Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə104/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   100   101   102   103   104   105   106   107   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
158 
ƏLİ (ƏLEYHİSSALAM)-IN DİLİ İLƏ BEHİŞTİN VƏSFİ 
“Nəhcül-bəlağə”də bir xütbədə Həzrət Əmirəl-
möminin (əleyhissalam) belə buyurur: “(Xudaya) Səni, 
əzəmətinə layiq olmayan bütün şeylərdən pak bilirəm, 
məxluqatın Yaradanı, gizlilərin Xaliqisən. Yaratdıqlarını 
imtahanın gözəlliyindən bir saray yaratdın ki, o Behiştdir. 
Orada qonaqlar üçün qəbul vasitələri, yemək yerləri, 
pakizə hurilər, xidmətçilər, zinətli otaqlar, lətafətli arxlar, 
son dərəcə təravətli bağlar, pak meyvələr hazırladın. 
Sonra Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və 
səlləm)-i nümayəndə göndərdin ki, xalqı əbədi, növbənöv 
nemətlərlə dolu saraya çağırsın. Nə o də”vətçini eşitdilər, 
nə həvəsləndilər, nə də arzu ediləsi şeyləri arzuladılar. 
Murdar, hiyləgər dünyaya üz tutub onu yedikcə rüsvay 
oldular, bir-birləri ilə saziş bağladılar. Dost olanlar 
e”tibarsız dünyaya valeh oldular, gözləri gor edildi, öz 
eyb və zərərlərini görmədilər. Qəlblərini dünya bimar 
etdi, layiq həqiqətlərə xəstə gözlə baxdılar, onu kar 
qulaqla eşitdilər. Həqiqətən, dünya şəhvətləri əqllərini 
korladı, dünya onların qəlblərini oynatdı və özünə 
vurğun etdi, dünyaya və əlində dünya malı olanlara qul 
oldular.” 
Bəli, üçüncü yol yoxdur: ya Behiştdir, ya da Cəhənnəm. 
İnsan Allaha doğru getmirsə, nəinki nemətlərdən 
məhrum olacaq, hətta Cəhənnəm əzabına qovuşacaq. Bu 
əzaba qismən işarə edirik. 


AYӘTULLAH DӘSTĞEYB
159 
BEŞİNCİ FӘSİL 
CƏHƏNNƏM 
Cəhənnəm (duzəx) nəhayətsiz bir dərə, Allah 
qəzəbindən alovlanmış oddur. Cəhənnəm dərkimizin 
fövqündə, növbənöv əzablar, bəlalarla dolu axirət 
zindanıdır. Bir növ Behiştin ziddidir. Əgər Behiştdə 
nemətlər 
çox, 
bir 
zərrəcə 
narahatlıq 
yoxdursa, 
Cəhənnəmdə əzablar çoxdur və zərrəcə rahatlıq yoxdur. 
Quranda zikr edilmiş bəzi əzablara işarə edirik. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin