CƏHƏNNƏM MÜVƏKKİLLƏRİ
“Ət-təhrim” surəsi, ayə 6: “Özünüzü və əhli-əyalınızı
elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və
daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi
olmayan daşqəlbli və çox sərt mələklərdir.”
Onların əlində dəmir gürzlər vardır. Hər kəs
Cəhənnəmdən qaçmaq istəsə, onun başına vurular. Gürz
elə ağırdır ki, ins və cinn birlikdə onu qaldıra bilməz.
Rəvayət olunub ki, Cəhənnəm mələklərinin gözəri
parlayan qığılcım kimidir. Köpək dişləri dağ tək iridir.
Ağızlarından alov püskürür. İki çiyinlərinin arası bir illik
yoldur. Bir əli ilə 70 nəfəri götürüb Cəhənnəm oduna ata
bilirlər.
AYӘTULLAH DӘSTĞEYB
163
CƏHƏNNƏM QAPILARI
“Əl-hicr” surəsi, ayə 44: “Cəhənnəmin yeddi qapısı
var. Hər qapıdan müəyyən bir dəstə girər.” Həzrət Əli
(əleyhissalam) bu qapıların adlarını sadalamış, ən aşağı
qapının “Əsfəl” olduğunu bildirmişdir.
CƏHƏNNƏM ODU ŞÜURLUDUR
Ayələrdən mə”lum olur ki, dünya odundan fərqli
olaraq, Cəhənnəm odu şüurludur. Çünki, buyurulur: “O
gün Biz Cəhənnəmə “doldunmu?” deyəcəyik, o isə “Yenə
varmı?”, deyə soruşacaqdır.” (“Qaf” surəsi, ayə 30)
Cəhənnəm odu əzab əhlini tanıyır, onlara hücum edir,
nə”rə çəkir, onları dartır, necə ki, buyurulmuşdur: “O atəş
onları
uzaqdan
görüncə,
kafirlər
onun
qəzəblə
qaynamasını və uğultusunu eşidərlər.” (“Əl-furqan”
surəsi, ayə 12) İmam Sadiq (əleyhissalam)-dan da nəql
olunmuşdur ki, Cəhənnəmin nə”rə səsini eşidəcəklər.
MÖİNİN NURU CƏHƏNNƏM ODUNU ƏSKİLDƏR
“Kafirlərə qəzəbindən az qalar ki, parçalansın”,
buyurulub. Bu da rəvayət olunub ki, mömin Siratdan
keçərkən Cəhənnəm alovunun səsi ucalar: “Tez öt, ey
mömin, sənin nurun mənim alovumu keçirir.” Çünki,
mömin rəhmətdən, Cəhənnəm odu isə qəzəbdəndir və
Haqqın rəhməti qəzəbə qalibdir. Bir sözlə, başqa axirət
vücudları kimi, Cəhənnəm alovunun da şüurlu olmasına
sübutlarımız vardır.
|