BEHİŞT OTAQLARINDAN NÜMUNƏ
“Gözəl məskənlər” ifadəsinin təfsirində Rəsulullah
(səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
Behiştdə lö”lödən qəsr vardır. O qəsrdə qırmızı yaqutdan
40 otaq, hər otaqda yaşıl zümrüddən 70 hücrə, hər
hücrədə 70 taxt, hər taxtda rəngarəng 70 xalı, hər xalıda
Hurül-eyn olar. Hər hücrədə 70 süfrə, hər süfrədə 70 növ
təam olar. Hər hücrəyə 70 xidmətçi qulluq edər. Allah-
Taala möminə bütün təamlardan istifadə edəcək qədər
qüvvə verər.
BEHİŞT TAXTLARI, XALILARI, QABLARI
“Kəhf” surəsində: “Onlar orada taxtlara söykənəcək”,
“əl-Vaqiə” surəsində: “Onlar qızıl-gümüş, lə”l-cəvahiratla
bəzənmiş taxtlar üstündə qərar tutacaqlar”, “Ər-Rəhman”
AYӘTULLAH DӘSTĞEYB
151
surəsində: “Onlar orada astarları qalın ipəkdən olan
döşəklərə söykənmiş olacaqlar” buyurulub.
Bir sözlə, Quranda bir sıra libas, xalı növlərinin adları
çəkilib ki, bu həqiqətləri deyib, eşitmək yox, görmək
lazımdır. (“İstəbrəq” zərli parça), hərir, (ipək) və s. adlar)
“Vaqiə” surəsində qablar barədə buyurulmuşdur:
“Cənnət bulağından axan dolu piyalələr, kuzələr və
qədəhlərlə (xidmətçilər dolanacaqdır).” Elə də, “Tur” və
“Dəhr” surələrində oxşar ayələr vardır.
HURİLƏR VƏ BEHİŞT QADINLARI
Behişt
maddi
nemətlərinin
ən
ucası
hurilər
olduğundan, Qurani Məciddə bu barədə çox zikr olunub.
“Hur” sözündə həm bədən ağlığı, həm də iri gözlülük
cəmlənmişdir. Eləcə də onların gözlərinin ağı ağlığın
nəhayətində, gözlərinin qaralığı isə qaralığın nəhayət
dərəcəsindədir. Onların belə adlandırılmasının səbəbi bu
ola bilər ki, onları görən gözlər heyran olur (ağarır).
“Vaqiə” surəsində buyurulur: “O hurilər sanki sədəf
içində gizlənmiş incidirlər.”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm)-dən rəvayət olunmuşdur ki, Behiştdə bir nur
parlayar və Behişt əhli “bu nə nurdur?” deyə soruşarlar.
Deyərlər ki, bu yoldaşının üzünə gülümsünən hurinin
dişlərinin nurudur.
Yenə “Vaqiə” surəsində: “Şübhəsiz ki, Biz cənnət
qadınlarını başqa cür yaradacağıq. Onları bakirə qızlar,
ərlərini sevən həmyaşıdlar edəcəyik. (Onların yaşı 16,
Behiştdə kişilərin yaşı 33 deyilmişdir.)
“Ər-Rəhman” surəsinin 56-cı ayəsində buyurulur: “O
cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan
|