МӘАД
154
BEHİŞTDƏ İŞIQ
“Dəhr” surəsindən buyurulub: “Behişt
əhli Behiştdə
günəş və onun istisini, həmçinin soyuq görməzlər.” Onlar
mülayim, normal havadadırlar. Onların gün və günəş
işığına ehtiyacları yoxdur. İman, saleh əməl nuru onlara
bəs edər.
Nəql olunub ki, hurilərin nuru günəş nurundan
artıqdır. Eləcə də, Behiştdə olan hər şeyin hətta libasın,
xalının, qabların da nuru olar.
BEHİŞT NƏĞMƏLƏRİ VƏ AVAZLARI
Dünyada
olan nemətlər və ləzzətlər, əsl Behiştdə olan
nemət və ləzzətlərin bir qətrəsi,
nümunəsi olduğu kimi,
xoş sədaların da kamili, həqiqisi Behiştdədir. Əgər bu
həqiqi səda dünya əhlinin qulağına dəyərsə, taqət
gətirməyib, həlak olarlar. Hələ Davud peyğəmbərin avazı
dünyada
olduğu halda, kimsənin bu avazı dinləməyə
taqəti olmazdı. Bir-biri ilə düşmən olan heyvanlar,
məsələn,
qurd vd ahu bu sədaya toplanar, bir-birlərinə
toxunmazdılar. Eləcə də,
Davud peyğəmbər oxuyarkən
bəzi adamların yıxılıb, həlak olduğu məlumdur.
DAVUD VƏ BEHİŞTDƏ OXUYAN HURİLƏR
“Nəhcül-bəlağə”-də peyğəmbərlərin halının bəyanında
Əmirəl-möminin
(əleyhissalam)
buyurur:
“Davud
(əleyhissalam) Behiştdə Behişt əhli üçün oxuyar.”
(Əlbəttə, oxunan Behişt nəğmələri olacaq və Behişt
əhlinin dinləmək taqəti olacaq). Həzrət Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm)-dən
nəql olunub ki,