AYӘTULLAH DӘSTĞEYB
157
Ruhani nemətlərdən biri də, Quranın buyurduğu kimi,
peyğəmbərlər, salehlər və möminlərin qovuşmasıdır.
HƏR GÜN BİR PEYĞƏMBƏR QONAQDIR
Rəvayət
olunmuşdur ki, hər gün Behiştdə ziyarət və
görüşə bir ulul-əzm peyğəmbər (ya Nuh, ya İbrahim, ya
Musa, ya İsa, ya da Mühəmməd (səlləllahu əleyhi və alihi
və səlləm)) gələr və həmin
gün o böyük şəxsə qonaq
olarlar. Cümə axşamları Xatəmül-Ənbiya (səlləllahu
əleyhi və alihi və səlləm)-ə qonaqdırlar və cümə günləri
Həzrət Həqqin yaxın məqamına dəvət edilərlər.
MOİZƏ (NƏSİHƏT)
NƏ ÜÇÜN BEHİŞT ÜÇÜN ÇALIŞMIRIQ?
Zikr etdiklərimiz Behişt nemətlərinin yalnız
kiçik bir
hissəsi idi. İndi özünüz insafla deyin, ağıllı
insan özünü
bu sayaq ruhani ləzzətlərdən,
məqam və dərəcələrdən
məhrum edərmi?! İnsan bir dünyəvi məqama çatmaqdan
ötrü nə qədər əzab-əziyyət çəkir?! Hansı ki, məlum deyil,
öz məqsədinə çatacaq, yoxsa yox.
Hətta məqsədinə
çatarsa da, ölüm hər şeyi geri alar. Amma insan ali
məqam, həmişəlik səadətlərdən ötrü addım da atmır.
Hansı ki, bu yolda çalışanlar hökmən məqsədə çatacaqlar.
Qurani Məciddə buyurulur: “Lakin
insan bundan
sonra da günah etmək, pis işlər görmək istəyir.”
(“Qiyamət” surəsi, ayə 5)