MƏzahir təHMƏzov



Yüklə 35,51 Mb.
səhifə7/47
tarix18.05.2020
ölçüsü35,51 Mb.
#31320
1   2   3   4   5   6   7   8   9   10   ...   47
fffff

Təsərrüfat həyatı

  1. Əkinçilik

Rayon ərazisi dağlıq və iqlim şəraiti sərt olduğundan əhalinin əsas məşğuliyyəti maldarlıq olub. Buna baxmayaraq əkinçilik də inkişaf etmişdir.

Əksər kəndlərdə arpa, buğda, kartof, kələm və digər tərəvəz məhsulları əkib-becərirdilər. Küllü miqdarda məhsul verən meyvə ağacları vardı. Burada yetişən meyvələr çox yüksək keyfiyyətə malik idi. Son illər bəzi kəndlərin ərazisində tütün də əkilirdi.

Kənd təsərrüfatı bitkilərinin becərilməsi və onlara texniki xidmət göstərilməsinə xüsusi diqqət yetirilirdi. Məhsuldarlığı artırmaq məqsədi ilə odun və kərmə külündən və mal-qara peyinindən kübrə kim istifadə edilirdi. Kübrə ol- madıqda yeri şumlayıb orada arpa və çovdar əkir, yetişəndən sonra onların toxumlarını biçib qalan hissəsinin torpaqla birlikdə şumlayırdılar. Belə halda həmin sahədə torpaq qüvvətlənirdi. Elə hallar olurdu ki, bir il bir sahəni əkib becərirdilər, başqa sahələr «xam» saxlanılırdı. O biri il «xam» saxlanılan sahə əkilirdi, əkilən sahə xam saxlanılırdı. Belə hallarda da torpaq qüvvətlənirdi. Bəzən də mal-qara sürülərini əkin sahələrində otarır və gecələməyə orada saxlamaqla torpağın münbitləşməsinə nail olurdular.

Əkinçiliyin inkişafında suvarma sistemindən istifadə olunurdu. Rayon ərazisində əsasən dağ çaylarından, bulaq və axar göllərin sularından istifadə edilirdi. Yaxınlığında su olmayan sahələri suvarmaq uçun həmin sahədən hündür səviyyədə yerləşən ərazilərdən, dağlardan uzunluğu 1 -2 km, hətta 4-5 km uzunluğunda su arxları çəkilirdi.

Kənd təsərrüfatı üçün yararlı sahələr 120178 hektar idi. Bunun 6327 hektarı əkin yeri, 7971 hektarı biçənəklər, 10 hektarı çoxillik bitkilər və 105870 hektarı örüş sahəsi idi. Əkin sahələrinin 12 %-də dənli və dənli-paxlalı bitkilər (əsasən buğda, qismən arpa və s.), 12 %-də texniki bitkilər (tütün), 3 %-də kartof və tərəvəz-bostan bitkiləri, 73 %-də isə yem bitkiləri əkilirdi.

Osmanlı imperiyasmda 1727-ci ildə tərtib edilən «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» nə əsasən, kəndlərdən yığılan vergilər əhalinin əsas məşğuliyyəti olan əkinçilik və maldarlıq hesabma imiş. Əkinçiliyin əsasmı buğda, arpa, darı, ispəncə, çəltik təşkil edibdir.

Tərtərçay hövzəsinin təbii-coğrafi şəraiti, burada bol sulu çaylarm (Tərtər çayı və onun qolları) və münbit torpaqların olması ərazidə hələ qədim zamannlardan əkinçiliyi inkişaf etdirmək üçün əlverişli şərait yaratmışdır. Bölgənin arxeoloji cəhətdən tədqiq edilməsi və arxeoloji materiallar, eləcə də mənbələrin verdiyi məlumatlar bunu təsdiq edir. Təsərrüfatın müxtəlif sahələrinin bölgədə inkişaf etməsi həm də onunla bağlıdır ki, Tərtərçay hövzəsində hələ tunc dövründə qə-

dim yaşayış məntəqələri mövcud olmuş və qədim dövrlərdən bölgədə müxtəlif təsərrüfat sahələrinin inkişafı üçün hərtərəfli zəmin olmuşdur.

Məlumdur ki, əkinçilikdə ilk əmək prosesi torpağın şumlanmasından başlanır. Tədqiqatlar göstərir ki, rayon ərazisində torpaq xışla şumlanmışdır. Onun hazırlanması üçün yerli ağac materialmdan istifadə edilmişdir. Rayon ərazisində olan zəngin meşələr əhalinin təsərrüfatda işlətdiyi ağac alətlərinin hazırlanması və istifadəsi üçün yerli və tükənməz xammal ehtiyatı olmuşdur.

İlk orta və orta əsrlərdə xışdan torpağı şumlamaq üçün başlıca alət kimi geniş şəkildə istifadə edilmişdi. Xış ağacdan düzəldiyi üçün tez çürümüş və bizim dövrə gəlib çatmamışdır. Kəlbəcər zəngin metal mədənlərinə malikdir. Dəmirin meydana çıxması ilə əlaqədar xışın gavahm hissəsi metaldan düzəldilmişdir. Bu işdə ərazinin metal yataqlarma yaxınlığı da az rol oynamamışdır. Həmçinin metalişləmə sənətinin inkişaf etməsi də dəmir gavahınlı xışlarm düzəldilməsinə gətirib çıxarmışdı.

Bütövlükdə Tərtərçay hövzəsinin yaşayış yerlərindən aşkar və tədqiq edilmiş əkinçilik alətlərinin istifadə olunması dövrün digər maddi mədəniyyət nümunələri ilə müqayisəli şəkildə öyrənilməsi həqiqətən dəmirdən bu yerlərdə e.ə. minillikdən etibarən istifadə olunduğunu təsdiq edir.

Arxeoloji qazıntılar zamanı aşkar edilmiş ilk orta əsrlər dövrünə aid dəmir gavahm başqa qədim gavahmlar kimi tipik olaraq üçbucaqlı quruluşa malikdir.

XX əsrin əvvəllərində sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq, kotan istehsal olundu və yer şumlanmasmda kotandan istifadə edildi. Bu yerlərdə «qara kotan» adlanm kotandan da istifadə edilirdi. Qara kotan ağır olduğundan yer şumlanmasmda «qoşa boyunduruqdan», yəni dörd öküzdən istifadə edilirdi.

Əkinçilik təsərrüfatında geniş istifadə olunan alətlərdən biri də oraqdır. Tərtərçay hövzəsində tapılmış ilk orta əsrlərə və orta əsrlərə aid çin müasir çinlərdən fərqli olaraq ağzı içəriyə doğru nisbətən az qatlanmışdır. Ucu nisbətən az əyilmiş formada və kiçik düzəldilmişdir ki, bu da sünbülün samandan ayrılmasına kömək etmişdir.

Təbii cəhətdən zəngin olan və tarixən əkinçiliyin əsas təsərrüfat sahəsi olduğu bu ərazidə taxılın döyülməsi ilə əlaqədar əkinçilik alətlərindən biri də vəldir. Vəl palıd ağacından düzəldilirdi. Vəlin Uzunluğu 2 m-ə yaxm, eni 40-50 sm olur. Ön hissənin (burunun) yerə ilişməməsi üçün vəl xizək formasmda düzəldilir. Taxtaya uzunu boyu bir neçə cərgəl deşik açıb, həmin deşiklərə çaxmaq daşı çalırdılar. Bu daşlar taxılı sünbüldən aynan tərəfindən azaçıq çölə çıxır ki, bu da taxılın döyülməsinin (sünbüldən ayrılmasının) yeganə üsulu idi. Vəli ata və ya öküzə qoşub xırmanda taxılı döyürdülər (sünbüldən ayırırdılar). Sonra sünbüldən ayrılmış taxılı küləyə verib, sovururdular ki, samandan tam təmizlənsin. Axırıncı etap taxılın dəyirmannda üyüdülməsidir.

lk orta əsrlər dövründə bölgədə əl dəyirmanlarından - kirkirələrdən geniş istifadə olunmuşdur. Daha sonralar isə daş dəyirmanlardan istifadə olunmuşdur. Dəyirman daşları əkinçilik təsərrüfatmda mühüm alətlərdəndir. Bunu arxeoloji tədqiqatlar da sübut edir. Akademik T.Bünyadov əl dəyirmanlarından istifadə edilmə tarixinin dəmir dövrünün əvvəllərindən, e.ə. I minillikdən başlandığını söyləyir.

Rayon ərazisində dəyirman daşı yataqlarının olduğundan daşlar burada hazırlanırdı. Hazır dəyirman daşlarının digər qonşu bölgələrə məhz buradan aparılması ehtimal olunur (mümkündür).

Orta əsrlərdə bir tərəfdən əmək məhsuldarlığının artması, digər tərəfdən texniki tərəqqi Azərbaycanda bol sulu çayların üzərində su dəyirmanlarmm meydana gəlməsinə səbəb olmuşdur. Həmin dövrdə Tərtər çayı üzərində də belə dəyirmanlar tikilmişdir və zaman keçdikcə onlarda müəyyən təkmilləşdirmələr aparılmışdır.

Daş yataqları və bol sulu, iti axarlı Tərtər çayının olduğu Kəlbəcər ərazisində orta əsrlərdə su dəyirmanlarının mövcud olması təkzib olunmazdır. Bölgədə ilk orta əsrlər dövrünün yaşayış məntəqələri də məhz Tərtər çayı boyunca yerləşmişdir. Tarixi-arxeoloji tədqiqatlar göstərir ki, Tərtərçay hövzəsində yaşayış məntəqələri və əhali sıx olmuşdur. Bu faktlar bölgədə su dəyirmanlarından geniş şəkildə istifadə olunmasını təsdiq edir.

Rayonda çarxlı dəyirmanlardan istifadə edilmişdir. Çarxlı dəyirmanlar üçün araba təkərlərinin çarxma uyğun pərlər xarakterikdir. Belə su dəyirmanlarmm çarxlarmı hərəkətə gətirmək üçün suyun nisbətən hündürdən və təzyiqlə tökülməsi vacibdir. Bunun üçün novçanın su çıxan hissəsini dar düzəltmək lazım gəlir.

Tərtər çayı və onun qolları olan kiçik dağ çaylarının dəyişməz su ehtiyatı və iti axarı su dəyirmanlarmm ərazidə geniş yayılması üçün təbii şərait yaradıb.

Su dəyirmanları əsasən çaylarm qırağında, dərələrdə və yaxud təpəliklərin aşağısında tikilmişdir. Su təxminən 6-8 və bəzən 10 m hündürlükdən təzyiqlə tökülərək çarxı fırladır.

Dəyirmanın pərləri ağac topa bərkidilirdi. Su pərləri sürətlə döydükdə, top pərlərlə birlikdə öz oxu ətrafında fırlanırdı. Ox pərə möhkəm bərkidilirdi. Su pərləri hərəkət etdirdikcə, ox üst daşı alt daşın üzərində fırlayırdı. Nəticədə həmin daşların arasmda qalan dən üyüdülürdü. Daşlar arasmdakı məsafəni artırıb-azaltmaq, yəni yarma və ya un hazırlamaq üçün onu kənardan oxa bərkidilmiş çüy, sonralar isə dəmir qulp vasitəsilə tənzimləyirdilər, yəni artırıb azaldırdılar. Dəyirmana gətirilən dəni tökmək üçün lazım olan təknə üst daşdan yuxarıda yerləşdirilirdi. Təknəyə tökülmüş dən onun ortasındakı dəlikdən axaraq novça vasitəsilə üst daşın ortasındakı dairəvi deşiyə tökülürdü. Novça ağacdan düzəldilirdi və ortası oyulurdu. Novçanın təknəyə bərkidilmiş hissəsi çıxış olaraq taxtadan düzəldilmiş

ağırlıq vasitəsilə dənin hansı midarda dəyirman daşına axıb tökülməsini tənzimləyirdilər. İpin bir ucu kənarda ağacdan düzəldilmiş çaxçaxa möhkəmləndirilirdi. Dəyirmanın üst daşı hərəkətə gəldikcə çaxçax buğdanm daşın boğazma tökülməsini təmin edirdi. Alt və üst daşm ətrafı üyüdülmüş dənin dağılmaması üçün taxta ilə əhatə olunurdu və ön hissədən bir yer açılırdı. Daş hərəkət etdikcə üyünmüş un bu hissədən təknəyə tökülürdü. Dəyirmanda uzun müddət dən üyündükdə kirkirədə olduğu kimi hər iki daşın işlək tərəfləri kütləşir və üyünmə prosesi çətinləşirdi. Yenidən dəyirmanı qaydaya salmaq üçün üst daşı düşürür və hər iki daşın üzbəüz tərəflərini ovxarlayırdılar. Sonra daşları yerinə quraşdıraraq üyünmə prosesini davam etdirirdilər. Dəyirmanı dayandırmaq istədikdə suyun istiqamətini əvvəlki tərəfə yönəldirdilər. Lakin dəyirmanı çox nadir hallarda dayandırırdılar, çünki onu yenidən işə salmaq çətin olurdu.

Üyüdülmüş məhsulun mühafizə edilməsi də müəyyən əhəmiyyətə malikdir. Kəlbəcər bölgəsində yaşayış yerlərində unu və digər ərzaq məhsullarını başlıca olaraq iri küpələrdə, torpaqda qazılmış quyularda, eləcə də təbii daşlıq və qayalıq olan yerlərdəki quyularda mühafizə etmişlər. Təsərrüfat küpləri və ya onun sınıb qırılmış hissələri Kəlbəcər ərazisində Laçınqaya, Lök, Comərd, Uluxan (Qara- çanlı) qalaları və Qalaboyunu yaşayış məntəqəsi ərazilərində arxeoloji tədqiqatlar zamanı çox sayda tapılmışdır. Kəlbəcər bölgəsində ilk orta və orta əsr yaşayış yerlərində, xüsusilə Lök və Laçınqaya qalasmda ərzaq məhsullarını mühafizə etmək və saxlamaq üçün təbiətən mövcud olan daş quyular vardır. Bu cür quyular həm təbiətin səxavəti idi, həm də onu oyma üsulu ilə də düzəldirdilər. Belə quyular müxtəlif ərzaq məhsullarını torpaq quyulara nisbətən daha yaxşı mühafizə edib uzun müddət saxlayırdı.

Rayon ərazisində ilk orta əsr yaşayış məntəqələrinin təbii-coğrafi mövqeyindən asılı olaraq yaxınlığındakı dərin və təbii mağaralarda adətən ərzaq məhsullarını saxlamışlar. Belə mağaralar Laçınqaya, Qalaboynu və Lök yaşayış məntəqələrinin ərazisində aşkar olunmuşdur. Yerli əhali XX əsrdə də bu cür mağaralardan istifadə etmişlər. Belə mağaralarda hətta ət məhsullarını belə uzun müddət xarab olmadan müasir soyuducularda olduğu kimi saxlamaq mümkündür. Bu cür mağaralar Tərtərçay hövzəsinin yalnız yuxarı dağlıq ərazisində mövcud olmuşdur. Nisbətən dağətəyi və aran bölgəsində başlıca olaraq təsərrüfat küplərindən və torpaq quyulardan istifadə edilmişdir.

XIX - XX əsrlərdə bölgədə taxıl məhsullarını (buğda, un, yarma və s.) saxlamaq üçün kəndilərdən geniş istifadə edilirdi. Kəndi palıd ağacından hazırlanır və yeşik formasmda olur. Ailə üzvlərinin sayındın və maliyyə imkanından asılı olaraq kəndi müxtəlif ölçüdə düzəldilir. Uzunlüğü 2-3 m, eni 1 -1,5 m, hündürlüyü 2 m- ə yaxm olur. Kəndi 1 və 2 gözlü olur. Kəndinin üst qapağı var. Həmin qapaqdan taxıl məmulatları (buğda, un, yarma və s.) kəndiyə tökülür. Kəndinin aşağı his-

səsində ön tərəfdən balaca çıxış yeri var. Çıxacağın qapağı üst tərəfdən süyürmə kimi örtülürdü. İstifadə üçün unu və ya buğdanı həmin çıxacaqdan çıxarırdılar.

Rayonda arxeoloji tədqiqatlar zamanı çörək bişirmək üçün istifadə olunmuş, ilk orta və orta əsrlər dövrünə aid edilən təndirlər də üzə çıxarılmışdır. Bu təndirlər quruluşuna görə qədim təndirlərdən fərqlənir və demək olar ki, müasir təndirlərin eynidir. Təndirlərin əksəriyyəti bişirilmiş gildən və qazılmış quyuda bişmiş kərpiclərdən hörülərək düzəldilmişdir. Bu cür təndirlərdən XIX - XX əsrlərdə bölgədə geniş istifadə edilmişdir. Kərpic təndirlər odunla qızdırılmışdır. Kəlbəcərdə zəngin meşələrin olması bu cür təndirlərdən istifadəyə zəmin yaratmışdı. Belə təndirlər keyfiyyət və uzun ömürlüyünə görə bişirilmiş gildən olan təndirlərdən üstün idi.

Kəlbəcər əhalisinin təsərrüfatında bağçılıq da mühüm yer tutmuşdur. Rayonun təbii-coğrafi şəraiti hətta suvarmadan istifadə olunmadan burada bağçılığm və üzümçülüyün geniş yayılmasına şərait yaratmışdır.

Tərtər çayından çəkilmiş arxlar da burada müxtəlif bağ və bostan bitkilərinin becərilməsinə imkan yaratmışdır. Rayonun dağlıq və dağətəyi hissəsində dəmyə əkinçilik mövcud olmuşdur.

Tərtər çayı boyunca dağətəyi və dağlıq ərazilərdə bağçılıq, üzümçülük geniş və əsas təsərrüfat sahəsi kimi hələ qədim dövrlərdən mövcud olmuşdur. Bağlar və üzümlüklər bu ərazidə başlıca olaraq məbəd ətrafı yerlərdə salınmışdır.

Rayon ərazisində zəngin və barlı-bərəkətli bağlar, üzümlüklər mövcud olmuşdur. Hələ ilk orta əsrlər dövründə bölgədə üzüm bağlarının bolluğu burada həm də şərabçılığın inkişafına səbəb olmuşdur. Vəng kəndinnin ərazisində yerləşən «Xudavəng» məbəd kompleksinin arxeoloji tədqiqatları zamanı çaxır istehsal edən qurğu aşkar edilmişdir.


  1. Maldarlıq

Kəlbəcər ərazisi dağlıq zona olduğundan təbii olaraq məhz burada heyvandarlıq əsas təsərrüfat sahəsi olmuşdur. Heyvandarlıqda əsas yeri maldarlıq, qo-yunçuluq və arıçılın tuturdu. Ərazinin yerləşdiyi təbii şərait onun həm dağlıq, həm də düzənlik sahələri özündə birləşdirməsi, burada maldarlığı inkişaf etdirməyə imkan vermişdir.

Qoyunçuluqda əsasən köçmə üsulundan istifadə edilirdi. Qışda qoyun sürülərini aran rayonlarında, Bərdə, Yevlax, Aqdam, Ağcabədi, İmişli, Salyan və digər ərazilərdə saxlayırdılar.

Maldarlıq təsərrüfatı ilə əlaqədar olaraq rayonun kəndlərinin bəziləri yataq, qışlaq, yaylaq kimi müvəqqəti yaşayış məskənləri əsasında yaranmışdır. Bəzi hallarda isə kəndlər binələrdən əmələ gəlmişdir. Binələr əksər hallarda ilk sakinlərin adı ilə adlanmışdır. Rayonun Aşağı Ayrım, Yuxarı Ayrım, Qasım binəsi,

197


İmanbinəsi, Dərəqışlaq kəndiləri və s məhz belə yaranmışdır.

Meşəlik ərazilərdə yerləşən kəndlərdə (Mərcimək və s. kəndlərdə) mülayim qış keçən illərdə mal-qaranı həyətdə saxlayırdılar. Adətən həyətdə (çöldə) saxlanılan heyvanlara Vələs (ulas) ağacının yarpağını «burc»la birlikdə verirdilər. Burc heyvanlarm bədəninə istilik gətirirdi.

Bölgənin ilk orta və orta əsr yaşayış yerlərində əldə edilmiş osteoloji qalıqlar burada həmin əsrlərdə də iri və xırda buynuzlu heyvandarlığın təsərrüfat sahəsi kimi geniş yayıldığını göstərir.

Kəlbəcərin zəngin meşələri, geniş otlaqları olan yaylaqları, qışın ot ehtiyatı üçün bol biçənəklər də burada hələ ilk orta əsrlər dövründə maldarlıq təsərrüfatının yayılmasının əsas şərtlərindən biridir.

Osteoloji materiallarm öyrənilməsi Azərbaycanda, ilk orta və orta əsrlərdə maldarlıq təsərrüfatında dağlıq zonalarda iri buynuzlu, dağətəyi və düzənlik ərazilərdə isə xırda buynuzlu heyvanların üstünlük təşkil etdiyini göstərir.

Rayon ərazisində əsasən dağdıq şəraitə uyğunlaşan iribuynuzlu heyvan cinsləri saxlanılırdı. Otlaq və yaylaq yerləri hündür və sıldırım yamacları olan dağ sinələrində yerləşirdi. Həmin ərazilərdə çevik və təhlükəsiz hərəkət edən yerli mal- qara cinsi inkişaf etmişdir.

1970-ci illərdə Zar «Ətçilik və südçülük sovxozu»na Ukraynadan və Rusiyadan cins şives inək və buğalar gətirilmişdir. Dağ şəraitinə uyğunlaşa bilmədik- lərin- dən həmin heyvanlar 1980-cı illərin axırlarında məhv oldular.

Kəlbəcər cins atları ilə də məhşurdur. Burada atlardan nəqliyyat vasitələri kimi istifadə edilirdi. XX əsrin əvvəllərinə kimi atlardan yer şumlamaq üçün də isdi- fadə edilirdi.

Rayonun yüksək subalp dağlarmm əkətlərində yerləşən kəndlərdə mal-qara aprel-oktyabr ayları otlaqlarda otarılırdı. Payızın son aylarmdan yazın orta aymı kimi (oktyabr-aprel) bordağa salınırdı (tövlə şəraitində). Meşə ilə zəngin olan və qış ayları mülayim keçən kəndlərdə qış aylarında mal-qara otlaq yerlərində saxlanılırdı. XX əsrin 70-80 -cı illərində mal-qaranm saymm çoxalması ilə əlaqədar olaraq ot və yem qıtlığı yaranırdı. Buna görə də əhalinin bir qismi mal-qarasını saxlamaq üçün qışda aran rayonlarına (Tərtər, Bərdə, Yevlax, Goranboy və s.) köçürdülər.

Kəlbəcərin yaylaq yerlərinin sahəsi böyük olduğundan həmin yaylaq yerləri Azərbaycanm digər rayonlarının heyvandarlarının istifadəsinə verildiyindən, aran rayonlarmm ərazilərində Kəlbəcər heyvandarlarma qışlaq yerləri ayrılmışdır. Belə qışlaq yerləri Bərdə, Salyan, İmişli və digər rayonlarda yerləşirdi.

Rayonun ərazisində arıçılıq təsərrüfatı da geniş inkişaf etmişdir. Kəlbəcər bölgəsində arıçılığın mövcud olması orta əsrlər dövründən bəllidir. Burada yerli arı növünün olması, mövsümi vaxtlarda təbiətin hər yerində gül-çiçəklərin bolluğu, zəngin meşələr, geniş yaylaqlarm olması və bütövlükdə arıçılıq üçün hərtərəfli

təbii şərait var.

XX əsrin 70-80-cı illərində rayonda arıçılıq sovxozu da vardı. Burada istehsal edilən balın keyfiyyəti çox yüksək idi və bəlkə də keyfiyyətinə görə dünyada birinci yerdə dururdu.

Zəngin meşələrdə ağac koğuşlarında çox sayda yabanı şəkildə yaşayan arı ailələrinə də rast gəlinirdi.



  1. Sənətkarlıq

Sənətkarlığın tədqiqi cəmiyyətin inkişafının müxtəlif pillələrində məhsuldar qüvvələrin və istehsal münasibətlərinin vəziyyətini müəyyənləşdirməkdə böyük əhəmiyyətə malikdir.

Aydındır ki, sənətkarlığın inkişaf səviyyəsi birinci növbədə xammal ehtiyatının olmasından asılıdır.

Kəlbəcər ərazisinin təbii zənginliklərlə, müxtəlif yataqlarla, meşəliklərlə və s. bol olması hələ qədim dövrlərdən sənətkarlığın inkişafına zəmin yaratmışdır.

Rayonun dağ ətəkləri fısdıq, qoz, palıd, alça, armud eləcə də başqa bərk və rəngli ağac növləri ilə zəngin olan meşələrlə örtülüdür. Bütün bunlar isə sənətkar əhalinin boyaq üçün müxtəlif rənglər almasmda mühüm rol oynamışdıp.

İlk orta əsrlərdə Kəlbəcər bölgəsində sənətkarlığın inkişafında təkcə təbii zənginliklər deyil, həm də Bərdə-Gəncə-Tiflis və Bərdə-Dəbil ticarət-karvan yolunun buradan keçməsi və ərazinin həm dağ, həm də aran yerlərini əhatə etməsi mühüm rol oynaması, sənətkar əhaliyə lazımı xammalın əldə edilməsinə və hazır məhsulların satılmasına şərait yaratmışdır.

Kəlbəcər bölgəsinin sənətkarlıq sahələri içərisində dulusçuluq, metalişləmə xüsusi yer tutur. Bununla yanaşı aparılmış arxeoloji qazıntı və kəşfiyyat işləri ərazidə digər xırda sənət sahələri və peşə növlərinin də olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş sənətkarlıq ocaqları bu fikri əsaslandırmağa imkan verir.

Digər sənət sahələri

Kəlbəcər bölgəsində ilk orta əsrlər dövründə mövcud olmuş elə sənət və peşə sahələri vardır ki, onlar haqqında arxeoloji material çox azdır. Buna daşişləmə, ağacişləmə, sümükişləmə, toxuculuq, boyaqçılıq, dəri emalı və s. sənət və peşə sahələrini misal göstərmək olar.

Kəlbəcər ərazisində müxtəlif bitkilər və ağac növlərinin olması ilk orta əsrlər dövründə burada boyaqçılığm inkişaf etməsinə səbəb olub. Boyaqçılıq ənənələri son dövrlərə qədər yaşamışdır. Müxtəlif ağacların qabıqlarmm və bitkilərin suda

qaynadılması nəticəsində və s. üsulla boyaq almır və bununla da yun və ipləri boy ayırdılar.

Toxuculuq sahəsində xalçaçılıq mühüm yer tutur. Rayonda, yunundan keyfiyyətli ip hazırlanan qoyun cinslərinin çox olması, oktyabr-may aylarmda qadınların ev işlərinin az olması xalçaçılığın yüksək inkişaf etməsinə lazımi şərait yaradır. Burada müxtəlif növ xalça (çəvəverd və s.), kilim, xurcun, farmaş, corab və s. toxunurdu.

Kəlbəcər bölgəsində zəngin filiz və qeyri-fıliz yataqlarından başqa boyaq üçün istifadə edilən boya materialları mövcuddur.

Rayon ərazisində zəngin meşələrin olması burada ağacişləmə və dülgərlik kimi sənət sahəsinin bilavasitə ixtisaslaşmasını təmin etmiş və bu sahə inkişaf etmişdir.

Bu bölgədə obsidian, perlit, tuf (daş), üzlük daş yataqları, eləcə də digər tip daş yataqlarının bolluğu burada daşişləmənin inkişafına gətirib çıxarmışdır.

Arxeoloji axtarışlar zamanı aşkar edilmiş kirkirə, dəyirman daşlarmm nümunələri, bitki yağı emalı üçün istifadə edilmiş dəyirman daşları məhz buradakı yataq- lardakı xammaldan yerli ustalar tərəfindən hazırlanmışdır. Bölgədəki ilk orta əsr qalalarının, məbədlərinin və digər binaların inşasında yerli ustaların əl işlərini də müşahidə etmək olur ki, bu da bölgədə daşişləmə sənəti barəsində müəyyən təsəvvür yaradır.

Akademik M.Qaşqaym rəhbərlik etdiyi geoloji-axtarış ekspedisiyası tərəfindən Alolar, Zar və s. kəndləri yaxınlığında pexşteyn yataqları aşkar edilmişdir. Pex- şteyn sarı-qırmızı (bal) rəngində olur. Bu daşlar süngər daşı (cilalamaq, sürtmək) düzəltmək üçün çox qiymətli bir materialdır. Eyni zamanda qrafıt və ağ mərmər yataqlarınm bolluğu da burada daşişləmə sənətinin inkişafını şərtləndirən amillərdəndir. Kəlbəcər ərazisində orta əsrlər dövrünə aid daşdan hazırlanmış qoç və at heykəllərinin çoxluğu burada daşişləmənin inkişafını göstərən əyani sübutlardan biridir.

Meydan çayı ətrafında üzlük daşı istehsalına yararlı mərmərləşmiş əhəng daşı yatağı mövcuddur. Bu cür yataqlarm olması bölgədə daşişləmənin inkişafına ciddi təsir göstərmişdir.

Yay otlaqlarında çoxlu sayda qoç və at heykəlləri və digər qəbirüstü daşlar vardı. Bu heykəllər orta əsrlərdə bölgədə daşişləmə sənətinin inkişafının bariz nümunəsidir.

1950-60-cı illərdə Kəlbəcər ərazisində - Dəlidağın ətəyində, Pəriçınqılında, Sa- rıyer - Alagöllər ərazisində, Yüzbulaq ətrafında və başqa ərazilərdə üzərində qədim yazılar olan heyvan və başqa canlılar təsvir edilmiş abidələr aşkar edilmişdi. Bu heykəllər və daş abidələr bölgədəki qranodiorit tərkibli daşlardan düzəldilmişdir. Eyni zamanda qranit daşlardan yonulmuş sandıqlar, qəbirüstü daşlar, ayrı-

ayrı üstü alban yazıları olan daş abidələr də çoxluğu ilə diqqəti cəlb edir. Almalıq kəndinin yerləşdiyi ərazidə üzərində alban yazıları olan müxtəlif növ bəzəkli daşlar, abidələr vardı.

Bütün bunlar ilk orta əsrlər dövründə Kəlbəcər ərazisində daşişləmə, oyma, nəqqaşlıq, heykəltaraşlıq sahələrinin həm mövcud, həm də inkişaf etdiyini göstərir.

XX əsrin ortalarında xas daşdan çox yaraşıqlı evlər tikirdilər. Xas daş nə deməkdir. Böyük qayaları guppul və çivlə yarırdılar. Eni 30 sm, hündürlüyü 40- 50 sm ölçüdə qara daş hazırlayırdılar. Sonra həmin daşları döymə və xas çəkici ilə işləyirdilər. Döymə və xas çəkiclərinin arxa hissəsi 5x6 sm ölçüdə yastı olurdu. Həmin yastı tərəfin diametri 0,2 sm olan dəmir dişləri olurdu. Hazırlanmış daşları həmin çəkiclərlə döyürdülər, yəni daşm bir üzünü dama-dama şəkilinə salırdılar. Sonra həmin daşların dörd tərəfini çarx daşıynan əl ilə yonurdular. Belə daşlar sementsiz bir-birinin üstünə hörülürdü. Üst-üstə hörülmüş daşlar sanki bütöv idilər. Daşlar ancaq arxa tərəfdən sement ilə hörülürdü (bir-birinə bərkidilirdi). Xas işi çox çətin olduğundan hər daş ustası xas daşdan ev hörə bilmirdi.

Arxeoloji materiallar, yazılı mənbələr və etnoqrafik məlumatlar əsasmda aydm olur ki, XI - XIII əsrlərdə Azərbaycanda dəmirçilik sənətindən nalbəndlik, silah- sazlıq, misgərlikdən - qalayçılıq; gönişləmədən - dabbaqlıq və dəri emalı, sərraf- lıq, başmaqçılıq; dərzilikdən - papaqçılıq, palançılıq; toxuculuqdan - boyaqçılıq və s. peşələr ayrılmışdır. Daşişləmədə memar, bənna, nəqqaş, heykəltaraş; ağacişləmədə - dülgər, nəccar məfhumların olduğunu etnoqrafik məlumatlar təsdiq edir.

Dulusçuluq

Qədim zamanlarda, ilk orta əsrlərdə bütövlükdə Azərbaycanda olduğu kimi, Kəlbəcər bölgəsində də feodal istehsal üsulunun meydana gəlməsi və formalaşması baş verir. Tərtər çayı boyunca yeni qalalar tikilir, qəsrlər salınırdı. Tərtər çaymdan çəkilən arxlar yeni torpaqlarm becərilməsinə şərait yaratmaqla yanaşı, sənətkarlığı inkişaf etdirmək üçün də əlverişli imkan verirdi.

Dulusçuluq ilk orta və orta əsrlər dövründə Kəlbəcər əhalisinin məişətində geniş yayılmış və arxeoloji qazmtı zamanı tapılan maddi-mədəniyyət nümunələri içərisində çoxluq təşkil edir. Bu dövrə aid təbəqələrdən tapılan qablar özündən əvvəlkilərdən fərqli olaraq ayaqla hərəkətə gətirilən dulus dəzgahmda hazırlanmışdır. Eyni zamanda bu irəliləyiş, qablarm hazırlanma texnikası, şirələnməsi və gilin tərkibinin yaxşılaşmasında da görünür.

Saxsının rəngi, gilin narınlığı və s. əlamətlərinə görə bu dövrün saxsı qabları, kirəmiti və su tüngləri eyniyyət təşkil edirlər.

Dulusçuluqda məişət qablarmm növlərinin artması, yeni qablarm meydana çıx-

ması, naxışların nisbətən zənginləşməsi kimi əlamətlər və məmulatların dulus çarxında hazırlanması, IX - X əsrlərdə Kəlbəcər bölgəsində dulusçuluğun peşəkar sənət sahəsinə çevrildiyini göstərir.

Ərazidə orta əsr yaşayış məntəqələrinin, qalaların yerində eyni formalı qalaların çoxluğu, onlarm çıxdaşları, ərintiləri və s. bölgədə dulus kürələrinin olması fikrini irəli sürməyə imkan verir ki, XI - ХШ əsrin əvvəllərində bu bölgədə dulusçuluq növbəti inkişaf mərhələsinə keçmişdir.

XI - XIII əsrlərdə məişətdə işlənən saxsı qabların istehsalında da böyük irəliləyiş baş verir. Onların hazırlanma texnikası inkişaf edir, keyfiyyətləri daha da yüksəlir, naxışları zənginləşir və yeni növ qablar meydana çıxır. Kəlbəcər bölgəsində aşkar olunmuş dulus qablarm öyrənilməsi göstərir ki, o dövrdə ustalar bütün məhsulları ayaqla hərəkətə gətirilən dulus dəzgahmda hazırlamışlar.

Qab nümunələrinin tipləri və onlarm səthində olan işarələr dulus sənətkarları arasında olan müəyyən əmək və sənət bölgüsündən xəbər verir.



  1. İqtisadi əlaqələr

Kəlbəcərin ərazisi dağlıq olmasma baxiayarq, mühüm karvan yolları bu ərazidən keçirmiş. Belə ki, ilk orta əsrlərdə Bərdədən-Dəbilə kimi uzanan ticarət-karvan yolu uzun əsrlər boyu Tərtərçay vadisi boyunca gedirmiş. Bu quru yollar Qavqaz Albaniyasmm qərb ölkələri ilə ticarətində mühüm rol oynamışdır. Arxeoloji qazıntılar zamanı rayon ərazisində çox sayda pul sikkələri, gümüş, mis və tunc qablar tapılmışdır. Həmin tapıntıların bəzilərinin xarici ölkələrə məxsus olması, bu bölgənin digər dövlətlərlə intensiv ticarət əlaqələrinin göstəricisidir. Bu bölgədə zəngin təbii sərvətlərin, qızılın, gümüşün, xromun, qiymətli daşların və s. çox olması onlarm xarici ölkələrə çıxarılmasına imkan verir. Xarici ölkələrdən zinət əşyaları və s. gətirilirdi. Ticarət əlaqələrinin genişlənməsi ölkənin iqtisadiyyatının inkişafında, habelə mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır.

XX əsrdə, Tərtərçay vadisindəki həmin ticarət-karvan yolları «elat yolu» və ya «araba yolu» adlanırdı. Bölgədə qış aylarında qarın çox olması ilə əlaqədar olaraq, karvanın yolu azmaması üçün həmin yollarda nişanəli dik daşlar qoyulurdu. Həmin daşlar bəzən yüksək yerlərdə, təpələrdə qoyulurdu.

İndiki Kəlbəcər rayonu ərazisində bu yolun üstündə ilk orta əsrlər dövrünə aid Laçın, Lök, Uluxan, Qalaboynu qalaları və s. yerləşmişdir. Həm Gəncə istiqamətində, həm də Bərdə istiqamətində mühüm ticarət yollarına rahat çıxış vardı. Bu cür üstünlük bölgənin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə gətirib çıxarmışdır.

İlk orta əsrlər dövrünə aid bu qalaların bir çoxu hələ də tarixi-arxeoloji cəhətdən tamamilə tədqiq edilməmişdir.



  1. əsrdə bu «elat yolu»ndan Göyçə mahalından Qarabağa (Zod aşırımından) keçməklə Gəncə və Tiflis istiqamətində istifadə etmişlər. Bu yolun bir hissəsi

  2. əsrdə belə Göyçə mahalı ilə Qarabağı əlaqələndirirdi.

XX əsrdə əsasən «elat yolu» kimi isifadə edilən bu yollar bir neçə istiqamatdə olub:

Göyçə mahalına gedən yollar:

Kəlbəcər - Bacarkeçr (Zod aşırımındın),

Zəylik - Daşkənd - Basarkeçər (Göyçə gədiyindən),

Sarıyer - Basakeçər (Hacı Usub gədiyindən).

Dərələyəz və Naxçıvana gedən yollar:

Sarıyer - Dərələyəz - Naxçıvan (Daşkörpüdən),

Taxtadüz - Cermuk (keçmiş adı Səfolar İstisuyu) və s.

Xaçın çaymm yuxarı hövzəsində yerləşən Yelligədikdən Laçın, Şuşa, və Qarabağ istiqamətinə,

Xaçın çaymm aşağı hövzəsində yerləşən Dovşanlı Vəngindən Ağdam-Qarabağ istiqamətinə və s.

XIX əsrin axırlarına, XX əsrin əvvəllərinə kimi Kəlbəcər əhalisinin iqtisadi əlaqələri bu yollar vasitəsi ilə olmuşdur. Bu illəridə Naxçıvanla duz, Qarabağ və Cöyçə ilə taxıl, mal-qara və s. ticarəti aparılırdı (edilirdi).


  1. Mədəni əlaqələr

İV-cü əsrin əvvələrində dövlət dininə çevrilmiş xristianlıq, Albaniyanın mənəvi mədəniyyət tarixində xüsusi bir mərhələ təşkil etmiş, onun ictimai, iqtisadi və mənəvi həyatmda mühüm rol oynamışdır. Albaniyanın həyatma təsir göstərən əvvəlki dini adətlərə nisbətən iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsinə şərait yaratması, xristianlığın mühüm cəhətlərindən olmuşdur. Kəlbəcərin ərazisində çoxsaylı məbədlərin, məbəd-monastır komplekslərinin olması onun göstəriri ki, ilk orta və orta əsrlərdə burada mədəni əlaqalər yüksək inkişaf etmişdir.

Arxeoloji tədqiqatlar nəticəsində monastırlarda mehmanxana və kitabxananın mövcud olması sübut edilmişdir. Monastırlar tədris ocaqları olmaqla bərabər, həm də təhsil ocaqları idi.

Monastır kompleksləri bölgənin mədəni həyatında mühüm rol oynayan faktorlardan biri olub. Monastrlar dini icmalarm, bölgənin dini mərkəzləri olmuşdur. Monastırlar dini-mənəvi dəyərlərin inkişaf etdirilməsidə və daşınmasmda, bölgənin mədəni həyatmda mədəni və dini-mənəvi əlaqələrin genişlənməsində

müstəsna rola malik idilər.

Həmin dövrdə karvan yollarmm bu ərazidən kesməsi, çox saylı müxtəlif yaşayış məntəqələrinin olması, bu ərazidə yaşayanlarm yüksək mədəni əlaqələr qurmasında mühüm rol oynamışdır.

İlk orta əsrlərdə Qavqaz Albaniyasmm mühüm və məşhur monastrlarından olan Xotavəng məhz Kəlbəcər ərazisində yerləşir. Tədqiqatlar göstərir ki, Xotavəng- in bir hissəsi xristianlığın ilk dövrlərində yaranmışdır.

Kəlbəcər bölgəsi dini-mənəvi dəyərlərin və mədəniyyət mərkəzi olmuşdur.

Mənbələrdəki məlumatlardan və elmi tədqiqatlardan ay dm olur ki, xristianlığın Qavqaz Albaniyasmda yayılması və möhkəmlənməsi dövründə ilk dini icmaların yarandığı bölgələrdən biri də məhz Kəlbəcər bölgəsi olmuşdur. Ərazidəki memorial abidələrin olması, Həsən Cəlalın bu ərazidə yaşayıb-yaratmaları və s. faktlar bölgənin mədəni həyatmm inikşaf etməsindən xəbər verir.

İslam dinin geniş yayıldığı bir dövrdə Azərbaycanan bir çox bölgələrində olduğu kimi Kəlbəcər bölgəsindədə xristian kilisələri ilə yanaşı müsəlman məs- cidləri də fəaliyyət göstərirdi. Ölkədə Alban kilisələri saxlandığı kimi, yeni yaranan ibadətgahlar - məscidlər, pirlər və islam dinin digər ziyarətgahları da yaradılırdı. İslamın yayılması üçün yerlərdə müxtəlif üsullar və qaydalar müəyyənləşdirü- mişdir ki, onlara rəğbətlə yanaşmaq tələb olunurdu. Başqa dinlərə zorakılıq kös- tərilmirdi. Xristian məktəblərini müsəlman mədrəsələri əvəz etdi.

Təhsil almaq istəyənlər Azərbaycanm inkişaf etmiş şəhərlərinə (Gəncə, Bərdə və s.) və şərqin mədəniyyət mərkəzlərinə (İran, İraq və s.) gedirdilər. Onlardan bəziləri təhsil aldıqdan sonra geriyə, öz ata-baba yurdlərına qayıdıb, əhalinin savadlanması ilə məşğul olurdular, bəziləri isə oxuduqları şəhərlərdə qalırdılar.



  1. Kəlbəcər faciəsi

  1. Kəlbəcərin Ermənistan tərəfindən işğalı

Əslən Kəlbəcərli olan, öz ilhamını Kəlbəcər təbiətindən alan, görkəmli alim, tərcüməçi, məşhur xalq şairi mərhum Ənvər Rza 1985-ci ildə belə yazanda:

Çaşqm dövran əməlini azdımı?

Daş kitabda qanla tarix yazdımı?

Kövrəltmərəm, özcə dərdi azdımı,

Bir yandan da mən dağ olam dağlara.

Dağlar oğlu, dağa qoyma yağını,

Aldatdılar, uzaq sandıq yaxını.

Əritmişəm ürəyimin yağını,

Ay batanda çıraq olam dağlara.

nə biləydi ki, 1993-cü ilin bahar fəslinin gəlməsinə az qalmış bir zamanda Kəlbəcər erməni yağıları tərəfindən işğal ediləcəkdir.

1983-cü ildə Ənvər Rza yazır ki,

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,

Mən bu dərdi oxlamağa gəlmişəm.

Yazda nə var, yaylaqların payızda,

Vəfasını yoxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,

Duman, çiskin ayağıma sürünür,

Ata yeri, qardaş yeri görünür,

Bir xəlvətcə ağlamağa gəlmişəm.

Rəhmətlik o vaxtlar nə biləydi ki, bu gün yaylaqlar yox, adamlar vəfasız çıxıb, ata-baba yurdlarını yağı əllərinə veriblər və didərgin düşüb, o yerləri yada salıb xəlvətcə ağlayırlar.

Ənvər Rza Tərtər çaymm ilham verən çağlarmda belə yazır:

Çağlaya-çağlaya axan çaylarm Birində gözüm yox bəsimdir Tərtər.

Mən də onun kimi qaya yarmışam,

Dönməz ilhamımdır, bəhsimdir Tərtər.

Mən ona paklığın carçısı dedim Ayna çay, güzgü çay, carçı su dedim.

Şeir qalaçamın carçısı dedim.

Dəlidağ nəfəsli nəsimdi Tərtər.

Ondan uzaq düşmək dərddi, zülümdü,

O mənim su evim, su mənzilimdi.

Dağda zənguləmdi, döşdə zilimdi,

Arana enəndə pəsimdi Tərtər.

Ancaq bu gün Tərtər çayı aran ellərinə gəlib çıxmaq üçün yağı əlindən aman tapa bilmir.

Bu gün İstisuyun Taxta düzündə nə elat var, nə də toy-büsat. Taxtadüzü, Sarıyer, Sərkər, Qaraarxaç qoyunsuz, quzusuz qalıbdır. Kəlbəcərin orada qalan nər oğullarının qəbir daşları da görünmür. Dağlar isə yetim uşaq kimi boynu bü- kük öz ellərinin geri qayıtmasmı gözləyirlər.

Kəlbəcərin Zəylik kəndində anadan olub, 1941 -45-ci il müharibəsinə getmiş, əsir düşüb 1988-ci ilə kimi Amerıkanm (ABŞ) Çikaqo şəhərində yaşamış, qəriblik illərində bir neçə min şeir yazmış, İsmayıl Nəcəf oğlu belə yazır:

Fələk məni tərkivətən eylədi,

Gəzirəm yuvasız olanlar kimi.

Əgər bilinsəydi məkanım, yurdum,

Mən də sevinərdim gülənlər kimi.

1960-cı illərdə yazılan bu sözlər, bu gün yuvasından perik düşmüş quşlar kimi öz doğma elindən, obasından didərgin düşüb, qaçqın adı ilə yaşayan hər bir Kəlbəcərlini ürək ağrısı, göz yaşları ilə öz doğma yurdlarını yada salmağa vadar edir.

Ağdaban faciəsi

1992-ci ilin fevral aymm 25-dən 26-na keçən gecə erməni faşistləri tarixdə görünməmiş Xocalı faciəsini törətdilər. Beynəlxalq aləm bu hadisəyə göz yumdu və bununlada erməni faşistlərinin əl-qolu açıldı.

1992-ci ilin aprel aynın 8-də səhər saat 5-6 radələrində erməni faşist yaraqlıları Ağdaban və Çayqovuşan kəndlərini mühasirəyə alıb, kəndləri əhalisi ilə birlikdə yandırmaq planmı işləyib hazırlayıblar. Bu kəndlərə gedən yolların hamısını tutublar. Ancaq bir meşə yolu qalır. Bu yolu tutmağa erməni faşistlərinin vaxtı çatmayıbdır. Təsadüfən bir nəfər kənd sakini səhər saat 5-30-da yuxudan oyanıb kənd camaatma xəbər verir. Silahlı münaqişə başlayır. Kənd sakinlərinin bir qismi Yanşaq və Bağırlı kəndləri istiqamətinə qaçıblar, 32 nəfər kənd sakini

şəhid olub, 5 nəfər girov düşübdür.

Erməni faşistləri kəndin əmlakının bir hissəsini qarət edib, qalan hissəsini fəhşicəsinə yandırıblar. Mal-qoyunu tovlalara doldurub diri-diri yandırıblar. Kənd tam yanandan sonra erməni faşistləri kəndin ərazisini tərk ediblər.

Kənd evlərinin bərpası mümkün olmadığma görə kənd sakinlərinin bir qismi rayonun başqa kəndlərinə, bir qismi isə başqa rayonlara üz tutmalı olublar.

Dünya ictimaiyyəti Xocalı, Ağdaban, Malıbəyli və bunlara oxşar digər faşist kimi amansızcasma törədilmiş qırğınlara göz yumub susmaqla, erməni faşistlərini daha ağır insan və sülh əlehinə yönəlmiş cinayətlər törətməyə sövq edib, onlara meydan açdılar. Nəticədə Qarabağ müharibəsi alovlanmağa başladı.

Kəlbəcərin işğalı

1991-ci ildə SSSR-nin parçalanmasmdan sonra digər respublikalar kimi Azərbaycan da öz nizamli ordusunu yarada bilməmişdir. SSSR-i rəhbərliyi tərəfindən sünii surətdə yaradılan Qarabağ problemi nəticəsində, Ermənistanın xarici xristian havadarları tez bir zamanda onun silahlı qüvvələrini formalaşdırmağa nail oldular. Qeyd etmək lazımdır ki, 1988-ci ildə Spitakda baş verən zəlzələ ilə əlaqədar olaraq, xaricdə yaşayan erməni diasporu yardım adı ilə Ermənistana vaqonlarla, təyyarələrlə küllü miqdarda ağır və yüngül çaplı silah göndərirdilər.

Bu ərəfədə Azərbaycanda siyasi böhran baş verirdi. Xarici və daxili düşmənlər respublikanı parçalamağa cəhd edirdilər. Respublikanın siyasi elitasının sıralarında erməni mənşəli və ermənilərə qulluq edən vəzifəli şəxslərin sayı kifayət qədər idi. Vahid hərbi komandanlıq yox idi. Silahlı ordu formalaşmamışdır. Azərbaycanda prezidentliyə can atan ayrı-ayrı partiyaların silahlı qüvvələri var idi.

Ermənistanın silahlı qüvvələri xarici havadarlarının siyasi və hərbi köməyi ilə bi əlverişli şəraitdən istifadə edərək 1992-ci ilin may aymm 15-də Laçın və Şuşa rayonlarmı işğal etdi. Kəlbəcər mühasirəyə almdı. Daxili və xarici düşmənlər bununla kifayətlənmədilər. Onlar daha ağır hadisələr törətməyə hazırlaşırdılar. Belə bir obyekt Kəlbəcər rayonu idi. Ona görə ki, Kəlbəcər üç tərəfdən Ermənistanın əhatəsində qalmışdı. Respublika ilə yeganə əlaqə yolu çətin keçilən Murovdağ silsiləsi idi. Murovdağ rayon üçün «həyat yolu» idi.

Əlverişli şəraitdən: siyasi böhrandan və xarici xristian dövlətlərin güclü dəstəyi ilə erməni silahlı qüvvələri 1993-cü ilin aprel aymm 2-də bir neçə istiqamətdən Kəlbəcərə hücuma keçdi. Kənardan rayon əhalisinə kömək yox idi, əhali faciə içərisində idi, 60 minlik əhali mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün gecə Murov dağma 70 sm, bəzi yerlərdə isə 1 m-ə yaxm qar yağmışdı. Qarm yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları, qocaları, xəstələri necə xilas etmək yolunu bilmirdilər. Bu faciədə erməni faşistləri bir neçə min rayon əhalisi öldürdülər, bir neçə minini

girov götürdülər. Bu faciədə digər rayondan olan əsgərlər də öldürüldülər və girov götürüldülər.

Erməni faşistləri qəddarcasına rayonun 147 kəndini, qəsəbələri, Kəlbəcər şəhərini talan edib yandırdılar. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər. 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulataor məntəqəsi, 75 feldşer- mama məntəqəsi, 1 ictimai - sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodu və s. dağıdılıb məhv edilidi.

Kəlbəcər rayonunun əhalisi respublikanın 62-dən çox rayonlarında sığınacaq tapdılar.

Birləşmiş Millətlər Təşkilatmm Təhlükəsizlik Şurasmm 822, 853, 874, 884-cü qərarları, erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılması, bu günədək yerinə yetirilmir. Dünya ictimaiyyəti buna göz yumur. Azərbaycana qarşı ikili standartlı rol oynayırlar.

Kəlbəcərin işğal edilməsində ermənistanın silahlı qüvvələrinin

hücum istiqamətləri

Kəlbəcəim işğal edilməsində ermənistanın silahlı qüvvələri bir neçə istiqamətdən hücuma keçmişdir:



-qərbdən, Basarkeçər (Vardenis) rayonundan: Daşkənd - Zəylik; Zod qızıl yatağı

  • Seyidlər; Qaraqaya-Kəlbəcər istiqamətlərindən;

Azərbaycanm işğal olunmuş rayonlarından:

  • cənubdan, Laçm istiqamətindən;

-cənub-şərqdən, Xocalı istiqamətindən;

  • şərqdən, Ağdam və Tərtər istiqamətlərindən.

Aşağıda verilən xəritədə düşmən ordusunun (erməni silahlı qüvvələrinin) hücum istiqamətləri göstərilir:




Yüklə 35,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin