AYӘTULLAH DӘSTĞEYB
145
salalm)-ın şəfaəti barədə də Peyğəmbər (səlləllahu əleyhi
və alihi və səlləm) və İmamlardan (əleyhimussalam)
rəvayətlər vardır. Rəvayətdə qadının məhşərə hicabla
daxil olma qaydasının zikrindən sonra nəql olunur: “Əgər
bir qadın vacib namazlarını tərk etməsə, orucunu qəzaya
verməsə, vacib həcc və zəkatını ödəsə, əri də ondan razı
qalsa, Həzrət Zəhra (əleyha salam)-ın
şəfaətinə nail
olacaqdır.”
ŞƏFAƏT ÜMİD VERMƏLİDİR, QÜRUR GƏTİRMƏLİ
DEYİL
Əlbəttə, şəfaət insanın qüruruna səbəb olmamalıdır.
Əhli-beyt
(əleyhimussalam)-ın
şəfaətinə
arxalanıb
könlümüz istəyən hər işi görə bilmərik. Nə çox günahlar
var ki, onların səbəbindən insan dünyadan imansız gedər,
bu sözlərə (şəfaətə) növbə də çatmır. Bəzi günahlara görə
insan Cəhənnəmdə qalıb paklanmalı, şəfaətə layiq
olmalıdır. İnsan həmişə qorxmalı və ümidvar olmalıdır.
ƏRAF
Əhli-beyt (əleyhimussalam) rəvayətlərinə əsasən, Ə”raf
Siratda yerləşmiş hündür məkandır.
Allah-Taala Həzrət
Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-
Mühəmmədə orada yer vermişdir. Şiələrin alnındakı
nurdan onların vilayət əhli olduqları bilinər. Əmirəl-
möminin (əleyhissalam) Behiştə daxil olmağa icazə verər.