МӘАД
168
ŞEYTANLARLA ÜNSİYYƏT AĞIR ƏZABDIR
Şeytanlarla və Cəhənnəm əhli ilə ünsiyyətdə olmaq
Cəhənnəmin ağır ruhani əzablarındandır (necə ki, Behişt
əhli bir-birlərindən zövq alarlar). Onlar bir-birlərinə nifrət
edib, düşmən olarlar. “Əz-zuxruf” surəsində (ayə 36, 37,
38) buyurulmuşdur: “Hər kəs Rəhmanın zikrindən boyun
qaçırsa, Biz ona şeytanı urcah edərik və o, şeytanın yaxın
dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar
isə özlərinin haqq yolda olduqlarını güman edərlər.
Nəhayət, o, hüzurumuza gəldikdə belə deyər: “Kaş ki,
mənimlə sənin aranda şərqlə qərb arsındakı məsafə qədər
uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!”
Rəvayətə görə, hər ikisini bir zəncirlə bağlayıb
Cəhənnəmə atarlar.
Dostları ilə paylaş: