Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


HƏZRƏTİ MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə103/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   99   100   101   102   103   104   105   106   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

HƏZRƏTİ MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ 
ALİHİ VƏ SƏLLƏM)-LƏ YAXINLIQ VƏ 
MÖMİNLƏRLƏ ƏLAQƏ 
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və 
səlləm)-in “ya Əli, sənin şiələrin mənim ətrafımda ağ üzlə 
nur 
minbərlərdədir, 
onlar 
Behiştdə 
mənim 
qonşularımdırlar”, buyurduğu kimi bu yaxınlıq da bir 
nemətdir (“Nüdbə” duası). 
Vəsfə gəlməyən bir ləzzətdir ki, həmişəlik Behişt 
nemətləri geri alınmaz, bitib tükənməz. 


AYӘTULLAH DӘSTĞEYB
157 
Ruhani nemətlərdən biri də, Quranın buyurduğu kimi, 
peyğəmbərlər, salehlər və möminlərin qovuşmasıdır. 
HƏR GÜN BİR PEYĞƏMBƏR QONAQDIR 
Rəvayət olunmuşdur ki, hər gün Behiştdə ziyarət və 
görüşə bir ulul-əzm peyğəmbər (ya Nuh, ya İbrahim, ya 
Musa, ya İsa, ya da Mühəmməd (səlləllahu əleyhi və alihi 
və səlləm)) gələr və həmin gün o böyük şəxsə qonaq 
olarlar. Cümə axşamları Xatəmül-Ənbiya (səlləllahu 
əleyhi və alihi və səlləm)-ə qonaqdırlar və cümə günləri 
Həzrət Həqqin yaxın məqamına dəvət edilərlər. 
MOİZƏ (NƏSİHƏT) 
NƏ ÜÇÜN BEHİŞT ÜÇÜN ÇALIŞMIRIQ? 
Zikr etdiklərimiz Behişt nemətlərinin yalnız kiçik bir 
hissəsi idi. İndi özünüz insafla deyin, ağıllı insan özünü 
bu sayaq ruhani ləzzətlərdən, məqam və dərəcələrdən 
məhrum edərmi?! İnsan bir dünyəvi məqama çatmaqdan 
ötrü nə qədər əzab-əziyyət çəkir?! Hansı ki, məlum deyil, 
öz məqsədinə çatacaq, yoxsa yox. Hətta məqsədinə 
çatarsa da, ölüm hər şeyi geri alar. Amma insan ali 
məqam, həmişəlik səadətlərdən ötrü addım da atmır. 
Hansı ki, bu yolda çalışanlar hökmən məqsədə çatacaqlar. 
Qurani Məciddə buyurulur: “Lakin insan bundan 
sonra da günah etmək, pis işlər görmək istəyir.” 
(“Qiyamət” surəsi, ayə 5) 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin