AYӘTULLAH DӘSTĞEYB
169
CƏHƏNNƏM ƏHLİNİN BİR-BİRLƏRİ İLƏ PİS
DANIŞIĞI
“Sad” surəsində (ayə 59, 60, 61) buyurulur: “Mələklər
kafirin dünyadakı başçılarına, onlara tabe olanları
göstərib deyəcəklər: Bu sizinlə birlikdə daxil olan
dəstədir. (Başçılar deyəcəklər:) Onları görək rahatlıq üzü
görməsinlər! Onlar (haqlı olaraq)
Cəhənnəmə daxil
olanlardır.
(Tabe olanlar da öz başçılarına belə deyəcəklər:) “Xeyr,
siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim
üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir!
Onlar deyəcəklər: Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa,
onun əzabını Cəhənnəmdə ikiqat elə!”
ZƏİF BƏDƏN NECƏ TAB GƏTİRƏR?
Nəzərə gələ biləcək bəzi şübhələrə cavab veririk.
Birinci odur ki, bu qədər ağır
əzaba zəif adam necə tab
gətirə bilər?
BƏDƏN DƏ NƏFS KİMİ BƏRK OLAR
Cavab: Doğrudur, Qiyamətdəki bədən dünyadakı
maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o
qədər
möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə
müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın
nəfsi ilə bağlıdır.
Necə ki,
dünyada möminin nəfsi yumşaq, lətif olar,
həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona
görə də axirətdə möminin
bədəni də nəfsi kimi kamil
lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət