МӘАД
150
“Allah mömin kişilərə və qadınlara altından çaylar
axan cənnətlər və “Ədn” cənnətlərində gözəl məskənlər
və”də buyurmuşdur. Onlar orada əbədi qalacaqlar.
Allahdan olan bir razılıq isə daha böyükdür. Bu ən böyük
qurtuluş və uğurdur.” (“Tövbə” surəsi, ayə 72).
“Zümər” surəsində (ayə 20) buyurulmuşdur: “Lakin
Rəbbindən qorxanları Behiştdə bir-birinin üstündə
tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu,
Allahın və”dəsidir. Allah və”də xilaf çıxmaz.”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm)-dən rəvayət olunmuşdur ki, otaqlar mirvari,
yaqut, zümrüddən tikilib və onların üstü qızıldandır. Hər
bir otağın qızıldan min qapısı, hər qapıya müvəkkil
vardır.
Dostları ilə paylaş: