Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə96/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   92   93   94   95   96   97   98   99   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
146 
BEHİŞT ƏHLİ İLƏ CƏHƏNNƏM ƏHLİ ARASINDA 
SƏDD 
Ə”raf haqqında digər bir təfsirə görə o, Siratda Behişt 
əhli ilə Cəhənnəm əhli arasındakı divardır. “Hədid” 
surəsində buyrulur: “O gün mömin kişi və qadınların 
nurunun onların önlərindən və sağ tərəflərindən axıb 
şö”lə saçdığını görəcəksən. Bu gün sizin müjdəniz 
altından çaylar axan cənnətlərdir. Siz orada əbədi 
qalacaqsınız. Bu ən böyük qurtuluş və uğurdur.” “O gün 
münafiq kişi və qadınlar iman gətirənlərə deyər: 
Gözləyin, nurunuzdan bir qədər işıq alaq.” Cavab 
veriləcəkdir: “geriyə dönüb işıq axtarın.” Bu sözlərdən 
sonra möminlərlə münafiqlərin arasına qapısının içəri 
tərəfindən mərhəmət və bayır tərəfində əzab olan bir 
sədd çəkiləcəkdir” (ayə 12, 13) 
BİRİNİN NURUNDAN BAŞQASINA FAYDA YOXDUR 
Təfsirə görə, irəlidəki nur insanın əqidəsinin və Ali-
Mühəmməd 
(əleyhimussalam)-ın 
vilayətinin, 
sağ 
tərəfdəki nur ibadətin nurudur. Bəzilərinin nuru göz 
görəcək qədərdirsə, bəzilərinin də nuru elə zəifdir ki, gah 
yanır, gah sönür. Belələri yıxılıb-duraraq çığırarlar: 
“Pərvərdigara, bizim nurumuzu tamamla, mənzilimizə 
çata bilək.” Burada günahkarlar möminlərdən nur 
istəsələr də kimsənin nurundan başqasına fayda olmaz. 
Onların arasından ə”raf çəkilər. 


AYӘTULLAH DӘSTĞEYB
147 
HƏMİN GÜN ÜÇÜN NUR FİKRİNDƏ OLAQ 
Deyərlər: Ey möminlər, məgər biz sizinlə deyildik? 
Cavab verərlər: Bəli. Amma sizi nəfsiniz aldatdı. Qürur 
sizi tutdu. Allahdan uzaq olub, bu günü düşünmədiniz. 
(57-ci surə, 13-ci ayə) 
Bu günsə çarəniz yoxdur, yeriniz atəşdir. 
Gəlin çarəsiz günə düşməmiş ikən o gün üçün nur 
fikrində olaq. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin