəkətdə olduğunu ifadə edən zəncirvari naxışlar vurulmuş, ikinci hissə beş yerə bölünmüşdür. Üç orta bölmədə böyük rəmzi məna daşıyan zanbaq təsvirləri verilmişdir. Zanbaq mifologiyada məsumluqla bağlıdır. Xristianlıqda isə o, müqəddəslərin atributu sayılmışdır.

Üçüncü xaç yanı üstə atma şəkilində qoyularaq özünəməxsus portalı tamamlayır. Bu daşm aşağı hissəsində həyat ağacı rəmzində xaç verilmişdir. Onun altmdakı üç taxçanın hər birində isə qolqofun simvolu kimi xaç verilir. Hər üç xaç daş əhalisi iki əsas dinə (İslam və Xristianlığa) etiqad edən Qafqaz Albaniyası xaçdaşlarına xas olan müsəlman omamentləri ilə bəzədilmişdir.

Kəlbəcərin ərazisində olan qədim alban məbəd komplekslərindən biri də rayonun Vəngli kəndində yerləşən Gəncəsər məbəd kompleksidir. Məbəd kompleksinin əas tikililəri XIII əsrdə Azərbaycanm xristianlıq memarlığı ənənələri əsasmda inşa edilmişdir. Məbəd Xaçın çayının sağ sahilində hündür bir təpənin başında yerləşir. Təpə xristianliqdan öncə müqəddəs yer sayılırmış. Məbəd kompleksi baş bina - məbəddən, ona qərb tərəfdən bitişik kiçik binadan və şimal tərəfdən qala divarına söykənən bir neçə yardımçı binalardan ibarətdir.

Gəncəsər məbəd kompleksinin tikilməsi knyaz Həsən Cəlalın adı ilə bağlıdır. Abidənin inşasına 1216-cı ildə başlanmış, ilk tikililər 1238-ci ildə başa çatdırılmışdır. (65)

Çox guman ki, Həsən Cəlal onun dövrünə qədər olan alban məbədini yenidən tikdirmişdir. Kompleks bütövlükdə 1240-cı ildə başa çatdırılmış və istifadəyə verilmişdir. Məbəd binası memarlıq üslubu etibarı ilə V-l X əsrlərə mənsub olan xaç günbəzli kompazisiyadan ibarətdir. Belə plan kompozasiyaya IX əsr Şərq ölkələrinin dini binalarında rast gəlinmir.

Kilisənin daxili şərq kənarlarında cübbəxana kimi istifadə edilən uzunsov otaqlar yerləşir. Bu otaqlarm arasında məbədin mehrabı rolunu oynayan, yarım- dairəvi formalı absida yerləşir.

Gəncəsər məbədi Qavkaz Albaniyasmın dini və mədəni mərkəzlərindən biri olmuşdur.

1511 -ci ildən Gəncəsər məbədi Alban katalikosunun iqamətgah yeri olub.

1836-cı ildə ermənilərin təhriki və yaxından köməkdarlığı ilə çarm və Rusiya imperiyasmın Müqəddəs Sinodun (Pravoslav məbədinin baş idarəsi) qərarı ilə Alban katolikosluğu ləğv edilmiş, xristian albanlar erməni kilisəsinə tabe edilmişdir. Bu zaman xristian albanlar ya etiqaddan əl çəkib el ilə ağlamalı, ya da dinə etiqad edərək xalqla əlaqəni kəsməli idilər. Xristian albanlar yaşayan kəndlərin çoxluğu xalqdan ayrımağı üstün tutaraq İslam dinini qəbul etmişlər. Bu səbəbdən də bir çox yerlərdə, xüsusi ilə Kəlbcər rayonu ərazisində xristianlıqla bağlı kənd adlarma rast gəlmək olur (Kilsə, Kilisəli, Sınıq Kilisə kəndləri və s).

Kəndlərdə məscidlərin deyil, kilisələrin olması səbəbi yaşlı (qocaman) sakinlərin sözlərinə görə ata-babalarınm vaxtıilə çarəsiz qalaraq xalqdan ayrılma- mağı qərara aldıqları ilə bağlıdır. O dövrdə müsalman dinini qəbul edən albanlar öz tarixi köklərini qoruyub saxlaya bilmiş, xristian dininə sadiq qalan albanlar isə etnik tərkibinə görə Qavqaz Albanları kimi qalmaqlarına baxmayaraq erməni adlandırılmışlar.



Gəncəsər məbəd kompleksi yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına dünya əhəmiyyətli tarixi abidə kimi daxil edilmişdir.

Aşağı şəkildə Gəncəsər məbəd kompleksinin müxtəlif istiqamətlərdən çəkilmiş fotoşəkili verilir:

Aşağıda müxtəlif istiqamətlərdən çəkilmiş «Lök» qalasmin fotoşəkilləri verilir. Bu qala X11 l-X IV əsrlərin tarixi memarlıq abidəsidir.






Lök qalasının uzaqdan görünüşü

Yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarına əsasən «Lök» qalası ölkə əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilib.

Aşağıda 1 №-li şəkildə göstərilən Zar kəndində 1993-cü ilə qədər tam şəkildə qorunub saxlanılan qədim alban məbədidir. Məbəd təxminən XIII əsrə təsadüf edilir. Bu məbəd yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarına salınmayıb.


Aşağıdakı 2 №-li şəkildə göstərilən qala kompleksi Tərtər çayının sağ sahilində, Bulanıq suyun ətrafında yerləşir və «Qaladüzü» adlanır.




Aşağıda təsvir edilən at və qoç abidələri Zar, Zəylik və başqa kəndlərdə, Qoçdaş dağının ətəyində yerləşən qəbirstanlıqlarda qəbirüstü daşlardır. Bu abidələr X V111 - XI X əsrlərə aiddir və yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarına əsasən ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilib.



Zar və Zəylik kəndlərinin qəbirstanlıqlarmda olan at və qoç heykəlləri yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarına daxil edilib, ancaq naməlum səbəbdən o biri kəndlərin qəbirstanlıqlarmda olan abidələr yuxarıda adı çəkilən siyahıya salınmayıb.

  1. № -b şəkildə təsvir edilənlər rayonun kəndlərinin qəbirtsanlıqlarmdan Kəlbəcər «Muzeyinə» bir yerə yığılmış at və qoç abidələridir.

  2. №-b şəkildə təsvir olunan at və qoç heykəlləri Qoçdaş dpağmın ətəyində yerləşir.





Yuxarıda təsvir edilən qalalardan başqa rayonun digər, Ağdaş, Narmclar, Aşağı Qaraçanlıda «Uluxan», Comərddə «Comərd» və b. kəndlərin ərazilərində qədim alban qalaları var. Qalaboynu kəndinin yerləşdiyi dağın zirvəsində isə möhtəşəm bir qala mövcuddur. Əfsuslar olsun ki, həmin qalalar tədqiq olunmayıb və onların fotoşəkilləri əldə edilməyib.



Aşağıda göstərilən qala Qanlı kəndin ərazisində yerləşir. Şəkildə qalanın ümumi forması və bəzi hissələri verilir. Qalanın quruluşundan onun müdafiə istehkamı məqsədi ilə tikildiyi aydın görünür.











Kəlbəcər rayonunun müxtəlif ərazilərində memarlıq abidəsi sayılan qədim körpülər var. Bu körpülər öz tikinti quruluşlarına görə fərqlənirlər.







Yuxarıda müxtəlif istiqamətlərdən çəkilmiş Hacı Əhməd (Soyuqbulaq) körpüsüsünün fotoşəkilləri verilir. Bu körpü XI l-X 111 əsrlərə aiddir.



Naməlum səbəblərdən bu körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş «Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri»nin siyahısına daxil edilməyib.





Yuxarıdakı şəkildə Bağırsaqda Turşsuyun yanında Tərtər çayı üstündə XVII l-X IX əsrlərdə tikilmiş Məmmədhüseyn (Hacı Sevdimalı) körpüsüdür. Bu körpü elat yolunun (arandan dağa - Sarıyerə və Qaraarxaca köçənlərin yolu) Tərtər çayından keçən sahəsində yerləşir. Yaz-yay aylarında Tərtər çayında daşqm-

lar köçlərin keçməsinə imkan vermədiyindən köçərgilər bir neçə gün çayın sahilində qalıb, çayda daşqının-selin azalmasını gözləyirmişlər. Bu isə narahatlıq törədirmiş. Bu səbəbdən İmişli rayonundan Məmmədhüseyn adlı bir şəxs öz vəsaiti ilə bu körpünü tikdirib.

Bu körpülər də, istər «Ağ körpü», istərsə də «Hacı Sevdimalı körpüsü» yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarımn siyahısına salınmayıbdır.







Solda (səkil №3) Kəlbəcər ərazisində Xaçnı çayı üzərindəki körpüdür. Bu körpü də Nazirlər Kabinetinin 132 saylı qərarmın siyahısına salınmayıbdır.

Sağda (şəkil №4) «Otaqqaya» adlanan ərazidə Tərtər çayı üstündə dəmir konstruksiya ilə X X əsrin ortalarında inşa edilmiş körpüdür. Bü körpü həmin ərazidə fəaliyyət göstərən «Turşsu» pavilyonuna Tərtər çayı üstündən piyadalar üçün keçiddir.

Zəylik kəndində 1927-ci ildə inşa edilmiş Hacı Əsəd körpüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş «Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri»nin siyahısına yerli əhəmiyyətli tarixi abidə kimi daxil edilib. Körpü Zəylik kəndinin şimal-qərbindən axan Dərəyurdu çayımn üstündədir. Əfsuslar olsun ki, həmin körpünün fotoşəkili əldə edilməyibdir.




  1. Yüklə 35,51 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin