AYӘTULLAH DӘSTĞEYB
141
HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT
MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ
SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR
“Biharül-ənvar”da nəql olunur ki, Əbu İymən Həzrət
Baqir (əleyhissalam)-a ərz etdi: Yəbnə Rəsulillah, siz xalqı
öz şəfaətinizlə məğrur edirsiniz. İmamın çehrəsində bir
anlıq qəzəb göründü. Buyurdu: Qiyamətdə bütün
əvvəlkilər və sonrakılar, hətta peyğəmbərlər də belə,
Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alihi və səlləm)
şəfaətinə möhtacdırlar. Yoxsa haram tikə yeməklə məğrur
olmusan, elə bilirsən şəfaətə ehtiyacın yoxdur?!
Dostları ilə paylaş: