Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə108/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   104   105   106   107   108   109   110   111   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
164 
CƏHƏNNƏM ƏHLİNİN YERİ DAR, TƏNGDİR 
Cəhənnəm əhlinin yeri divara vurulmuş mıx yeri kimi 
dardır. Divar mıxı sıxdığı kimi onlar da sıxıntıdadırlar. 
“Əl-furqan” surəsi, ayə 13: “Onlar əlləri boyunlarına bağlı 
vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm 
diləyərlər.” 
Behişt əhli işıqda olduğu qədər Cəhənnəm əhli də 
əbədi zülmət, vəhşət içindədirlər. Necə ki, qaranlıq 
dalğalarla əhatə olunub, dərya dibində əsir olmuş şəxs! 
“Nur” surəsində buyurulmuşdur: “Onların əməlləri 
əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o 
dalğanın üstündən bir dalğa, bu dalğanın üstündən də bir 
dalğa-zülmət üstündən zülmət örtər. Əlini bayıra çıxarsa, 
onu görə bilməz.” (ayə 40) 
RUHİ ƏZABLAR 
Cəhənnəm əhli üçün maddi əzablardan başqa ruhani 
əzablar da vardır. Cəhənnəm əzabının, nicat yolu 
tapılmayacağının əbədiliyi ən böyük məşəqqətdir. 
Dünyada hər cür xəbərdarlıqdan sonra yenə də dünyadan 
imansız gedənlər, şübhəsiz ki, Cəhənnəmdə əbədi 
qalacaqlar. 
“Bəyyinə” 
surəsində 
buyurulmuşdur: 
“Həqiqətən kitab əhlindən (yəhudi və məsihilərdən) kafir 


AYӘTULLAH DӘSTĞEYB
165 
olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar 
orada əbədi qalacaqlar.” 
KAFİRİN BEHİŞTƏ DÜŞMƏSİ QEYRİ-MÜMKÜNDÜR 
“Əl-əraf” surəsi, ayə 40: “Ayələrimizi yalan hesab 
edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları 
açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər 
onlar da Cənnətə daxil ola bilməzlər.” Rəvayətə görə, 
qəlbində bir zərrə iman olanlar Cəhənnəmdə əbədilik 
qalmayacaqlar. 
MƏHRUMLUQ HİSSİ BÖYÜK ƏZABDIR 
Digər bir ruhani əzab budur ki, insan Həzrət 
Yaradanın sonsuz lütf və rəhmətindən məhrum olduğunu 
görsün. 
“Əl-mutəffifin” surəsində (ayə 15) buyurulur: “O gün 
onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.” Yenə 
buyurulub: “Allah onlarla danışmaz və onlara rəhmət 
nəzəri salmaz.” 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin