МӘАД
156
iş yaxın adamları həmin məqam əhli olmayan möminə
ehtiram üçündür.
MƏLAİKƏLƏRİN TƏBRİKİ VƏ ALLAHIN
MÜKALİMƏSİ
Behiştdə yerləşdikdən sonra mömini təbrik etmək üçün
min məlaikə mə”mur olub, onun ziyarətinə gələrlər.
Möminin min qapılı qəsrinin hər qapısından bir mələk
daxil olar, ona salam verər, “mübarək olsun” deyər.
Amma hər şeydən yüksək Allahın mömin bəndə ilə
mükaliməsidir. Bu barədə çox rəvayətlər olsa da Allah-
Taalanın “Yasin” surəsindəki bir buyuruğunu xatırlamaq
kifayətdir: “Rəhimli Allahdan salam deyiləcək.” (ayə 58)
“Minhac“da Cabir ibni Əbdüllahdan rəvayət olunub ki,
Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)
buyurdu: “Behişt əhli nemətlərə qərq olanda onlara qəfil
bir nur parlayar və ondan avaz gələr ki: “salam olsun
sənə, ey Behişt əhli.” Bəli, dünyada peyğəmbərlərə nəsib
olmuş bu səadət axirətdə Behişt əhlinə də qismət olar.
Dostları ilə paylaş: