CƏHƏNNƏM YEMƏKLƏRİ VƏ İÇKİLƏRİ
“Vaqiə” surəsi, ayə 51, 52: “Siz, ey yalançılar, haqq
yoldan
azanlar!
Şübhəsiz
ki,
zəqqum
ağacının
meyvəsindən
yeyəcəksiniz.
Qarınlarınızı
onunla
dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Özü
də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi
içəcəksiniz!”
CƏHƏNNƏMDƏ ACLIQ VƏ SUSUZLUQ ƏZABI
Rəvayətə görə Cəhənnəm əhli aclıq əzabına tutular və
onlar çarəsizlikdən qarınlarını zəqqumla doldurarlar.
Sonra elə bir susuzluqla qarşılaşarlar ki, təklif olunmuş
həmimi–qaynar çirkab suyu içərlər. Su elə qaynar olar ki,
onların içini tikə-tikə parçalayar. Əgər bu sudan bir qətrə
dünya dağlarından birinə düşərsə, dağ parçalanar.
Quranın tə”birincə: “Bu, onların haqq-hesab günündəki
ziyafətidir.” (“Vaqiə”, 56) Yə”ni sadalananlar cəzanın
МӘАД
160
başlanğıcıdır. Amma onlar üçün hazırlanmış yeməklər və
içkilərin əzabı bəyan olunası deyil.
ZƏQQUM GÜNAHKARLARIN ALOVLU YEMƏYİDİR
“Əd-duxan” surəsində buyurulur: “Həqiqətən zəqqum
ağacı günahkar kimsənin yeməyidir. O, ərinmiş mis kimi
qarınlarda qaynayar. Qaynar su qaynayan kimi!” (ayə 43-
44)
ONLARIN ZAHİR VƏ BATİNLƏRİ ƏRİYƏR
Zəqqum kafirlərin qarnında nəhayətsiz qızmış su və ya
zeytun yağı tək qaynayar. Həmin qaynar sudan onların
başlarına tökülər ki, zahirləri və batinlərini əritsinlər.
Ayədə buyurulur: “Geri qaytarılası olmayan böyük eyblər
yanımızdadır, böyük atəş, boğaz tutan yeməklər və ağır
əzablar vardır.”
Həzrət Baqir (əleyhissalam)-dan nəql olunub ki,
zəqqum ağacı Cəhənnəmin təkindən bayıra gələr. Onun
meyvələri, yarpaqları, tikanları oddan olub, zəhərdən acı,
murdardan (leşdən) üfunətli və dəmirdən bərkdir.
|