Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə91/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   87   88   89   90   91   92   93   94   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

YEDDİNCİ DOLAMA ZÜLMDÜR 
Bəzən bu dolama “ədl”, bəzən də “xalqın haqqı” 
(həqqün-nas) adlandırılmışdır. Quranda “mirsad” kimi 
də tə”bir olunmuşdur (mirsad-yə”ni, pusqu). Əgər insan 
bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada 
saxlanılar, sümükləri parçalanar, əzilər. Ey dükançı, 
şagirdini vurmağa nə haqqın var?! Ey müəllim, hansı 
şər”i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri 
də qalır?! Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! 
Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?! 
Əlbəttə, bəzi istisnalar vardır. Amma bu hallara az 
təsadüf olunur və mövzumuzdan xaricdir. 
QIRX İL HƏBS VƏ QIRX İL TƏNƏ 
Xülasə, kim iddia edə bilər ki, Allah bəndələrinə zülm 
etməyib?! Buyurulub: Hər kəs başqasının haqqını 
verməyib, saxlayarsa (məsələn, əmanətini qaytarmazsa), 
bu dolamada qırx il saxlanılar və ona heç nə deyilməz. 
Bütün bu müddəti ağlayar. Sonra nida olunar: Bu həmin 


AYӘTULLAH DӘSTĞEYB
139 
adamdır ki, xalqın malını həbs etmişdi. Qırx il tə”nə 
olunub, sonra Cəhənnmə düşər. Əlbəttə, bu o zaman baş 
verər ki, həmin adamın savabı olmasın; yox əgər savabı 
olarsa, haqq sahibinə ödəyər. Bəzi rəvayətlərdə vardır ki, 
bir dirhəmə görə 700 rükət namazı alınıb, haqq sahibinə 
verilər. 
MARAQLI HEKAYƏT 
Siqətül-islam Nuri “Müstədrək” kitabında Seyyid 
Qiyassədin Nəcəfinin “Ənvarül-mərziyyə” kitabından bu 
hekayəti nəql edib: 
Hilə yaxınlığındakı kəndimizin məscidinin sərpərəsti 
Məhəmməd ibni Əbu Əzinə adəti üzrə hər gün məscidə 
gələrdi. Bir gün isə adətinin xilafına olaraq, gəlməmişdi. 
Soruşduq, dedilər yatağa düşüb. Ötən gecə onu sağ-
salamat gördüyümüz üçün bu xəbərə təəccübləndik. 
Yoluxmasına getdik. Başdan-ayağa yanmışdı. Huşdan 
gedir, ayılırdı. Özünə gələndə soruşduq ki, sənə nə olub? 
Dedi: Dünən gecə yuxuda mənə Siratı göstərdilər. Əmr 
etdilər ki, mən də keçim. Əvvəl ayağımın altı yaxşı idi, 
sonra nazildi, əvvəl rahat, yumşaq idisə, sonradan itiləşdi. 
Yavaş-yavaş gedir, özümü möhkəm tuturdum ki, 
yıxılmayım. Şö᾿ləsi yuxarı qalxan alov qara rəngdə idi. 
Adamlar o tərəf bu tərəfdən xəzan yarpağı tək Cəhənnəm 
dərəsinə tökülürdülər. Bir də gördüm ki, ayağımın altı 
tükdən qalın qalmayıb. Qəfildən alov məni çəkdi və 
dərəyə yuvarlandım. Əl-qol atdıqca daha da aşağı 
gedirdim. (Rəvayətə görə, Cəhənnəm alovu dartıcıdır və 
üzü aşağı 70 illik yoldur). İş-işdən keçmişdi. Yadıma 
düşdü ki, məgər hər yıxılanda “ya Əli!” deyə 
çağırmazdımmı?! Çağırdım: Ya Əmirəl-möminin! Mənə 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin